Azərbaycan Dövlət İnformasiya Agentliyi

AQEM-in Beyin Mərkəzləri Forumunda regional əməkdaşlıq və təhlükəsizlik çağırışları müzakirə olunub

Bakı, 9 sentyabr, AZƏRTAC

“İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası işini iclaslarla davam etdirir.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Yunis Qurbanovun moderatorluğu ilə keçirilən iclasda “İnkişaf vasitəsilə təhlükəsizliyin təşviqi - Asiyada təhlükəsizlik idarəçiliyinə yeni yanaşmaların araşdırılması” mövzusu müzakirə olunub.

Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun fəxri prezidenti və Elmi-Məsləhət Şurasının sədri Yan Jiemian son illər ərzində Asiya ölkələrinin Çinin qlobal inkişafını çox müsbət qarşıladığını deyib: “Biz və ümumilikdə Asiya son 80 il ərzində keçmişin müharibələrində ilişib qalmadıq. Baxmayaraq ki, regional müharibələr davam edirdi, bizim ölkəmiz yalnız irəliləyirdi. Çinin ənənəvi təhlükəsizlik yanaşması və bizim burada danışdığımız texnoloji, iqtisadi yanaşmalar stabilliyə rəvac verir”.

Yan Jiemian Heydər Əliyev Beynəlxalq Hava Limanından Bakı şəhərinin mərkəzinə gedərkən yolboyu dinamik inkişaf edən şəhər gördüyünü qeyd edib: “Mən Bakıya ən xoş arzularımı diləyirəm. Burada mən sülh və əmin-amanlıq, sosial inkişaf gördüm”.

Banqladeşin Beynəlxalq və Strateji Araşdırmalar İnstitutunun Baş direktoru İftekhar Anis bu gün Asiyanın dünya əhalisinin 60 faizini təşkil etdiyini və qlobal inkişafın mühüm mərkəzlərindən birinə çevrildiyini qeyd edib: "Bununla belə, təəssüf ki, regionumuzda təhlükəsizlik problemləri hələ də qalıb. Asiyada sabitliyin möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi bütün dövlətlər üçün prioritet olmalıdır".

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) bir çox problemlərin həlli üçün ideal platforma olduğunu diqqətə çatdıran Baş direktor bu təşkilatın üzv ölkələr arasında dialoqu gücləndirmək, birgə təşəbbüslər irəli sürmək və beynəlxalq əməkdaşlıq mexanizmlərini inkişaf etdirmək baxımından mühüm imkanlara malik olduğunu vurğulayıb. "Biz AQEM-in rolunu gücləndirməliyik. Terrorizmə qarşı mübarizə, kibertəhlükəsizlik, iqlim dəyişikliyi ilə mübarizə, pandemiyaların nəticələrinin aradan qaldırılması kimi sahələrdə birgə tədbirlər görülməlidir. Texnologiya və logistika imkanlarının genişləndirilməsi isə regional əməkdaşlığı daha da səmərəli edə bilər”, - deyə o, əlavə edib.

Şri-Lankanın Lakşman Kadirqamar Beynəlxalq Münasibətlər və Strateji Tədqiqatlar İnstitutunun nümayəndəsi Wijesinghe Arachchige Sulochana Madhubhashini Wijayasinghe ölkəsinin regionun sabitliyinin qorunmasında etibarlı tərəfdaş kimi çıxış etdiyini vurğulayaraq deyib: “Burada qarşılıqlı etimad və əməkdaşlıq prinsipləri böyük əhəmiyyət daşıyır və ölkələrarası münasibətlərin möhkəmlənməsi üçün vacib zəmin yaradır".

O qeyd edib ki, rəqəmsal dövrün çağırışları, xüsusilə kibertəhlükəsizlik və texnoloji sahələrdə ortaya çıxan problemlər, regional əməkdaşlığın vacibliyini bir daha göstərir. Şri-Lanka bu məsələlərin həllində fəal iştirak etmək, dialoqları gücləndirmək və birgə təşəbbüslər irəli sürmək istəyir. Bununla regionda daha təhlükəsiz və dayanıqlı mühitin yaradılmasına töhfə vermək mümkündür.

Çin və Müasir Asiya İnstitutunun direktoru, Milli AQEM Tədqiqat Mərkəzinin sədri Kirill Babayev Avrasiyanı iqtisadi əməkdaşlığın vahid məkanı kimi dəyərləndirərək qeyd edib ki, ən vacib məsələ qarşılıqlı hörmət prinsiplərinə əsaslanan ümumi təhlükəsizlik platformasının yaradılmasıdır.

