Azərbaycan Dövlət İnformasiya Agentliyi

A.Mürsəliyev: Biz birlikdə işləyə bilirik və işləməliyik
Azərbaycan diasporunun birləşməsinə yönəlmiş fəaliyyət öz bəhrəsini verməkdədir

A.Mürsəliyev: Biz birlikdə işləyə bilirik və işləməliyikAzərbaycan diasporunun birləşməsinə yönəlmiş fəaliyyət öz bəhrəsini verməkdədir

Moskva, 23 yanvar (AZƏRTAC). Ötən ilin sonlarında Moskvanın Birülyov rayonunda baş verən hadisələr Rusiyada Azərbaycan diasporunun möhkəmləndirilməsi və daha sıx birləşdirilməsi məsələsini gündəmə gətirmişdir. Bu ölkədə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi, əzəli vətənləri ilə əlaqələrinin gücləndirilməsi, Rusiya cəmiyyətinə inteqrasiyası və digər vacib problemlərin həllində ölkəmizin Rusiyadakı səfirliyi ilə yanaşı, Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) də əhəmiyyətli rol oynayır. Rusiya Federasiyasının nüfuzlu diaspor təşkilatlarından olan ÜAK-ın bu istiqamətdə fəaliyyəti və yeni ildə qarşıda duran vəzifələr barədə Konqresin Moskva vilayəti üzrə regional nümayəndəliyinin icraçı direktoru, Rusiyada fəaliyyət göstərən “Günay” istehsalat-kommersiya şirkəti direktorunun müavini Araz Mürsəliyevlə müsahibəni təqdim edirik.

- Rusiyada yaşayan və işləyən azərbaycanlıların böyük hissəsi Moskva vilayətində cəmləşmişdir. Bu baxımdan Konqresin Moskva vilayəti üzrə nümayəndəliyinin üzərinə daha çox məsuliyyət düşür. Qədəm qoyduğumuz ildə soydaşlarımızın problemlərinin həlli istiqamətində nə kimi işlər görüləcəkdir?

- İlk növbədə demək istərdim ki, yaxın günlərdə Domodedovo şəhərində ÜAK-ın Moskva vilayəti nümayəndəliyinin yeni binasının açılışı olacaqdır. Yeni ofisimizdə regionda yaşayan azərbaycanlıların problemlərinin həlli, ünsiyyəti, mədəni tədbirlərin təşkili üçün hər bir şərait yaradılacaqdır. Azərbaycan xalqının ümummilli lideri, diasporumuzun banisi Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edən sənədlər və fotoşəkillər, xüsusən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrlərdə Rusiyanın müxtəlif regionlarına səfərləri və keçirdiyi görüşlər barədə arxiv materiallarının toplandığı muzey yaratmaq niyyətindəyik. Bundan əlavə, ofisimizdə rus dili və tarixinin tədrisi üçün də otaqlar ayrılacaqdır.

2014-cü ildən Rusiya miqrasiya qanunvericiliyinə əsaslı dəyişikliklər edilmişdir. Yeni tələblərə əsasən, bu ölkəyə gələn hər bir miqrantın rus dilini, Rusiya tarixini və qanunvericiliyini bilməsi də tövsiyə olunur. Düşünürəm ki, Moskva vilayətindəki soydaşlarımızın bu probleminin həllinə kömək edə biləcəyik. Eyni zamanda, onların miqrasiya qanunvericiliyinin tələbləri ilə tanış edilməsi, bu sahədə maarifləndirilməsi istiqamətində də iş aparacağıq. Mən özüm bir hüquqşünas kimi bu işin təşkilində yardımımı əsirgəməyəcəyəm. Bundan əlavə, Domodedovo şəhərində yeni uşaq bağçası binasının təməlini qoymuşuq. Bu müəssisədə digər körpələrlə yanaşı, azərbaycanlı balaları da tərbiyə alacaqlar.

- Son vaxtlar Azərbaycandan Rusiyaya miqrasiya axınında nə kimi dəyişikliklər baş vermişdir? Bununla bağlı hər hansı məlumat varmı?

- Müşahidələr və Rusiya Federal Miqrasiya Xidmətinin son məlumatına əsasən deyə bilərəm ki, Azərbaycandan Rusiyaya iş arxasınca gələnlərin sayı xeyli azalmışdır. Bu, əlbəttə, ilk növbədə ölkəmizdə siyasi və iqtisadi vəziyyətin ildən-ilə yaxşılaşması, insanların rifahının yüksəlməsi ilə əlaqədardır.

