Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Araz dəhlizi” digər regional tranzit marşrutlarına həyat qabiliyyətli bir alternativ kimi çıxış edə bilər – MÜSAHİBƏ

“Araz dəhlizi” digər regional tranzit marşrutlarına həyat qabiliyyətli bir alternativ kimi çıxış edə bilər –  MÜSAHİBƏ

Bakı, 19 may, Tamilla Məmmədova, AZƏRTAC

AZƏRTAC-ın iranlı analitik Əli Purmandla müsahibəsini təqdim edirik.

– İran Azərbaycandakı nəqliyyat layihələrinin, xüsusilə də yeni Kəlalə-Ağbənd marşrutunun inkişafını necə qiymətləndirir?

– İran tərəfindən Culfa–Kəlalə yolunun modernizasiyası və bu ərazidə yeni sərhəd terminalının tikintisi ilə bağlı son xəbərlər ölkənin bu marşrutu Azərbaycanın Ağbənd bölgəsi ilə birləşdirmək istəyini və xoş niyyətini nümayiş etdirir. Ağbənd–Kəlalə–Culfa dəhlizinin inkişafı əslində illər ərzində Azərbaycanın Naxçıvana İran ərazisi vasitəsilə çıxış üçün istifadə etdiyi ənənəvi marşrutun qorunub saxlanılması və təkmilləşdirilməsinə xidmət edir. Tehran nöqteyi-nəzərindən bu yolun saxlanılması və modernizasiyası strateji əhəmiyyət daşıyır: bu, İranın regionda əsas tranzit mərkəzi kimi rolunu gücləndirir və onun Cənubi Qafqazda mövqelərini möhkəmləndirir.

Bundan əlavə, marşrutun keçdiyi sərhədyanı vilayətlərin iqtisadi maraqları da İranın bu cür layihələrə müsbət münasibətində mühüm rol oynayır. İran və Azərbaycanın “Araz dəhlizi”nin əsas hissəsinin inkişafı üzrə son birgə səyləri praqmatik yanaşmanı və qarşılıqlı faydaya yönəlik diqqəti əks etdirir. Lakin bu layihənin daha geniş kontekstdə strateji əhəmiyyəti iki ölkə arasında razılaşmanın davamlılığından, regional rəqabətlərin effektiv idarə olunmasından, eləcə də beynəlxalq ticarət razılaşmaları və infrastruktur sərmayələrinin nəzərə alınmasından asılı olacaq.

– Sizcə, “Araz dəhlizi” regiondakı digər marşrutlara ciddi alternativ ola bilərmi?

– “Araz dəhlizi” Azərbaycanın Naxçıvanla əlaqəsini təmin edən ənənəvi marşrutun genişləndirilmiş, optimallaşdırılmış versiyası olaraq, xüsusilə 2020-ci il II Qarabağ müharibəsindən sonra inkişaf etdirilən digər regional tranzit yollarına qarşı ciddi və həyata keçə bilən alternativ kimi çıxış edə bilər. Xüsusilə son illərdə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirmək üçün təklif etdiyi Zəngəzur dəhlizi ilə müqayisədə, “Araz dəhlizi” texniki, siyasi və geosiyasi baxımdan inkarolunmaz üstünlüklərə malikdir. Üstəlik, “Araz dəhlizi”nin uzadılması İran və Azərbaycanın Türkiyəyə, oradan Avropaya birgə çıxışını təmin edir, bu da hər üç ölkə arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq üçün imkanlar yaradır. “Araz dəhlizi”, eyni zamanda “Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi”ni tamamlaya biləcək potensiala malikdir, şərq-qərb və şimal-cənub marşrutlarını birləşdirə bilər. Əgər İrana “Araz dəhlizi”ni Türkiyə və Ermənistanın dəmir yolu və ya avtomobil infrastrukturu ilə birləşdirmək müyəssər olsa, bu, qərb və şimal-qərb istiqamətlərinin “Şimal–Cənub” dəhlizinin daha geniş strukturuna səmərəli inteqrasiyasına şərait yaradacaq. Bu, həmçinin “3+3” formatı çərçivəsində regional sinergiya və əməkdaşlığın formalaşmasına ciddi töhfə verir. Beləliklə, bu dəhliz təkcə bir nəqliyyat marşrutu deyil, İran və Azərbaycan arasında tarixi, mədəni və sivilizasiya əlaqələrinə əsaslanan iqtisadi həmrəyliyin simvoluna çevrilə bilər.

