Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

AQTA: Yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə bir sıra ərazilərdən idxala məhdudiyyət tətbiq edilib

AQTA: Yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə bir sıra ərazilərdən idxala məhdudiyyət tətbiq edilib

Bakı, 6 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Monqolustanın Xovd vilayətində xırdabuynuzlu heyvanların taun və keçilərin yoluxucu plevropnevmoniyası, Avstriya Respublikasının Aşağı Avstriya, Yuxarı Avstriya, Burqenland, Tirol, Zalsburq ştatlarında blutanq, Polşa Respublikasının Mazoviesk, Lyubelinsk inzibati ərazilərində Nyukasl, Fransa Respublikasının Normandiya regionunda, İsrail Dövlətinin Mərkəz dairəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Xovd vilayətində xırdabuynuzlu heyvanların taun xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların, həmçinin bu ev heyvanlarından alınan məhsulların (virusun məhv edilməsini təmin edən termik emala məruz qalan məhsullar istisna olmaqla) idxalına, habelə qeyd olunan heyvanların Azərbaycan Respublikasının ərazisindən tranzitinə, eləcə də Xovd vilayətində keçilərin yoluxucu plevropnevmoniyası xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların idxalına, habelə Azərbaycan Respublikasının ərazisindən qeyd olunan heyvanların tranzitinə, Aşağı Avstriya, Yuxarı Avstriya, Burqenland, Tirol və Zalsburq ştatlarında xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına, Mazoviesk və Lyubelinsk inzibati ərazilərində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (Nyukasl viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, Normandiya regionunda və Mərkəz dairəsində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ərazilərdən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ermənistan hakimiyyəti orduda qadınların sayını artırmaq niyyətindədir

Parlamentin Regional məsələlər komitəsinin 2025-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib

Şəkidə keçirilən seminar-müşavirədə bələdiyyə seçkilərində polisin xidməti fəaliyyətinə dair məsələlər müzakirə olunub

Pakistan məhkəməsi İmran Xanı 14 il həbs cəzasına məhkum edib

Pakistan Azərbaycanın yük avtomobillərinin ölkəyə girişinə icazə verib

Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə mediatur təşkil edilib

Şamaxıda saxtalaşdırma əlaməti olan spirtli içkilərin satışının qarşısı alınıb

ÜST 2025-ci ildə təcili tibbi yardım fəaliyyətinə 1,5 milyard dollar ayırmağa çağırıb

Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvadan

NBA: Liderlərin qarşılaşmasında “Oklahoma-Siti Tander” qalib gəlib

Sabaha olan hava proqnozu açıqlanıb

“Rəqəmsal” mövzulu qrant müsabiqəsinin qalibi olan gənclər təşkilatları və gənclərlə görüş keçirilib

Bürünc səviyyəli hakim sertifikatı alan azərbaycanlı: İmtahandan uğurla keçəcəyimə inanırdım

Çinin “Dongfang Electronics Corporation” şirkətinin nümayəndələri Şuşaya səfər edib

Ay məhv olmaq təhlükəsi ilə üzləşən irs abidələri siyahısında yer alıb

Fond: Ötən il 1871 kirayə müqaviləsi rəsmiləşdirilib

Bu il 300-dək alimə mükafat veriləcək

Türkiyə ilə Monqolustan arasında strateji tərəfdaşlığın təsis edilməsi ilə bağlı Saziş imzalanıb

Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıtması onların fundamental hüququdur ŞƏRH

Azərbaycanda keramik dam örtüyü plitələrinə dair dövlət standartları qəbul edilib

Azərbaycanın sərbəst güləşçiləri ilin ilk beynəlxalq yarışına qatılacaqlar

Fransa parlamenti ölkənin Baş nazirinə etimadsızlıq votumunu dəstəkləməyib

Bakıdakı Rus evində “Svaytoçnıe veçera” adlı bayram konserti olub

Braziliyalı futbolçu “Fənərbağça”dan ayrıldığını açıqlayıb

Kaliforniyada elektrik stansiyasında güclü yanğın baş verib

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

“The Jerusalem Post”: İsrail HƏMAS ilə razılaşmanın ilk mərhələsində 2 min fələstinlini azad edəcək

® Abbas İbrahimov: “Bu il ilk dəfə 35 mindən artıq səhmdarımızla, vətəndaşlarımızla gəlirlərimizi bölüşəcəyik”

İkinci "Maarifçi” tələbə-məzun təcrübə proqramı başa çatıb

Bakıda mozaika kompozisiyalarında restavrasiya işlərinə başlanılır

Ötən ay yaşa görə sosial müavinət alanların sayı açıqlanıb

“İnsan alverinə qarşı mübarizə: mövcud vəziyyət və gözləntilər” mövzusunda tədbir keçirilib

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

Nərimanov rayonunda suşi emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Kənd Təsərrüfatı Nazirliyi “Ayın Fermeri” müsabiqəsini elan edir

Norveçli baş məşqçi “Beşiktaş”la müqavilə bağlamaq üçün İstanbula gedir

Filippində yol qəzası nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb

Ötən il ombudsmanın Çağrı Mərkəzinə daxil olan zənglərin sayı açıqlanıb

Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək

Keyfiyyətli və təhlükəsiz bal hansıdır?

