REGİONLAR
Aprel döyüşləri tariximizin şanlı səhifəsidir


Ağcabədi, 1 aprel, AZƏRTAC
Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin kollektivinin iştirakı ilə “Aprel döyüşləri tariximizin şanlı səhifəsidir” adlı filim nümayiş olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərkəzin bələdçisi Səbinə Mamedova 2016-cı ilin Aprel döyüşlərindən danışıb. Bildirib ki, Aprel döyüşləri xalqımıza qələbə sevinci yaşatmaqla bərabər, böyük qələbənin də başlanğıcı oldu. Düşmən təxribatının qarşısı alındı, ona sarsıdıcı zərbə vuruldu və ordumuz minlərlə hektar ərazini işğalçılardan azad etdi. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.
Sonra “Aprel döyüşləri tariximizin şanlı səhifəsidir” filmi nümayiş olunub.