– Qara dənizi Körfəz ilə Azərbaycan üzərindən birləşdirəcək yeni nəqliyyat marşrutunun perspektivləri necə qiymətləndirilir? İran bu marşruta iqtisadi və logistik baxımdan necə inteqrasiya oluna bilər?

– Belə bir dəhlizin yaradılması, Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin iqtisadi potensialının gücləndirilməsi baxımından xüsusilə əhəmiyyətlidir. Bu marşrut İran üçün mühüm ticarət üstünlükləri vəd etməklə yanaşı, həm də Cənubi Qafqazın üç əsas ölkəsini Körfəz və açıq sulardan Avropaya mal daşımalarında önəmli rol oynayan iqtisadi dəhlizin formalaşmasına cəlb edir. Layihə tam başa çatdıqdan sonra Körfəz-Qara dəniz dəhlizi, ənənəvi Cənubi Avropa ticarət marşrutları ilə müqayisədə daha qısa və rəqabətqabiliyyətli alternativ təqdim edə bilər. Bu marşrut, həmçinin Azərbaycan ərazisindən keçməklə “Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi”nin (INSTC) fəaliyyətinin və iqtisadi potensialının gücləndirilməsinə xidmət edəcək. Ticarət əməkdaşlığından əlavə, bu layihənin həyata keçirilməsi Cənubi Qafqaz və Qara dəniz regionuna daxil olan ölkələr – məsələn, Gürcüstan, Bolqarıstan və Yunanıstanla Aralıq dənizinə çıxışı olan daha geniş çoxtərəfli əməkdaşlığı stimullaşdıra bilər. Bu dəhlizin reallaşmasında əsas çağırışlardan biri İranın marşrut üzrə iqtisadi və logistik imkanlarının inkişaf etdirilməsidir. İranın cənub limanlarının ötürücülük qabiliyyətinin artırılması və bu limanların Xəzər dənizi limanları ilə dəmir yolu vasitəsilə birləşdirilməsi layihənin uğurlu icrası üçün aradan qaldırılmalı əsas məhdudiyyətlərdəndir. Bu kontekstdə Rəşt–Astara dəmir yolunun tikintisinin başa çatdırılması, eləcə də İranın şimal-qərbində gömrük, anbar və logistika infrastrukturunun inkişafı layihənin həyati əhəmiyyət daşıyan elementləridir. Bu aspektlərə lazımi diqqət yetirilməzsə, dəhlizin uğurla reallaşdırılması demək olar ki, mümkün olmayacaq.

İnfrastrukturla yanaşı, layihə geosiyasi məsələlərlə də qarşı-qarşıyadır. Xüsusilə, bu gün İranla Avropa arasında əsas ticarət marşrutlarından biri olan Türkiyənin mövqeyi önəm daşıyır. Yeni dəhlizin istifadəyə verilməsi İranın Türkiyə nəqliyyat yollarından asılılığını azalda bilər ki, bu da Ankaranın siyasi və ya rəqabət yönümlü reaksiya verməsinə səbəb ola bilər. Bu məsələnin həlli üçün Türkiyə ilə əsaslandırılmış siyasi-iqtisadi dialoq və ikitərəfli münasibətlərdə balansın qorunması vacib olacaq.

– Rəşt–Astara dəmir yolunun tikintisi hansı mərhələdədir? Bu layihə İran üçün nə qədər əhəmiyyətlidir və istifadəyə verilməsindən nə gözlənilir?

