Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 2 mindən çox iş yeri yaradılacaq FOTO VİDEO

Cəbrayıl, 5 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Prezident İlham Əliyev oktyabrın 3-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməlini qoyub. Bu, ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri olan sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafının tərkib hissəsidir.

İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, işğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, yeni əməkdaşlıq imkanları, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin artan potensialı Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır. İqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit, turizm imkanları və s. azad edilmiş ərazilərimizə investorların marağını artırır. Cəbrayıl rayonunun Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.

Agentliyin rəsmisi qeyd edib ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Ərazisi 200 hektar olan sənaye parkı logistik imkanlar baxımından çox əlverişli ərazidə yaradılır ki, bu da sahibkarların diqqətini cəlb edən əsas məqamlardan biridir. Belə ki, bu sənaye parkı yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir. Sənaye parkının hazırda 13 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq parka 133,8 milyon manat investisiyanın yatırılması, 2 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək rezidentlər tərəfindən sənaye parkına 20 milyon manatdan artıq investisiya yatırılıb, 40-dan çox daimi iş yeri yaradılıb.

Rezidentlər tərəfindən sənaye parkında fibrobeton və polistirolbeton blokların, quru inşaat qatqılarının, tamet daşların, müxtəlif çeşiddə yapışqan lentlərin, ayaqqabıların, dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhlulların və digər məhsulların istehsalı, 40 otaqlı hotelin və 100 nəfərlik restoranın tikintisi həyata keçiriləcək, logistik mərkəz inşa olunacaq. Hazırda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında bir müəssisə fəaliyyət göstərir. Müəssisədə kənd təsərrüfatı texnikalarına, yük maşınlarına texniki servis xidməti göstərilir.

Litvanın “Dominari” şirkəti “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Şirkət tərəfindən sənaye parkının 10 hektar ərazisində mebel klasteri layihəsi reallaşdırılacaq. İlkin mərhələdə döşək istehsalının əsas xammalı olan paralon materialının istehsalı zavodunun və mebel klasterinin müxtəlif mərhələlərini parça ilə təmin edəcək toxuculuq fabrikinin qurulması planlaşdırılır. İnvestisiya dəyəri 50 milyon manatdan çox olan müəssisədə ilk mərhələdə 650 nəfər işlə təmin ediləcək. İşçilərin Cəbrayıl və ətraf rayonlardan cəlb olunması nəzərdə tutulur. Şirkət ildə 6 min ton elastik poliuretan, 250 min ədəd müxtəlif mebel, həmçinin döşəklər, divanlar və çarpayılar üçün 1 milyon ədəd üzlük, 200 min döşək, 5,5 min kubmetr mebel komponentləri istehsal edəcək. İstehsal olunan məhsulların daxili bazarda satılması ilə yanaşı, ixracı da həyata keçiriləcək.

Sənaye parkında “Karabakh Stone” MMC-nin zavodunun da təməli qoyulub. MMC-nin təsisçisi Elmin Hüseynov bildirib ki, zavod 2024-cü ilin iyulunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçib. Şirkət sənaye parkının 3,5 hektar ərazisində yol və müxtəlif sahələrin abadlaşdırılması üçün dekorativ daşlar (tamet daşlar) və səki bordürlərinin istehsalı ilə məşğul olacaq. İnvestisiya həcmi 7,8 milyon manat olan layihə çərçivəsində 95 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. İstehsal gücü 1 milyon 250 min kvadratmetr təşkil edəcək müəssisədə hazırlanacaq məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək. Türkiyə texnologiyasından istifadə ediləcək müəssisənin 2025-ci ildə fəaliyyətə başlaması planlaşdırılır.

Burada təməli qoyulan digər istehsal sahəsi isə “Prestij-Kimya” MMC-nin zavodudur. MMC-nin direktoru Rüfət Pirişovun sözlərinə görə, parkın 2,15 hektar ərazisində dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhlulların istehsalını həyata keçirəcək zavod inşa ediləcək. İnvestisiya dəyəri 5,8 milyon manat olan müəssisədə 214 nəfər daimi işlə təmin ediləcək. Türkiyənin, Çinin, Avropanın qabaqcıl ölkələrinin texnologiyalarından istifadə ediləcək müəssisədə il ərzində 30 min ton müxtəlif dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsal olunması nəzərdə tutulur. Müəssisədə istehsal olunacaq məhsulların daxili bazarla yanaşı, xarici bazarlarda da satışı planlaşdırılır.