2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində Domodedovo şəhərində vilayətdə tanınan nüfuzlu azərbaycanlı, şəhər Şurasının deputatı Əlizaman Rəhimovun rəhbərlik etdiyi “Günay” İstehsalat-Kommersiya Firmasının və ÜAK-ın Moskva vilayəti üzrə nümayəndəliyinin təşkilatçılığı ilə keçirilmiş Prezidentə dəstək tədbirini xatırlatmaq istərdim. Tədbirin 700-dən çox iştirakçısı arasında yerli hakimiyyət orqanlarının rəhbərləri, ruslar və digər xalqların nümayəndələri də vardı. Onlar Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərini, habelə ölkəmizin iqtisadi yüksəlişini əks etdirən videogörüntüləri maraqla qarşıladılar. Məqsədimiz Azərbaycan Prezidenti İlham Əliyevin respublikaya rəhbərliyi dövründə görülən geniş quruculuq işlərinin nəticələrini, xalqımızın həyat şəraitinin necə yüksəldiyini nümayiş etdirmək idi. Qeyd edim ki, bu cür tədbirlərdə iştirak edən digər xalqların nümayəndələri də Azərbaycanın sanballı, sözükeçərli bir dövlətə çevrildiyini etiraf edirlər.

Azərbaycan diaspor təşkilatları nümayəndələrinin bu yaxınlarda keçirilmiş videokonfransında Prezidentimizin diaspor üzvlərinə müraciətlə dediyi kimi, xaricdə yaşayan hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında güclü və qüdrətli Azərbaycan dövləti dayanmışdır. Bu, olduqca vacib məsələdir və xaricdə yaşayan azərbaycanlıların hörmətinin və nüfuzunun artmasına kömək edir.

- Azərbaycanın Rusiyadakı səfirliyi ilə əlaqələrinizi necə qurusunuz?

- Azərbaycan dövlətini Rusiyada təmsil edən rəsmi diplomatik nümayəndəlik olan səfirliyimizin təşəbbüslərimizi dəstəkləməsi çox vacibdir. Əlbəttə, xüsusilə Rusiyada böyük hörmət sahibi olan səfir Polad Bülbüloğlunun şəxsi nüfuzu sayəsində bir çox problemlərin öhdəsindən gələ bilirik. Rusiyada azərbaycanlıların sayının çox olması nəzərə alınaraq, Azərbaycan Prezidentinin Sərəncamı ilə təcrübəli diplomat, Azərbaycanın Sankt-Peterburqdakı keçmiş baş konsulu Qüdsi Osmanov səfirin müavini təyin olunmuşdur. Səfir Polad Bülbüloğlunun təşəbbüsü ilə Qüdsi Osmanov, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev və səfirliyin müşaviri Aqşin Əliyevdən ibarət nümayəndə heyəti ilə Rusiyanın regionlarına səfərlər edirik. Bu yaxınlarda Ulyanovsk vilayətində çox əhəmiyyətli görüşlər keçirdik. Hər bir görüşdə Azərbaycan dövlətinin və Prezidentinin harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların dayağı olduğunu diqqətə çatdırırıq. Eyni zamanda, Rusiyanın regionları ilə ölkəmiz arasında işgüzar dostluq münasibətlərinin qurulması bütövlükdə Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə və nəticə etibarilə bu ölkədə yaşayan soydaşlarımızın cəmiyyətdə mövqeyinin yüksəlməsinə töhfədir.

- Xaricdə yaşayan həmvətənlərimizin bir araya gəlməsində mədəni tədbirlərin rolunu necə qiymətləndirərdiniz?