– Təxminən 20 ildir ki, “Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi” çərçivəsində planlaşdırılan Rəşt–Astara dəmir yolu layihəsi son bir il ərzində daha fəal və ciddi mərhələyə keçdiyi görünür. İran, Rusiya və Azərbaycan bu layihənin tamamlanmasına daha qətiyyətli sadiqlik nümayiş etdirirlər. İran tərəfinin son məlumatlarına görə, Rusiya şirkətlərindən bəziləri, Rəşt–Astara dəmir yolunun inşasına texniki və mühəndis dəstəyi göstərməli olan tərəflər olaraq, artıq marşrutun tikintisi ilə bağlı sahə araşdırmalarını başa çatdırıblar. Hazırda İranda dəmir yolunun çəkiləcəyi torpaq sahələrinin satın alınması prosesi həyata keçirilir.

Bundan əlavə, Rusiyanın təxminən 1,5 milyard avro məbləğində kredit formasında verdiyi maliyyə dəstəyi layihənin icrasını sürətləndirə və “Şimal–Cənub” dəhlizinin çatışmayan bu hissəsinin daha tez başa çatmasına imkan verə bilər. İran bu dəmir yolunun tikintisinin tamamlanmasını strateji əhəmiyyətə malik məsələ kimi dəyərləndirir. Proqnozlara görə, bu dəmir yolu illik tranzit həcmini 15 milyon ton artırmağa və təxminən 750 milyon dollar gömrük gəliri gətirməyə imkan verəcək. İranın Yollar və Şəhərsalma Nazirliyi son aylarda bu hissədə tikinti işlərinin başlanmasına xüsusi önəm verir və prosesi fəal şəkildə irəlilətməyə çalışır. Bu layihə təkcə İranın tranzit potensialını artırmayacaq, həm də marşrutun keçdiyi sahilyanı və sərhədyanı vilayətlərin inkişafına töhfə verəcək. İran üçün bu istiqamət həlledici əhəmiyyətə malikdir, lakin bu, “Şimal–Cənub” nəqliyyat dəhlizinin iştirakçısı olan bütün ölkələr üçün də az əhəmiyyət daşımır. Layihə başa çatdıqdan sonra Şimali Avropa, Skandinaviya və Rusiya ilə Körfəz ölkələri, Hind okeanı və Cənub-Şərqi Asiya arasında – İran ərazisindən keçməklə – səmərəli nəqliyyat əlaqəsi təmin ediləcək.

– İran və Azərbaycan vahid nəqliyyat şəbəkəsinin yaradılması üçün dəmir yolu infrastrukturunun modernləşdirilməsini necə koordinasiya edə bilər?

– Bu istiqamətdə ilk addım kimi birgə dəmir yolu xətlərinin inkişafı və razılaşdırılması görünür. “Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi”nin bir hissəsi olan Rəşt–Astara dəmir yolu kimi layihələr iki ölkənin dəmir yolu şəbəkələrinin birləşdirilməsi üçün uğurlu model ola bilər. Bu təşəbbüslər yük və sərnişin daşımalarını asanlaşdırır, həmçinin nəqliyyat xərclərinin azalmasına kömək edir.

Bundan əlavə, İran və Azərbaycan dəmir yolu texniki standartları sahəsində koordinasiyanı təmin etməlidirlər. Texniki normaların uyğunsuzluğu uzun müddət əməkdaşlığa əngəl törədirdi – xüsusilə də Azərbaycanı Astarada yerləşən İran terminalı ilə birləşdirən dəmir yolu sahəsində bu, özünü daha aydın göstərirdi və regional mübadilələri ləngidirdi. Xoşbəxtlikdən, son illərdə bu problem həll edilib. Siqnalizasiya sistemləri, dəmir yolu avadanlıqları, rels ölçüləri və stansiya infrastrukturları daxil olmaqla, bu sahədə standartlaşdırma ölkələrarası qatar hərəkətini asanlaşdıracaq, gözləmə müddətini azaldacaq və şəbəkənin təhlükəsizliyini artıracaq. Maliyyə əməkdaşlığı və birgə investisiyaların inkişafı da bu cür layihələrin irəliləməsində əsas rol oynayır. İran və Azərbaycan həm dövlət, həm də özəl mənbələrdən dəmir yolu infrastrukturunun modernləşdirilməsi üçün investisiya cəlb edə bilərlər.