Sədr bütün Avrasiya məkanını birləşdirəcək, həm böyük, həm də kiçik ölkələrin maraqlarını nəzərə alacaq ortaq tərəfdaşlığın dəstəklənməsinin vacibliyini vurğulayaraq, bu birliyin məhz qarşılıqlı əməkdaşlıq prinsipləri üzərində qurulacağını ifadə edib.

Asiya Araşdırmaları İnstitutunun direktor müavini Jirayudh Sinthuphan qlobal nizamın sabit olmadığı bir dövrdə görüşdüklərini və bu dövrdə kibertəhlükə təhdidlərinin iqtisadiyyatları və bir çox sahələri sarsıtmaqda olduğunu diqqətə çatdırıb. “AQEM-in təsirli institut olması üçün inklüziv idarəetməyə üstünlük verilməli, institusional islahatlar aparılmalıdır. Biz AQEM-i sülh və rifahın ortaq qoruyucusu kimi göstərməliyik”, - deyə o əlavə edib.

İranın Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun əməkdaşı, tədqiqatçı Mohsen Mohammadi Xəzər dənizində suyun səviyyəsinin azalması probleminə toxunaraq deyib: "Sərhəd dövlətləri bu sahədə bir iş görməsələr Xəzər Aral dənizinin aqibətini yaşayacaq". O, həmçinin bütün sahələrdə birgə regional kiberçərçivələri formalaşdırmaqla rəqəmsal cinayətlərin qarşısını ala biləcəyinin vacibliyini qeyd edib.

Hindistan Dünya İşləri Şurasının baş direktoru vəzifəsini icra edən Nutan Kapoor Mahavar, Kambocanın Asiya Vizyonu İnstitutunun prezidenti Chheng Kimlong, Tacikistan Respublikası Prezidentinin yanında Strateji Araşdırmalar Mərkəzinin Regional Təhlükəsizlik Məsələlərinin Təhlili və Proqnozlaşdırılması Departamentinin rəhbəri Saidhomid Şarifzoda çıxışlarında mövcud geosiyasi problemlərin ölkələrə misli görünməmiş zərbələr vurduğunu bildiriblər. Natiqlər vurğulayıblar ki, belə şəraitdə Asiya ölkələri ümumi və hərtərəfli əməkdaşlığa əsaslanan dayanıqlı təhlükəsizlik vizyonunu daha geniş şəkildə reallaşdırmalı, regionda açıq və inklüziv əməkdaşlıq çərçivəsi formalaşdırmalıdırlar.

İclas müzakirələrlə davam etdirilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMU rektoru: Tələbələrimizin IWISE innovasiya yarışmasında qazandıqları uğurlar qürurvericidir

Aspendosun möhtəşəm səhnəsi yenidən canlanır: 33-cü Beynəlxalq Festival başlayır

Aktiv ƏDV ödəyicilərinin sayı 5,8 faiz artıb

İkinci Dünya müharibəsi bombası Dunayda yoxa çıxıb

Astara gömrük postunda 25 kiloqramdan çox marixuana aşkar edilib

Ukrayna ordusu Rusiyanın Orsk şəhərində neftayırma zavodunu vurduğunu təsdiqləyib

"Dinamo"nun qapısını Bakıdakı oyunda da ukraynalı deputatın oğlu qoruyacaq

Gənclər Kitabxanasında Xalq şairi Qabilin 100 illiyinə həsr olunan metodiki vəsait hazırlanıb

Rusiyada və Səudiyyə Ərəbistanında neft emalı zavodlarına hücumlar dizelin qiymətini kəskin artırıb

“Ritm” rəqs qrupu Azərbaycanı Fransada beynəlxalq folklor festivalında təmsil edir

Rumıniya Dunayda suyun səviyyəsinin aşağı olması səbəbindən Çernavoda AES-i dayandıra bilər

Ağdamda Mərkəzi park inşa olunur: Tarixi-mədəni elementlər müasir infrastrukturu tamamlayacaq

Türkiyə-Azərbaycan Universiteti – iki ölkə, bir universitet, sonsuz imkanlar VİDEO

Türkiyə-Azərbaycan Universiteti – iki ölkə, bir universitet, sonsuz imkanlar VİDEO

Fransada senat seçkilərinə namizəd irqçi hücuma məruz qalıb

Azərbaycan Prezidentinin irəli sürdüyü Zəngəzur dəhlizi təşəbbüsü geosiyasi baxımdan olduqca səmərəlidir - ŞƏRH

Konqoda Ebola qızdırmasından ölənlərin sayı iki min nəfəri keçib

Xarici cins heyvanı yerli cins kimi saxlamaq olmaz - Fərid Mustafayevlə müsahibə

Çempionlar Liqası: “Sabah” – “Orxus” oyununa bütün biletlər satılıb

AZƏRTAC Qazaxıstanda keçiriləcək “GASTHERM EXPO-2026” sərgisinin rəsmi beynəlxalq media tərəfdaşıdır