- Yaşadığımız cəmiyyətə inteqrasiyadan nə qədər danışsaq da, soy-kökümüzü, el-obamızı, ənənələrimizi unutmamalıyıq. Bu baxımdan görkəmli azərbaycanlıların yubileylərinin, anım günlərinin, milli bayramlarımızın hamılıqla qeyd olunmasının əhəmiyyəti böyükdür. Son vaxtlar Moskva vilayətinin Domodedovo şəhərində Rusiyada yeganə Azərbaycan teatrı olan “Dərviş” teatrının kollektivi ilə dahi Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasını səhnələşdirdik. Bir sıra Azərbaycan diaspor təşkilatları ilə birgə Xalq Yazıçısı Anarın və Xalq Şairi Məmməd Arazın yaradıcılığına həsr olunmuş tədbirlər təşkil etmişik. Bundan əlavə, Novruz bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş yüksək səviyyəli tədbirlər keçirmişik. Domodedovo şəhərində Azərbaycan və Rusiya xalqları arasında dostluq münasibətlərə həsr olunan tədbir maraqla qarşılanmışdır. Bütün bu layihələr üzərində çalışarkən müxtəlif diaspor təşkilatlarının fəaliyyətində maraqların birləşdirilməsinə xüsusi önəm verirdim. Odur ki, ümumi səylərimizin uğuruna sevinməyə bilmərəm. Bu, sübut edir ki, biz birlikdə işləyə bilirik və işləməliyik.

- Sizin aktiv ictimai fəaliyyətiniz yüksək qiymətləndirilmişdir. İlin yekunlarına görə həm Azərbaycanın Rusiyadakı Səfirliyinin, həm də ÜAK-ın fəxri diplomlarına layiq görülən yeganə diaspor fəallarından oldunuz. Domodedovo şəhər dairəsinin rəhbərinin xüsusi təşəkkürnaməsini də bura əlavə etsək, yəqin ki, işinizə verilən qiymətdən razısınız.

- Azərbaycan Respublikasının səfirliyi tərəfindən təltif olunmaq mənim üçün böyük şərəfdir və tərcümeyi-halımdakı bu faktla fəxr edirəm. Xüsusi olaraq xoşdur ki, səfirliyin mükafatı mənə Azərbaycan diasporunun birləşdirilməsinə yönəlmiş fəaliyyətimə görə verilmişdir. Mənə göstərdiyi etimada görə səfirimizə böyük minnətdarlığımı bildirmək istərdim. Əlbəttə ki, Ümumrusiya Azərbaycan Konqresinin prezidenti, akademik Məmməd Əliyevə də minnətdaram. Bu mükafatlar üzərimə daha fəal çalışmaq öhdəliyi qoyur. Domodedovo şəhər dairəsi rəhbərinin xüsusi təşəkkürnaməsinə gəlincə isə, zənnimcə, bu, Əlizaman Rəhimovun rəhbəri olduğu “Günay” şirkətinin işinə verilmiş qiymətdir. Bu şirkət şəhərin abadlığına yönəlmiş tikinti işlərindən əlavə, xeyriyyə fəaliyyəti ilə geniş şəkildə məşğul olur. İnanın ki, belə fəxri mükafatlar onların sahiblərini daha fəal işləməyə ruhlandırır.

Arayış: Araz Mürsəliyev 1976-cı ildə Azərbaycan Respublikasının Kürdəmir şəhərində anadan olmuşdur. 2005-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir və hazırda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsinin, eyni zamanda Moskva Dövlət İnşaat Universitetinin magistridir. Ailəlidir, bir övladı var.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ Kiyevi Avropanın ödədiyi böyük həcmdə silahla təmin edəcək

“Milan” Luka Modriçin transferini açıqlayıb

Klublararası dünya çempionatına qatılan komandalar nə qədər qazanc əldə edib?

İtaliyanın “RAI” telekanalı Azərbaycandan reportaj yayımlayıb

Ermənistan silahlı qüvvələrinin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirilib

Avropa İttifaqı ABŞ məhsullarına qarşı yeni rüsumların siyahısını hazırlayır

London yaxınlığındakı təyyarə qəzasında dörd xarici vətəndaş həlak olub

Tramp Rusiyanı yüksək tariflərlə təhdid edib

Türkiyə və İran arasında regional təhlükəsizlik və müdafiə məsələləri müzakirə edilib

Tramp Ukraynaya silah tədarükü ilə bağlı NATO ilə razılaşdığını açıqlayıb

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib

ADA Qazax Mərkəzində Yusif Səmədoğlunun 90 illiyi ilə əlaqədar konfrans keçirilib VİDEO

ADA Qazax Mərkəzində Yusif Səmədoğlunun 90 illiyi ilə əlaqədar konfrans keçirilib VİDEO

Milli mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələri üçün “Sosial Jurnalistika” təlimi keçirilib