Bundan başqa, beynəlxalq maliyyə dəstəyi, kreditlər və qlobal maliyyə institutları ilə əməkdaşlıq bu təşəbbüslərə əlavə maliyyə təmin edə bilər.

Daha bir vacib istiqamət inteqrasiya olunmuş logistika və gömrük sistemlərinin yaradılmasıdır. İran və Azərbaycan malların sürətli hərəkəti və gömrük rəsmiləşdirməsinin müddətinin azaldılması üçün vahid sistem hazırlaya bilər. Bu, nəqliyyat və ticarət proseslərini sadələşdirəcək və nəqliyyat şəbəkəsinin səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq. Nəticə etibarilə, göstərilən sahələrdə sıx əməkdaşlıq və koordinasiya şəraitində İran və Azərbaycan həm iki ölkənin, həm də regional və beynəlxalq səviyyədə iqtisadi əlaqələrin güclənməsinə töhfə verəcək inteqrasiya olunmuş və effektiv dəmir yolu nəqliyyat şəbəkəsi yarada bilərlər.

– Bu gün İran və Azərbaycan arasında energetika sahəsində ən fəal əməkdaşlıq istiqamətləri hansılardır?

– Bu gün İran və Azərbaycan arasında bir neçə əsas energetika istiqaməti üzrə fəal əməkdaşlıq mövcuddur: elektrik enerjisinin mübadiləsi, Xəzər dənizində yataqların birgə kəşfiyyatı və hidroelektrik stansiyalar, bəndlər kimi su infrastruktur obyektlərinin birgə istismarı. Vaxtilə təbii qazın svop razılaşması əməkdaşlıqda mühüm rol oynasa da, son dövrlərdə bu razılaşmanın icrası dayandırılıb. Ən fəal istiqamətlərdən biri elektrik enerjisinin mübadiləsidir. Bu ilin yayında İran daxili pik tələbatı ödəmək üçün Azərbaycandan 140 meqavat elektrik enerjisi idxal etməyi planlaşdırır. Bu təşəbbüs iki ölkənin milli enerji sistemlərinin sinxronlaşdırılması proqramının bir hissəsidir və regionda enerji təchizatının dayanıqlığını, səmərəliliyini artırmağa yönəlib. Xəzər dənizində neft və qazın birgə hasilatı sahəsində əməkdaşlıq davam edir. 2018-ci ildə imzalanmış memorandum dənizin şelf resurslarının birgə işlənməsi üçün əsas yaradıb. Son zamanlar İran Xəzərin dayaz sahəsində yerləşən “Rudsar Blok 18”də qazma işlərini bərpa edib ki, bu da ölkənin Xəzər enerji layihələrinə marağının davam etdiyini göstərir.

Bundan əlavə, İran və Azərbaycan su, hidroenergetika infrastrukturlarının birgə istifadəsi sahəsində də əməkdaşlıq edir. Bu sahədə ən bariz nümunələr Araz çayı üzərində yerləşən Xudafərin və Qız Qalası bəndləridir. Bu obyektlər, eyni zamanda elektrik enerjisi istehsalı, suvarma və daşqınların qarşısının alınması funksiyalarını yerinə yetirir, iki ölkə arasında praktiki əməkdaşlığın və qarşılıqlı asılılığın simvoluna çevrilib. Ümumilikdə bu təşəbbüslər İran və Azərbaycan arasında energetika və infrastruktur əməkdaşlığının strateji dərinliyini nümayiş etdirir. Qaz svopu razılaşmasının dayandırılmasına baxmayaraq, hər iki ölkə enerji sahəsində əlaqələrin genişləndirilməsində maraqlı olaraq, diqqəti elektrik enerjisinə, su infrastrukturuna və Xəzər resurslarının işlənməsinə yönəldir.

