Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Ardıcıl 7 il medalsız qalandan sonra Paralimpiya çempionu olan idmançı: İflic keçirəndə fikirləşirdim ki, artıq həyatım bitib – MÜSAHİBƏ VİDEO

Ardıcıl 7 il medalsız qalandan sonra Paralimpiya çempionu olan idmançı: İflic keçirəndə fikirləşirdim ki, artıq həyatım bitib – MÜSAHİBƏ VİDEO

Bakı, 11 dekabr, AZƏRTAC

“Paris-2024” Yay Paralimpiya Oyunlarının qalibi, dünya və ikiqat Avropa çempionu olmuş Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Taekvondo ilə məşğul olmağa nə vaxt başlamısınız? Sizi bu idman növünə istiqamətləndirən başlıca səbəb nə olub?

- 2006-cı ildən taekvondo ilə məşğul olmağa başlamışam. İdmana gəlməyimin səbəbi məktəbdə əlimə görə kompleksə düşməyim idi. Evdəkilər dedilər ki, nə iləsə məşğul ol və komplekslərindən uzaqlaş. Beləcə idmana başladım. Mənim qardaşım da taekvondo ilə məşğul olurdu. O, məni bu idman növünə daha da həvəsləndirirdi.

- Qardaşınız taekvondo ilə peşəkar səviyyədə məşğul olurdu?

- Bəli. Sonra hərbi xidmətə yollananda idmana fasilə verməli oldu. Əsgərlikdən qayıtdıqdan sonra isə karyerasına son qoydu. Mən həm də onun yarım qoyduğu işi davam etdirirəm.

- Taekvondo sizin üçün hansı mənanı ifadə edir? Yəqin ki, taekvondonun sizə qazandırdığı təkcə idman nailiyyətləri deyil…

- Taekvondo ilə məşğul olmasaydım, ömrümün axırına kimi komplekslərimlə yaşayacaqdım. Əvvəllər məktəbdə keçirilən idman dərslərində çox sıxılır və çəkinirdim. Amma idman məndə özünəinam yaratdı. Parataekvondonun həyatıma qatdığı ən gözəl şey də məhz bu olub.

- Karyeranızla bağlı maraqlı statistika var. Ardıcıl 7 il yarışlarda həlledici məqamlarda məğlub olmusunuz. Məğlubiyyət həm də ruh düşkünlüyünə səbəb olur. Amma siz hər dəfə yenidən ayağa qalxıb yola davam etmisiniz. Sonra nə baş verdi ki, ardıcıl 7 il medalın 1 addımlığında uduzan idmançı dünyada bütün böyük titulları qazandı?

- Təqribən 10 il öncə üz siniri iflici keçirdim. Bu səbəbdən idmana fasilə verdim. Çünki sifətimin yarısı iflic vəziyyətində idi. Amma 2 ildən sonra idmana qaldığım yerdən davam etdim. Həmin ərəfədə çoxları mənə toparlana bilməyəcəyimi deyirdi. Buna baxmayaraq, yarışlara qatılırdım. Turnirlərdə 1/4 finala kimi irəliləyə bilirdim. Lakin medalın 1-2 addımlığında məğlub olurdum. Baş məşqçimiz mənə narahat olmamağı, bu tilsimin gec-tez qırılacağını deyirdi. Həm də o dövrlərdə tez-tez çəki atırdım. Bu səbəbdən yarışlarda istədiyim nəticəni göstərə bilmir, rəqiblərimə uduzurdum. Düşünürdüm ki, fiziki məhdudiyyətli uşaq kimi idmandan başqa bir işə yönəlsəm, alacağım məvacib elə də yüksək olmayacaq. Bu da təbii ki, məni qane etmirdi.

- İkiillik fasilədən sonra yenidən idmana qayıtmağa necə qərar verdiniz? Bu yolda ən böyük dəstəkçiniz kim oldu?