Kürdəmirdə sahibkarlar ölkədə yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət ediliblər

PSJ Yaponiya millisinin qapıçısı ilə anlaşıb

“The Wall Street Journal”: İranın ABŞ hərbi obyektlərinə zərbələrindən dəyən ziyanın məbləği 13 milyard dollardır

Hepatit C ilə mübarizədə tarixi nəticə: İngiltərə hədəfə vaxtından əvvəl çatıb

Ekspert: Təhsilhaqqının azaldılması həkim çatışmazlığını aradan qaldıra bilər VİDEO

Ekspert: Təhsilhaqqının azaldılması həkim çatışmazlığını aradan qaldıra bilər VİDEO

Parisdə sosial işçilər tətilə çıxıblar: yüzlərlə insan küçədə qalmaq riski ilə üz-üzədir

Britaniya son onilliklərin ən ciddi ərzaq təhlükəsizliyi böhranı ilə qarşı-qarşıyadır

ABŞ-nin neft ehtiyatları 43 ilin minimumuna enib

Kəlbəcərdə bal süzümü yekunlaşmaq üzrədir – arıçılar məhsuldarlıqdan razıdırlar FOTO VİDEO

Kəlbəcərdə bal süzümü yekunlaşmaq üzrədir – arıçılar məhsuldarlıqdan razıdırlar FOTO VİDEO

DİN: Etibar etmədiyiniz, həqiqiliyinə əmin olmadığınız səhifə və saytlara ödəniş etməyin

“Fənərbağça” Lukakunun transferi üçün “Napoli” ilə razılığa gəlib

® “Azərpoçt”un mobil tətbiqində AZQR ödəniş funksiyası istifadəyə verilib

Deputat: Uşaqların sosial şəbəkələrdə zərərli məzmundan qorunması vacibdir VİDEO

Deputat: Uşaqların sosial şəbəkələrdə zərərli məzmundan qorunması vacibdir VİDEO

Fransada iki polisə bıçaqla hücum edilib

SOCAR-ın şöbə rəisi: “Yüksəliş” təkcə müsabiqə deyil, peşəkar inkişaf platformasıdır VİDEO

SOCAR-ın şöbə rəisi: “Yüksəliş” təkcə müsabiqə deyil, peşəkar inkişaf platformasıdır VİDEO

ABŞ, Ermənistan və Azərbaycanın Birgə Bəyanatı Türkiyə mediasının diqqət mərkəzindədir

Əməyin təhlükəsizliyi ilə bağlı daha 55 milli standart hazırlanır

Sabah yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda güclənəcəyi proqnozlaşdırılır VİDEO

Sabah yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda güclənəcəyi proqnozlaşdırılır VİDEO

Araşdırma: Həkimlərin “normaldır” ifadəsi pasiyentləri müalicədən uzaqlaşdıra bilər

Diplomatik qalmaqal: Fransa Konqodakı səfirliyinin irqçi hesab edilən videosunu silib

“GASTHERM EXPO – 2026”: Astanada qaz və mühəndislik infrastrukturunun inkişafı üzrə həll yolları təqdim ediləcək

® “Azercell” “Böhran İdarəetmə Qrupu” layihəsinin əhatə dairəsini genişləndirir

® “Rabitəbank”ın “Kartmane Taksit” kartı 6 ayadək komissiyasız taksit fürsəti təqdim edir

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb

Taxıl sahələrindən 3,1 milyon ton məhsul yığılıb

Məktəbəhazırlıq qruplarına 17 min 743 uşaq qeydiyyatdan keçib

İlahiyyat İnstitutu: Dini dezinformasiyanın qarşısının alınması üçün dini savadlılığın artırılması vacibdir

Anomal istilər və quraqlıq: Avropa iqtisadiyyatını nə gözləyir?