– İran, Azərbaycan və Rusiya arasında regional enerji bazarının yaradılması perspektivi nə dərəcədə realdır?

– İran, Azərbaycan və Rusiya arasında – xüsusilə təbii qaz sahəsində – regional enerji bazarının yaradılması perspektivləri strateji baxımdan maraq doğurur və artıq müəyyən addımlar da atılıb. Rusiya qazının Azərbaycan ərazisi vasitəsilə İrana tranziti də daxil olmaqla bir sıra danışıqlar və layihələr həyata keçirilir. Belə əməkdaşlıq geosiyasi vəziyyətin dəyişməsi və iqtisadi məqsədəuyğunluq fonunda hər üç tərəf üçün faydalı ola bilər. Bununla belə, tam funksional, davamlı və inteqrasiya olunmuş regional enerji bazarının yaradılması olduqca mürəkkəb prosesdir. Əsas çətinliklərə beynəlxalq sanksiyaların təsiri, hələ də açıq qalan kommersiya məsələləri (o cümlədən qiymətlərin formalaşması) və genişmiqyaslı infrastruktur yatırımlarına ehtiyac daxildir. Bu amilləri nəzərə alaraq, uzunmüddətli məqsədlərə – məsələn, illik 55 milyard kubmetr qazın tranziti kimi iddialı planlara – nail olunması riskli görünür. Lakin ayrı-ayrı layihələrin həyata keçirilməsi və hətta genişləndirilməsi ehtimalı yüksəkdir. Bununla belə, daha sabit və sanksiyalara məruz qalmayan bölgələrdə mövcud olan enerji bazarlarına bənzər ortaq bazarın yaradılması hələlik ciddi bir çağırış olaraq qalır.

– Sizin fikrinizcə, İran və Azərbaycan arasında ticarət dövriyyəsinin artımını sürətləndirmək üçün hansı addımlar atıla bilər?

– Görünür, bu məsələnin bir hissəsi hər iki ölkənin ixrac-idxal potensialı ilə bağlıdır. Azərbaycanın əsas ixrac məhsulları xam neft və qazdır. Bu məhsullar ölkə ixracının təxminən 90 faizini təşkil edir. Qeyri-neft, qeyri-qaz məhsullarının ümumi ixrac və idxal həcmi təxminən 4 milyard dollar təşkil edir, əsasən kənd təsərrüfatı məhsullarını əhatə edir. İranın Azərbaycandan idxal etdiyi əsas məhsullar da təbii ipək və digər aqrar məhsullardır. Bu xüsusiyyət ticarət əlaqələrinin dinamikasında da özünü göstərir. Belə ki, neft, qaz və kənd təsərrüfatı məhsulları üzrə ticarət üstünlüklərinin məhdud olması ticarətin inkişafını əngəlləyir. Bununla yanaşı, hər iki ölkə logistik və maliyyə məhdudiyyətləri ilə qarşı-qarşıyadır. İran qonşularla ticarət əlaqələrini qorumağa çalışsa da, beynəlxalq sanksiyalar səbəbindən ticarət və maliyyə köçürmələri sahəsində ciddi çətinliklər yaşayır.

Qeyri-neft sektoru üzrə ixrac və idxal imkanlarının məhdud olduğunu nəzərə alaraq, bu sahənin inkişafı ölkələr arasında ticarətin həcmini artırmağa töhfə verə bilər. Bu istiqamətdə atıla biləcək addımlar arasında birgə investisiya potensialının aşkara çıxarılması və gücləndirilməsi, xüsusilə ərzaq sənayesi və əczaçılıq sahəsində önəm daşıyır. Kənd təsərrüfatı məhsulları üzrə ticarətin əhəmiyyətli həcmi bu istiqamətdə investisiya imkanlarının mövcud olduğunu göstərir. Eyni zamanda, gömrük rüsumlarını azaltmaq məqsədilə güzəştli və ya azad ticarət sazişlərinin bağlanması, eləcə də sərhəd bölgələrində azad iqtisadi zonaların yaradılması və genişləndirilməsi ticarət həcminin artmasına səbəb ola bilər. Nəqliyyat dəhlizlərinin, gömrük infrastrukturunun inkişafı, eləcə də iki hökumətin siyasi iradəsi sayəsində gərginliyin azaldılması, əməkdaşlığın möhkəmləndirilməsi İran və Azərbaycan arasında ticarət əlaqələrinin uğurla genişlənməsi üçün real imkanlar yaradır.