 

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 2 mindən çox iş yeri yaradılacaq  FOTO VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var

Şuşada üçrəngli bayrağımızın qaldırılmasından sonra döyüş meydanındakı Zəfərə siyasi Qələbə də əlavə olundu

Aktau şəhərində “Azərbaycan-qazax xalqlarının Dostluq xiyabanı” açılıb

Naxçıvanda Şəhidlər bağı salınıb

COP29 qlobal iqlim konfransı ərəfəsində nümayəndə heyətləri üçün logistik brifinq təşkil edilib

Butan Krallığının Baş naziri Azərbaycana səfərə gəlib

Türkiyə Superliqası: “Qalatasaray” və “Fənərbağça” qələbə qazanıb, “Beşiktaş” xal itirib

Premyer Liqa: “Çelsi” – “Arsenal” oyunu qollu sülhlə yekunlaşıb

Qana Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycandadır

Azərbaycan millisinin heyətində dəyişiklik edilib

Rəsmi Kişineu ölkənin hava məkanını pozan Rusiya dronlarına reaksiya verib

Müsəlman Ağsaqqalları Şurasının sədri Azərbaycana gəlib

Papa Fransisk: COP29 ümumi evimizin qorunmasına töhfə verəcək

Britaniya səfiri COP29 ilə bağlı paylaşım edib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Denis Beçiroviç və Heyətin üzvü Jelka Tsviyanoviç Azərbaycana səfərə gəliblər

Misli Premyer Liqası: “Qarabağ” turun son oyununda “Zirə”yə qalib gəlib

Monqolustan Prezidenti Azərbaycana səfərə gəlib

Böyük Britaniyanın Baş naziri və altı nazir COP29-da iştirak edəcək

Asiya İnkişaf Bankının prezidenti Azərbaycana səfərə gəlib

Berlində naməlum şəxslər polis əməkdaşlarına hücum ediblər

Premyer Liqa: “Liverpul” və “Mançester Yunayted” turu qələbə ilə bitirib

Türkiyə və Şimali Kipr mediası Azərbaycanda keçiriləcək COP29 mövzusunu geniş işıqlandırıb

MN: Hərbi qulluqçumuz piyadaəleyhinə minaya düşərək xəsarət alıb

Antiqua və Barbudanın Baş naziri Azərbaycana gəlib

Heydər Əliyev Sarayında “Oyanış” adlı konsert proqramı keçiriləcək VİDEO

“Sabah” qəzeti Türkiyənin COP29 çərçivəsində prioritetləri barədə məqalə dərc edib 

Burundinin vitse-prezidenti Azərbaycanda səfərdədir

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib

Şəhid Qasımov Şəhriyarın xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

Prezident İlham Əliyev Qvineya-Bisau Prezidenti ilə görüşüb YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev Zimbabve Prezidenti ilə görüşüb YENİLƏNİB VİDEO

Superliqa: “Qalatasaray” doğma meydanda üç xala sevinib

Prezident İlham Əliyev San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri ilə görüşüb YENİLƏNİB VİDEO

COP29 “Daily Show” televiziya proqramına start verir

Özbəkistan iqtisadiyyatının karbonsuzlaşdırılması potensialı

Yaşıl gələcəyi birlikdə quraq: COP29 - Yaşıl sabaha doğru

Niuenin Baş naziri Azərbaycana gəlib

Prezident İlham Əliyev Surinam Prezidenti ilə görüşüb YENİLƏNİB VİDEO

Şimali Makedoniyanın Prezidenti Azərbaycana gəlib

Malavinin vitse-prezidenti Azərbaycana səfərə gəlib

Anqolanın vitse-prezidenti COP29-da iştirak üçün Azərbaycana gəlib

Sabahdan bəzi yerlərdə hava yağıntılı olacaq

Kayrat Sarıbay: Azərbaycan bəşəriyyətin gələcəyinə məsuliyyətli yanaşma və qayğı nümayiş etdirir

Qərb Ermənistanı dəstəkləməklə bölgədə mövcud olan kövrək sülhə təhdid yaradır ŞƏRH

AFFA-nın vitse-prezidenti UEFA-dan təyinat alıb

Şəkidə şəhid övladları üçün payız düşərgəsi təşkil olunub

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksək səviyyəli dəyirmi masada nələr müzakirə olunacaq?