Çinlə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Latviyanın məşhur ənənəvi bayramında ilk dəfə olaraq Azərbaycanın milli rəqsləri təqdim edilib

Rəşad Məcid: “150 illik Azərbaycan mətbuatı” biblioqrafik məlumat kitabının hazırlanması üçün işçi qrupu yaradılacaq

® “AccessBank” 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb YENİLƏNİB

® “Kapital Bank” 2025-ci ilin 2-ci rübü üzrə maliyyə nəticələrini elan edib

Naxçıvanda media nümayəndələri arasında şahmat birinciliyi keçirilib

“Air İndia”nın rəhbəri: Qəzaya uğrayan təyyarədə texniki nasazlıq aşkarlanmayıb

Gürcü siyasətçilər: Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütövlükdə Qafqazın sülh və əməkdaşlığına töhfə verən böyük dövlət xadimidir

Böyük Britaniyanın bəzi bölgələrində quraqlıqla bağlı sudan istifadəyə məhdudiyyət tətbiq edilir

“Məktəbəqədər təhsil haqqında” Qanunda dəyişiklik VİDEO

“Məktəbəqədər təhsil haqqında” Qanunda dəyişiklik VİDEO

Gürcüstanda bəzi cinayət əməllərini törətmiş xarici ölkə vətəndaşları deportasiya olunacaqlar

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

İngiltərə millisinin sabiq futbolçusu altıncı liqa klubuna keçib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 19 dekabr tarixli 207 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları”nda dəyişiklik edilməsi və “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 fevral tarixli 46 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 oktyabr tarixli 357 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Ordusunda Tovuz döyüşlərinin ildönümü qeyd olunub

Zebra balıqları eşitmə qabiliyyətinin bərpasında genetik mexanizmi aşkarlamağa kömək edib

Konstitusiya Məhkəməsinin Plenumu Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edib

“Fənərbağça” sloveniyalı futbolçusu ilə vidalaşır

DOST könüllüləri üçün məişət zorakılığı ilə mübarizəyə dair təlim keçirilib

Xabarovskda yoxa çıxan helikopterin axtarışı dayandırılıb

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimat mərasimi olub

İcbari Sığorta Bürosu yeni ünvanda fəaliyyət göstərir

FHN-in Şimal-qərb Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi təşkil edib

® “Rabitəbank” 2025-ci ilin II rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ADNSU-nun pedaqoji və inzibati heyəti ilə TəhsilPlus kartına dair müzakirə görüşü keçirilib

Qəbələnin hotel və mehmanxanaları altı ayda 42 mindən çox turistə xidmət göstərib

Suraxanı rayonunda oğurluq edən şəxslər saxlanılıblar

Nyu-Yorkda Marsın nəhəng parçası hərraca çıxarılıb

® “Unibank” 2025-ci ilin birinci yarımilinin maliyyə nəticələrini açıqlayıb

Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin iyulun 17-dək davam edəcəyi gözlənilir

“Torpaq Məcəlləsinin təkmilləşdirilməsi üzrə İşçi qrupu”nun ilk iclası keçirilib

Araz çayında batan yeniyetmənin cəsədi tapılıb – YENİLƏNİB  VİDEO

Araz çayında batan yeniyetmənin cəsədi tapılıb – YENİLƏNİB VİDEO

Klublararası dünya çempionatının rəmzi komandası açıqlanıb

Berlində 15 xəstəni öldürməkdə təqsirləndirilən palliativ xidmət həkimi ilə bağlı məhkəmə prosesi başlayıb

® HONOR Azərbaycanda ilk rəsmi brend mağazasını açdı

SOCAR ilə Suriya hökuməti arasında imzalanan saziş Azərbaycanın Yaxın Şərqdə enerji siyasətində yeni mərhələ olacaq - Ekspert

Ədəbiyyat İnstitutu milli mətbuatın150 illiyini Xaçmazda qeyd edib

Sovet dövrü Azərbaycan ədəbiyyatını əhatə edən fundamental nəşr

Meksikada ilk Mayya hökmdarının sərdabəsi tapılıb

Deputat: 1969-cu ildə başlanan yol Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsinə gətirib çıxarıb - ŞƏRH

Azərbaycan klubu futbolçusu ilə yollarını ayırıb

Fransalı siyasətçi: Emmanuel Makron ölkədə ona nə qədər nifrət edildiyini anlamır