– Ölkələrimiz arasında ticarətin inkişafı baxımından hansı sahələr konkret artım nöqtələri kimi çıxış edə bilər?

– İran və Azərbaycan arasında tarixi əlaqələrə malik olan sahələrdən biri, şübhəsiz ki, kənd təsərrüfatıdır. Kənd təsərrüfatı məhsulları hər iki ölkənin qeyri-neft ixracında mühüm və əhəmiyyətli yer tutur. Bu istiqamətdə inkişaf üçün ciddi potensial mövcuddur. Eyni zamanda, tranzit marşrutlarının inkişafı, xüsusən də iki ölkə arasında birgə infrastruktur layihələrinin reallaşdırılması, onların daha sürətli icrası şərti ilə ticarət həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər. Yeni istiqamətlər arasında isə səhiyyə sahələrində müəyyən potensial müşahidə olunur. Tibbi turizmin və müalicə məqsədilə qarşılıqlı vətəndaş səfərlərinin artması bu sahənin ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün perspektivli olduğunu göstərir.

Bundan əlavə, bərpaolunan enerji və informasiya texnologiyaları kimi sahələr – qlobal tendensiyalar nəzərə alınmaqla – hər iki ölkə üçün əməkdaşlıq baxımından mühüm imkanlar təqdim edir. Mövcud potensialdan birgə istifadə və bu texnoloji baxımdan perspektivli sahələrdə səylərin koordinasiyası yalnız qarşılıqlı ticarətin stimullaşdırılmasına deyil, həm də bölgə xaricindən olan oyunçulardan asılılığın azalmasına və regional tərəfdaşlığın gücləndirilməsinə xidmət edə bilər. İki ölkə arasında optimal iqtisadi əməkdaşlıq səviyyəsinə nail olmaq üçün qarşılıqlı etimadın gücləndirilməsi, makrosəviyyədə gərginliyin azaldılması və xarici güclərlə balanslı münasibətlərin qurulması zəruridir. Bütün bunlar qarşılıqlı ticarətin davamlı artımı və strateji əməkdaşlıq üçün əlverişli zəmin yaradacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səbaildə Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi

Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan-Zəfərə” adlı tədbir keçirilib

Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı səhifəsidir ŞƏRH

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 65-ci plenar sessiyası keçiriləcək

Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Azərbaycanın müdafiə naziri və Özbəkistanın Təhlükəsizlik Şurasının katibi regional məsələləri müzakirə ediblər

Naxçıvanda Respublika elmi konfransı - “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış”

“Yuventus” baş məşqçisi ilə müqaviləni uzadıb

FHN-in Şimal Regional Mərkəzi seminar-müşavirə keçirib

Milli Qurtuluş Günü xalqımızın yaddaşından heç vaxt silinməyəcək ŞƏRH

Rəqəmsallaşan relslər: Azərbaycanın strateji irəliləyişinə aparan yol

Şirvanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində seminar keçirilib

Nazir müavini: Taxıl biçininin qısa müddətdə və məhsul itkisinə yol verilmədən həyata keçirilməsi ilə bağlı tədbirlər planı hazırlanıb

Azərbaycanın futbol mütəxəssisləri Avropa çempionatını izləyirlər

Stiv Cobsun məşhur çıxışının 20 illiyi münasibətilə arxiv materialları paylaşılıb

Cevdet Yılmaz: Türkiyədən Suriyaya qayıdanların sayı 270 mini keçib

Stefano Pioli yenidən İtaliyaya qayıdır

Prezident Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan tərəfi İrandan təxliyələrin həyata keçirilməsinə dəstək göstərir