“Çelsi” qapıçısını Fransa klubuna icarəyə verib

BMU məzunu dünyanın 8 nüfuzlu universitetində təhsil almaq hüququ qazanıb

Faktiki hava: Bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxır, yağış yağır

Bu saata olan əsas xəbərlər

ADA məzunu: Xaricdə təhsili məqsəd deyil, gələcək inkişaf üçün vasitə kimi qiymətləndirməlidirlər

Beynəlxalq Dekolonizasiya Cəbhəsi Korsikadan Fransaya çağırış edib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

Moskvada Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsi müzakirə oluna bilər

Gəlirlərin artması insanların daha çox kredit götürmək imkanlarını da genişləndirir -Ekspert rəyi

® “Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı assistentini təqdim edib

8 Avqust - Cənubi Qafqazda yeni sülh arxitekturasının başlanğıcı ŞƏRH

Bu il Naxçıvanda istehlakçılar 1,2 milyon manata yaxın ƏDV vəsaiti əldə ediblər

“Neftçi”dən “Araz-Naxçıvan”a keçən futbolçu: Cavid Hüseynovla danışığımız həlledici oldu

Ceyhun Məmmədov: Sosial şəbəkələrdə Azərbaycan dilindən düzgün istifadə olunmasına diqqət artırılmalıdır VİDEO

Ceyhun Məmmədov: Sosial şəbəkələrdə Azərbaycan dilindən düzgün istifadə olunmasına diqqət artırılmalıdır VİDEO

Çinə qida və içki ixracı qaydaları: CIFER sistemində qeydiyyat necə aparılır?

Aslan Kərimov: İlk oyun göstərdi ki, Danimarka çempionu səhvləri bağışlamır

Donald Tramp FIFA-ya xəbərdarlıq edib: Canni İnfantinonun vəzifədən getməsi dəhşətli səhv olacaq

® “Azeronline”da müqavilələr “SİMA İmza” ilə tam rəqəmsal!

Avqustun 18-də Baş prokuror Qubada vətəndaşların müraciətlərini dinləyəcək

“Kəpəz” heyətini nigeriyalı vingerlə gücləndirib

Alüminium qiymətləri son 7 həftənin maksimumuna yüksəlib

ADPU-da tələbələrin təhsil fəaliyyətinə dəstək: 14 adlı təqaüd

“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Regional ədliyyə idarələri haqqında Əsasnamə”nin ləğv edilməsi barədə
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI

Kimyaçı-alim Almaniyada plastiklərin depolimerləşdirilməsi üzrə tədqiqat aparıb

NİİM: Sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan qurğu sürət ölçən cihaz deyil VİDEO

NİİM: Sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan qurğu sürət ölçən cihaz deyil VİDEO

BMT uşaqları və gəncləri onlayn informasiya risklərindən qorumağa çağırır

“Qarabağ”ın prezidenti: Komandanın potensialına ürəkdən inanıram

Külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb

DSMF: Yanvar-iyul aylarında sosial sığorta haqları üzrə daxilolmalar proqnozu üstələyib

Asılılıqdan normal həyata dönüş mümkündür - Psixoloqdan vacib tövsiyələr

Akademik: Elmi fəaliyyətin səmərəliliyinin artırılması üçün nəticələrin obyektiv qiymətləndirilməsi vacibdir

Ağstafada kişi meyiti aşkarlanıb

Birjalarda qızıl və gümüş qiymətləri VİDEO

Birjalarda qızıl və gümüş qiymətləri VİDEO

Rusiyanın Voronej şəhərinə dron hücumu nəticəsində bir nəfər ölüb

Azərbaycan nefti 95 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 95 dollardan baha satılır VİDEO

Saatlıda yanğın törədən şəxs saxlanılıb

Neft qiymətləri bahalaşır VİDEO

Neft qiymətləri bahalaşır VİDEO

“Sabah” Çempionlar Liqasında cavab oyununa çıxır

Dövlət Əmək Müfəttişliyi Xidməti yeddi ayda 27 min müraciəti cavablandırıb

Binə və Nardaran qəsəbələrinin bəzi küçələrinin təbii qaz təchizatında fasilə yaranıb

Paytaxtın Babək prospektində obyektdə baş verən yanğın söndürülüb VİDEO

Paytaxtın Babək prospektində obyektdə baş verən yanğın söndürülüb VİDEO

Ölkənin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Kolumbiyada zəlzələdən sonra yüzlərlə insan tibbi yardıma müraciət edib – YENİLƏNİB 5

Paytaxtın bu ərazilərinə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Avropa ölkələrində havanın temperaturu yenidən yüksələcək

Buzovna qəsəbəsində dənizdə meyit aşkarlanıb

BDYPİ yol hərəkəti iştirakçılarını gözlənilən əlverişsiz hava şəraitində diqqətli və məsuliyyətli davranmağa çağırıb

Filippində kəskin hava şəraitində azı 19 nəfər ölüb, yaralılar var

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə edilir

Rusiyanın Xabarovsk vilayətində fövqəladə vəziyyət elan olunub – YENİLƏNİB

Dünya okeanlarında iyul ayının rekord temperaturu qeydə alınıb

Humanoid robotların dünya üzrə tədarük bazarının 97 faizini Çin istehsalçıları tutublar

Böyük Britaniyada bəzi çayların və su anbarlarının səviyyəsi aşağı düşüb