ELM VƏ TƏHSİL
Anadolu Universiteti ilə UNEC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı, 20 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Türkiyənin Anadolu Universiteti arasında “Erasmus+” mübadilə proqramına əsaslanan müqavilə imzalanıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tərəflər arasında əldə olunan razılığa əsasən, İqtisad Universitetinin 20 tələbə və 16 müəlliminin Anadolu Universitetində 2022/2027-ci illərdə mübadilədə iştirak etməsi nəzərdə tutulub.
Proqram çərçivəsində ilk olaraq tələbələrin təcrübə mübadiləsi həyata keçiriləcək. Müsabiqədən uğurla keçən tələbələr Anadolu Universitetində müxtəlif strukturlarda təqaüdlü təcrübədə iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.12.2023 [19:30]
“Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində növbəti görüş
- 07.12.2023 [19:26]
“Yüksəliş” müsabiqəsi qaliblərinin tələbələrlə növbəti görüşü olub
- 07.12.2023 [18:14]