Ədəbiyyat Muzeyində Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib

Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib

Qanunvericiliyi pozan taksi şirkəti cərimələnib

Paytaxtda ifşa olunmamaq üçün otellərdə gecələyən narkotacir saxlanılıb

İordaniya hökuməti: Ölkə heç bir münaqişə üçün döyüş meydanı olmayacaq

Polşanın nüfuzlu “Wnet” radiosu Qərbi Azərbaycan barədə material hazırlayıb

Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə infotur təşkil olunub

Azərbaycan ilə Özbəkistan arasında əmək və məşğulluq sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub

Ali Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üç məsələni plenar iclasa tövsiyə edib

Mark Zukerberq rəqiblərinə çatmaq üçün süni intellekt üzrə yeni ekspert komandası formalaşdırır

Abel Məhərrəmov: Qərbi Azərbaycana qayıdış ideyası dövlətçilik ideologiyasının bir hissəsinə çevrilir

BDU-da Milli Qurtuluş Günü qeyd olunub

Avropa çempionatının qalibi olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Barselonada “Azərbaycanın rəngləri: Multikulturalizm diyarı” adlı fotosərgi açılıb

“Real Madrid” 17 yaşlı argentinalı futbolçunu transfer edib

Şirvanda “Məşğulluğa dəstək layihəsi” ilə bağlı növbəti məlumatlandırma tədbiri keçirilib

Laçın şəhərinin Baş planı təsdiqlənib

İrana qarşı hərbi əməliyyat fonunda İsrailin xarici ölkələrdə səfirlikləri fəaliyyətini dayandırıb

“Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş Prokurorluq: Beynəlxalq axtarışda olan Elçin Təhməzovun ölkəmizə gətirilməsi ilə bağlı zəruri tədbirlər davam etdirilir

Azərbaycanın müdafiə naziri Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı verib

Azərbaycan təmsilçisi Sloveniya klubu ilə əməkdaşlığa başlayıb

Qarabağ Dirçəliş Fondunun layihələri və tərəfdaşlıq imkanları təqdim olunub

İtaliyanın Baş naziri Yaxın Şərqdəki gərginlik fonunda hökumətin iclasını çağırıb

Belarus XİN İsrail-İran gərginliyinin artmasından dərin narahatlığını bildirib

Murrill göbələk kulturalarından əldə edilən ikincili metabolitlərin katalizator kimi istifadə imkanları öyrənilib

ADAU ilə “Agro Dairy” arasında əməkdaşlıq əlaqələri genişləndirilir

Xilaskarlıqdan Zəfərə aparan dövlətçilik iradəsi ŞƏRH

ADSEA bu ilin 5 ayı ərzində daxil olan müraciətlərin xidmət növlərinə görə statistikasını açıqlayıb

Serbiyada gələn ilin sonunda və ya 2027-ci ilin əvvəlində seçkilər keçiriləcək

Agentlik “Son zəng” tədbirləri ilə bağlı çağırış edib

“Fənərbağça” Kayl Uolker ilə danışıqlara başlayıb

İngiltərədə qan xərçəngi ilə mübarizədə yeni müalicə üsulu tətbiq olunacaq

Vuçiç İsrail-İran münaqişənin neftin qiymətinə təsirindən danışıb

İsraillə İran arasında gərginlik artdı VİDEO

İsraillə İran arasında gərginlik artdı VİDEO

Təşkilatçılar Bakı Piano Festivalının təfərrüatlarını açıqlayıblar

“Azərreyl” italiyalı baş məşqçisi ilə müqaviləni uzadıb - EKSKLÜZİV

Brüsseldə Azərbaycan-Avropa İttifaqı Enerji Dialoqunun üçüncü iclası keçirilib

Moskvadan Pekinə turist axını 83 faiz artıb

Bakıda Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi davam edir – YENİLƏNİB - 2  VİDEO