Böyük Qayıdış: Xocalının Xanyurdu kəndinin sakinlərinə evlərinin açarları verilib –YENİLƏNİB FOTO  VİDEO

Böyük Qayıdış: Xocalının Xanyurdu kəndinin sakinlərinə evlərinin açarları verilib –YENİLƏNİB FOTO VİDEO

“Vaqifə məktub” esse müsabiqəsinin qalibləri məlum olub

Bağçalara tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbuluna başlanılır

Pakistanda avtobus qəzası nəticəsində 6 nəfər həlak olub, 40 nəfər isə yaralanıb

Azərbaycanda Axar-Baxar və İlisu milli parkları yaradılır- SƏRƏNCAM

“İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ukrayna Prezidenti Yuliya Sviridenkoya hökumətə başçılıq etməyi təklif edib

İstilik təchizatı haqqında
Azərbaycan Respublikasının Qanunu

Xocalı sakini: Şəhidlərimizin qanı tökülən torpaqlara gül-çiçək əkəcəyik VİDEO

Xocalı sakini: Şəhidlərimizin qanı tökülən torpaqlara gül-çiçək əkəcəyik VİDEO

Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Sumqayıtda suyu çirkləndirən quşçuluq fabrikinə qarşı inzibati icraata başlanılıb VİDEO

Sumqayıtda suyu çirkləndirən quşçuluq fabrikinə qarşı inzibati icraata başlanılıb VİDEO

Gürcüstanın daha bir müxalifət partiyası seçkilərdə iştirak edəcək

® “AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olunub

Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb

Dövlət orqanlarında ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib

“Səyahət bağları” kitabının II hissəsinin III cildi çapdan çıxıb

Siyəzəndə dağlıq ərazidə yanğın başlayıb

İtaliya rəsmisi: Ticarət müharibəsində Avropa öz maraqlarını qorumalıdır

® “Expressbank”ın faiz gəlirləri 28 faiz artıb

Dövlət Komitəsinin sədri Ağsuda vətəndaşların müraciətlərini dinləyib

Vəkillər Kollegiyasının sədri ədliyyə orqanlarına qəbul olunan şəxslərə icbari tədris keçib

Dövlət Komitəsi “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda seminar keçirib

BMU-da yay məktəbində tədris aparan koreyalı müəllimlərlə görüş olub

Polis ekoloji mühitin qorunması məqsədilə nəzarət-profilaktik tədbirlər həyata keçirir

İşğaldan azad olunmuş ərazilərə portal üzərindən icazə ilə giriş vətəndaşların təhlükəsizliyinə xidmət edir – ŞƏRH

“WTDC-25” Könüllülük Proqramında müsahibə mərhələsi başa çatıb

“Süni intellekt elmi tədqiqatlarda” - elmi seminar

Bu ilin ilk yarısında gəmilərlə yükdaşımalarda artım qeydə alınıb

Kosmosda iki qara dəliyin nəhəng birləşməsi qeydə alınıb

Kəlbəcərdə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir

Qranit Caka Səudiyyə Ərəbistanı klubu ilə anlaşıb

Nizami rayonunda bank kartından oğurluq və dələduzluq edən şəxslər saxlanılıblar

İtaliyanın “RAI 1” kanalı “ASAN xidmət”in fəaliyyətini işıqlandırıb

Paytaxtda yanğın təhlükəli çörək sexinin fəaliyyəti dayandırılıb

Diplomatik korpusun nümayəndələri üçün “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”yə dair təqdimat keçirilib

NİİM: Sürücülərdən birinin təhlükəsizlik qaydalarına əməl etməməsi, digərinin isə diqqətsizliyi ağır qəzaya səbəb olub VİDEO

NİİM: Sürücülərdən birinin təhlükəsizlik qaydalarına əməl etməməsi, digərinin isə diqqətsizliyi ağır qəzaya səbəb olub VİDEO

Çində okeanı tədqiq etmək üçün ilk “ağıllı” gəmi hazırlanıb

İtaliya hökuməti: Ticarət müharibəsi qlobal problemlər qarşısında hamımızı zəiflədəcək

“Barselona” Küveytəsilli futbolçunu transfer edib

Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının 3-cü iclası keçiriləcək

® “Azercell”dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!

Azərbaycanlı alimin “Bir uzaq yaşıl ada” kitabı çapdan çıxıb