Gənclər Kitabxanasında 20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin illik fəaliyyəti müzakirə edilib

Yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin təqdimatı keçirilib

AMEA-nın Kimya Elmləri Bölməsi ötənilki fəaliyyətinə dair hesabat verib

Ötən il 34 mal kateqoriyası üzrə 818 məhsul növü araşdırılıb

"Mücahid ömrü, Məhəmmədsadıq Aran" kitabının təqdimatı olub

Azərbaycan Atletika Federasiyasının nümayəndəsi bürünc səviyyəli hakim sertifikatı ilə təltif edilib

“Türkiye” qəzeti: Ermənistan tez və ya gec Prezident İlham Əliyevin bütün tələblərini yerinə yetirəcək

AMEA-nın Ümumi yığıncağının keçirilmə vaxtı müəyyənləşib

Görkəmli bəstəkar Firəngiz Əlizadənin əsəri Berlində səslənəcək

Binəqədidə şadlıq sarayında nöqsanlar aşkarlanıb

İşdən qeyri-qanuni azad edilmiş 60-dan çox şəxs əvvəlki işlərinə bərpa olunub

“Konstitusiya və Suverenlik İli”ndə AMEA-nın qarşısında duran vəzifələr müzakirə olunub

Qazaxıstan yüksək texnologiyalı PUA istehsal edəcək

“YAŞAT” Fondu şəhid Cavidan Ağayevin anasının əməliyyat xərclərini ödəyib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Kürdəmirdə vətəndaş qəbulu keçiriləcək

Azərbaycanı II Beynəlxalq Parabadminton turnirində təmsil edəcək idmançının adı məlum olub

Cənub bölgəsi üzrə 9 şagird fənn olimpiadalarında maksimum nəticə göstərib

“Access Bars”: Uğurlu həyatın açarı – enerji və emosional balansın yolu

Səudiyyə Ərəbistanında çoxdilli Həcc, Ümrə terminologiyası lüğəti istifadəyə verilib

Ötən gün 34 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

MSK bələdiyyə seçkiləri ilə əlaqədar aşağı seçki komissiyaları üçün treninqlərə başlayıb VİDEO

Dendrologiya İnstitutunda qazaxıstanlı alimlərlə müzakirələr aparılıb

Naxçıvanda nağdsız əməliyyatlar üzrə dövriyyə 1 milyard manatı ötüb

Çində əhalinin sayında azalma ardıcıl üçüncü ildir davam edir

Bu gün Yüksək Liqada növbəti oyunlar keçiriləcək

Dünya birjalarında neft bahalaşıb

Dövlət dəstəyi ilə lentə alınmış filmlərin təqdimatına başlanır

MDU-da “Açıq qapı” günü: tələbələrin müraciətləri dinlənilib

BEA: 2025-ci ildə qlobal neft tələbi sutkada 1,05 milyon barel artacaq

Ötən il TƏBİB-in Çağrı Mərkəzinə 100 mindən çox zəng daxil olub

Misli Premyer Liqası: “Qarabağ” “Şamaxı”nı qəbul edəcək

Qarabağ Universiteti ilə Arxeologiya və Antropologiya İnstitutu arasında memorandum imzalanıb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana səfərə gəlib

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Ötən gün 71 cinayətin üstünün açılması təmin olunub

Bu gün görkəmli Azərbaycan şairi Mədinə Gülgünün doğum günüdür

Gəncədə antisanitar şəraitdə emal olunan quş əti məhsullarının satışının qarşısı alınıb

Əriyən buzlar 6 min illik meşə qalıqlarını ortaya çıxarıb - TƏDQİQAT

İtaliyada keçən il inflyasiya göstəricisi artıb

Qazaxda üçotaqlı evdə yanğın olub

İşğaldan azad olunan ərazilərin yaşıl enerji ilə təmin olunması Çindən olan qonaqların diqqətini çəkib VİDEO

Xankəndidə 20 Yanvar faciəsi qurbanları anılıb

Düsen Kaseinov ICTMD-nin ilk səfiri seçilib

Azərbaycan Misirdə 2-ci Beynəlxalq Parabadminton turnirində iştirak edəcək

Hakim “Gürcü Arzusu” partiyası Böyük Britaniya İcmalar Palatasında gedən müzakirələrlə əlaqədar bəyanat qəbul edib

Böyük Britaniyada qanunsuz narkotik maddələrin ələ keçirilməsi rekord həddə çatıb

ABŞ-da qida boyasının istifadəsinə qadağa tətbiq edilib

Türkiyə XİN: ABŞ-ın Cənubi Kiprlə bağlı qərarını qınayırıq

İtaliya saytı Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsindən yazıb

Roma Papası yıxılaraq qolundan zədələnib

Niderland Avropada internet tarifləri baha olan ölkələrdəndir

Almaniya Prezidenti: Nifrət və zorakılıq son söz olmamalıdır

Şamil Ayrım: 2025-ci il Türkiyə və Azərbaycan üçün yeni uğurlar dövrü olacaq

Los-Ancelesdəki meşə yanğınlarında 31 nəfər itkin hesab olunur

Myanmada palçıq axını nəticəsində ölənlərin sayı 32-yə çatıb

Şika şəhərinin nümayəndələri Milli Olimpiya Komitəsini ziyarət ediblər

İrakli Kobaxidze: Dövlətin ən mühüm institutlarını bilərəkdən zəiflətmək cəhdinə müvafiq cavab veriləcək

Şitan Tsao: Biz Qarabağda ekologiya sahəsində yaşıl enerji konsepsiyasını həyata keçirməyə hazırıq