CƏMİYYƏT
AQTA: Tələblərə cavab verməyən bioloji aktiv qida məhsulları məhv edilib
Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
AQTA-dan AZƏRTAC-a bildirilib ki, tədbirlər çərçivəsində “NF Star” MMC-nin və “Loğman Farm” MMC-nin Türkiyədən idxal etdiyi bioloji aktiv qida məhsullarından Agentliyin əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində uyğunsuzluq aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, tələblərə cavab verməyən bioloji aktiv qida məhsulları məhv edilib.
Uyğunsuzluq aşkarlanmış bioloji aktiv qida məhsulu partiyaları aşağıdakılardır:
1. “İlaçsan Medikal San.Tic.LTD.ŞTİ” müəssisəsinə məxsus 3000 ədəd “Foxxol, kapsul №30” əmtəə nişanlı bioloji aktiv qida məhsulu (01.04.2024-01.04.2027-ci il istehsal və son istifadə tarixli, 908005 partiya nömrəli);
2. “Greenland İlaç Gıda Takviyeleri ve Kozmetik San.Tic.LTD.ŞTİ” müəssisəsinə məxsus 3000 ədəd “Secret of Power, daxilə qəbul üçün məcun 240Q” əmtəə nişanlı bioloji aktiv qida məhsulu (01.02.2024-01.02.2027-ci il istehsal və son istifadə tarixli, 051 partiya nömrəli).