Bakıda Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi davam edir – YENİLƏNİB - 2 VİDEO

Türkiyədə turizm ekspresi fəaliyyətə başlayıb

Şuşa Bəyannaməsi Azərbaycanın və bütövlükdə regionun təhlükəsizliyinin zəmanətidir - RƏY

Azərbaycanlı tələbə ABŞ-ın nüfuzlu universitetinin 100 min dollarlıq təqaüdünü qazanıb MÜSAHİBƏ

Politoloq: Milli Qurtuluş Günü milli iradənin, güclü liderliyin və dövlətçilik prinsipinin simvoludur

Əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri Ağdam rayonunda davam etdirilir

ABŞ Prezidenti İranı nüvə proqramı üzrə razılığa gəlməyə çağırıb

FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi olub

İsrailə aviareyslər həyata keçirən yeganə İtaliya şirkəti Təl-Əvivə uçuşları dayandırıb

Kürdəmirdə respublikada taxıl biçini prosesinin mütəşəkkil təşkilinə həsr olunmuş regional müşavirə keçirilib

Misirin "Dünyanın məşhur mətbəxlərinə səyahət" verilişində Azərbaycandan bəhs olunub

Azərbaycan cüdoçuları dünya çempionatının ilk günündə medal qazana bilməyiblər

Abşeron rayonunda kompleks mülki müdafiə təlimi keçirilib

Azərbaycanda yay turizm mövsümü başlayıb - “Şahdağ” Turizm Mərkəzinə mediatur FOTO

Azərbaycan millisi Bakıda Moldova ilə iki yoxlama görüşü keçirəcək

Gürcüstanda 13 iyun faciəsindən 10 il ötür

Beynəlxalq axtarışa verilmiş daha 3 nəfər ölkəmizə ekstradisiya edilib

Vəkillər Kollegiyasının rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib

Ukrayna Rusiya aktivləri hesabına Aİ-dən daha 1 milyard avro alıb

Xalq rəssamı Əşrəf Heybətov: Məqsədim Vətənimin gözəlliyini vəsf etməkdir – MÜSAHİBƏ

Şuşa Bəyannaməsi - Zəfər tariximizin zirvəsi ŞƏRH

AZAL Yaxın Şərqdə baş verən hadisələr səbəbilə bir sıra aviareysləri ləğv edib

Dənizkənarı Milli Parkda “Gimnastika hamı üçün” növü üzrə beynəlxalq turnir keçiriləcək

İstanbulda Türk Dünyası Qeyri-Hökumət Təşkilatlarının I Məşvərət Toplantısı keçirilib

İsrail-İran böhranı: BMT tərəfləri təmkinli olmağa çağırıb

"Şahdağ"da keçiriləcək Xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku yarışları ilə bağlı infrastruktur işlərinə başlanılıb

İordaniya Hava Qüvvələri ölkə səmasına daxil olan raket və PUA-ları zərərsizləşdirib

İtaliya XİN İran və İsraildəki vətəndaşlarına xəbərdarlıq edib

Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokuna start verilib

İzmirdə meşə yanğınının söndürülməsi üçün ciddi mübarizə aparılır

Ukrayna XİN Yaxın Şərqdə baş verənlərə münasibət bildirib

Kənan Quluzadə: 2030-cu ilə qədər turizm sektorunda ÜDM istehsalının 11,5 milyard manata çatacağı proqnozlaşdırılır

® “Expressbank”ın İdarə Heyətinə - YENİ TƏYİNAT

Sosial müavinət və təqaüdlərin artırılması Azərbaycan vətəndaşının rifahına xidmət edən strateji qərardır - ŞƏRH

DSX Akademiyasında Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib

Çexiya kibertəhlükəsizlik tədbirlərini gücləndirir

Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində dönüş nöqtəsidir ŞƏRH

Moldova XİN vətəndaşları İsrailə səfərdən çəkinməyə çağırıb

“Elektron Hərrac Portalı” vasitəsilə 140 əmlakın realizəsi aparılıb