Gürcüstanın Baş naziri COP29-da iştirak edəcək

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Qırğızlar COP-29 günlərində Musiqili Teatrda "Adəm"lə çıxış edəcəklər

Moskvada Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunmuş beynəlxalq musiqi festivalı keçirilib

Hərbi ekspert: Ermənistanın silahlanması regionda sabitliyi və təhlükəsizliyi poza bilər

Azərbaycanın Zəfər Günü münasibətilə Manisada tədbir təşkil olunub

Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir

Zimbabve Prezidenti Azərbaycana səfərə gəlib

Türkiyə COP29-da 2053-cü ilə qədər ətraf mühit hədəflərini açıqlayacaq

On ayda tütün xammalı ixracında 3,5 dəfə artım qeydə alınıb

İstanbulda azərbaycanlı tələbələr arasında keçirilən futbol turniri başa çatıb

Stokholmda 50-yə yaxın uşaq bağçası narkotik vasitələrin dövriyyəsi açıq olan ərazilərdə yerləşir

Türkiyədə Mustafa Kamal Atatürkün xatirəsi anılır

Qvineya-Bisaunun Prezidenti Azərbaycanda səfərdədir

Təhsil eksperti: COP29 xarici tələbələrin Azərbaycan universitetlərinə marağını artıracaq

Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Azərbaycana səfərə gəlib

Tullantıdan sənətə - Abşeron Milli Parkında növbəti ekoloji tədbir VİDEO

COP29-da inklüziv mühit ŞƏRH

Məşhur hindistanlı yoqin Sadhquru Azərbaycana səfərə gəlib

COP29 Yaşıl Zona biletləri artıq satışdadır

Faktiki hava: Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib

Mingəçevirdə sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı tədbirlər gücləndirilib

XİN: Erməniəsilli rejissorun filmi “Oskar” mükafatına təqdim edilməyib

Almaniyanın Şmalkalden Universitetinin tələbələri BANM-də olublar

“Xalq artisti, professor Siyavuş Kərimi” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Naxçıvanda Mustafa Kamal Atatürkün xatirəsi anılıb

Zəfər Günü və Dövlət Bayrağı Günü Rustavidə qeyd olunub

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP-29-a dəstək yürüşü keçirəcək

Donald Trampın andiçmə mərasimini təşkil edən komanda yaradılıb

San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri Azərbaycana səfərə gəlib

Burkina-Fasoda ölüm cəzasının bərpası təklif edilib

Surinam Respublikasının Prezidenti Azərbaycana səfərə gəlib YENİLƏNİB

Uşaqların dil öyrənmə mexanizmləri ilə bağlı yeni məlumatlar əldə olunub - ARAŞDIRMA

ADPU-da “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitabının təqdimatı keçirilib

Süd vəzi xərçənginə qarşı peyvənd üzrə yeni nəticələr əldə edilib TƏDQİQAT

Müqəddəs Pyotr kreslosu 150 il sonra ilk dəfə nümayiş olunur

ADPU-nun əməkdaşları şəhid tələbə və məzunların ailələrini ziyarət ediblər

Bakı Ali Neft Məktəbinin tələbəsi Qlobal İnnovasiyalar Forumunda iştirak edib

Türkiyənin Vyetnamdakı səfiri: Azərbaycanın Zəfəri ilə bölgədə ədalət bərqərar olub

NAYORA tərəfindən Zəfər və Bayraq Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

Dünya mediası COP29-dan yazır: Planetimizin gələcəyi Azərbaycanda müzakirə ediləcək

Göyçayda ölümlə nəticələn qəza baş verib

Prezidentin Mətbuat Xidmətinin Məlumatı

Fransada müddətsiz tətillər və etiraz nümayişlərinə çağırış edilib

Azərbaycanın Zəfər Günü Strasburqda təntənə ilə qeyd olunub

® Azərbaycanın pambıq sənayesində yeni ad: MKT İstehsalat Kommersiya artıq “Prime Cotton” olaraq fəaliyyət göstərəcək

Nyu-Yorkda Zəfər və Dövlət Bayrağı günlərinə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib

Moldova MSK Maya Sandunun ölkə prezidenti vəzifəsinə mandatını təsdiq edib

Şəkidə sahibsiz itlər sakinlərə xəsarət yetirib

Batumi şəhərinin əsas küçə və meydanları Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Muxtar Babayev: Gənclər iqlim dəyişmələri ilə mübarizədə ən güclü səsə çevrilə bilərlər

İsveçin Aİ-nin iqlim qanunvericiliyini pozması ilə bağlı şikayət edilib

BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin 19-cu Konfransının bağlanış mərasimi olub VİDEO