ANADOLU AGENTLİYİ AZƏRTAC-IN AVROPA XƏBƏR AGENTLİKLƏRİ ALYANSINA ÜZVLÜYÜNÜ HƏR ZAMAN DƏSTƏKLƏMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu fikri Türkiyənin Anadolu agentliyinin Baş direktoru Hilmi Bengi Ankarada səfərdə olan Azərbaycan jurnalistləri ilə görüşdə söyləmişdir.
Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə qardaş ölkədə səfərdə olan “Exo”, “Ekspress”, “Xalq cəbhəsi” qəzetlərinin, habelə “Xəzər” televiziyasının və APA agentliyinin müxbirləri ilə görüşən Hilmi Bengi bildirmişdir ki, dahi Atatürkün yaratdığı Anadolu agentliyi qardaş Azərbaycanın AZƏRTAC agentliyi ilə sıx əməkdaşlıq edir. Aprelin 29-dan mayın 3-dək Türkdilli Ölkələrin Xəbər Agentlikləri Baş Məclisinin VII iclası AZƏRTAC-ın təşkilatçılığı ilə Bakıda keçiriləcəkdir. Bu toplantıda quruma sədrlik AZƏRTAC-a keçəcəkdir.
Hilmi Bengi əlavə etmişdir ki, son illər dünya informasiya məkanında özünəməxsus yer tutan AZƏRTAC-ın ən nüfuzlu Avropa Xəbər Agentlikləri Alyansına üzv olması Azərbaycan həqiqətlərinin dünya və Avropa ictimaiyyətinə çatdırılmasında xüsusi əhəmiyyətə malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]
Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]