- Mənə ən böyük dəstəyi ailəm və dostlarım verdi. İflic keçirəndən sonra fikirləşirdim ki, artıq həyatım bitdi. İdmandan öncə modellik edirdim. O da əldən getdi. Amma ailə üzvlərim və dostlarım mənə deyirdi ki, sən idmanda qabağa gedəcəksən. Bütün məğlubiyyətlərim 1-2 xal fərqlə olurdu. Yaxınlarım mənə güvəndiklərini həmişə hiss etdiriblər. 2021-ci ildə Tokio Yay Paralimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Avropa çempionatı keçirilirdi. Orada qızıl medala yiyələndim. Elə məhz o turnirdən sonra qatıldığım hər yarışda yer tutmağa başladım.

- Müsahibələrinizin birində demisiniz ki, qolunuzdakı qüsura görə bir müddət protezdən istifadə etmisiniz…

- Mən hətta Paralimpiya çempionu olanda belə, protezdən istifadə edirdim. Bunun əsas səbəbi öz kompleksimlə əlaqəli idi. Amma digər tərəfdən, balaca uşaqların qolumu görüb qorxmaları məni narahat edirdi. Paralimpiya çempionu olduqdan sonra isə hamı məni belə tanıdı. Fikirləşdim ki, protez taxsam, bu, insanların daha çox diqqətini cəlb edəcək. Bununla da protezdən imtina etmək qərarına gəldim.

- Ötən yay Parisdə keçirilmiş Olimpiya Oyunlarında qızıl medal qazanmaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxdınız. Çempionluğunuz rəsmiləşdiyi an hansı hissləri keçirdiniz?

- Açığı, mən oraya dünya və Avropa çempionu olmuş bayraqdar kimi getmişdim. Hamı məndən qızıl medal gözləyirdi. Üzərimdə böyük məsuliyyət var idi. Hətta sizə bununla bağlı maraqlı hadisə danışmaq istərdim. Deməli, final görüşünə çıxmağa hazırlaşırdım. Özümü qarşılaşmaya tam fokuslamışdım. Həmin an mənə zəng gəldi ki, evinizdə çəkiliş olacaq. Bu həyəcanımı daha da artırdı. Ardınca başqa bir zəng gəldi. Azərbaycan Taekvondo Federasiyası və Milli Paralimpiya Komitəsinin rəhbərliyinin mənim döyüşümü izləyəcəyini söylədilər. Bunu eşidəndən sonra həyəcanım beşqat artdı. Həmin vaxt stressdən özümü itirmişdim. Düşündüm ki, evimizdə canlı yayım gedir və mən məğlub olsam, bu, ağıllarda pis xatirə kimi qalacaq. Ailə üzvlərimin məni kameralar önündə məğlub görmələrini istəmədim. Motivasiyam tamamilə düşmüşdü. Paralimpiya Oyunları ilə bağlı heç vaxt unuda bilməyəcəyim və maraqlı hadisə bu olmuşdu. Final görüşünün bitməsinə 1 dəqiqə yarım qalmış qalib gələcəyimi bilirdim. Doğrudan da çox əla hisslər idi. Sonda isə diz çöküb yerdə oturdum. İnsan həmin anda fikirləşir ki, ortada 18 illik əziyyət var. Sevinirdim ki, zəhmətimin bəhrəsini axır ki, gördüm.

- Məşhur honkonqlu aktyor Ceki Çan Paralimpiya Oyunlarının açılış mərasimində və komanda yoldaşınız Sabir Zeynalovun mükafatlandırmasında iştirak etmişdi. Onu görmək və söhbət etmək imkanınız oldumu?

- Xeyr, təəssüf ki, olmadı. Bu fürsətdən aramızdan yalnız Sabir yararlandı. Ceki Çanla söhbət etdi, hətta onların birgə şəkilləri də var. Mən ertəsi gün yarışacaqdım deyə istirahət etməli idim. Ona görə də məşhur ulduzu görə bilmədim.

- Paralimpiya çempionu olmağınız münasibətilə Gəncə və Bakıda sizi sevən və dəstəkləyən insanlar Azərbaycan və Türkiyə bayraqları ilə yürüş etmişdilər. Bu barədə nə deyə bilərsiniz?

- Bu zaman mən Parisdə idim. Hələ Vətənə qayıtmamışdım. Həqiqətən elə hisslər var ki, onları sözlərlə ifadə etmək olmur. Həmin an inanılmaz qürur hissi keçirmişdim və nə yaşadığımı tam dərk edə bilmirdim.

- Dünya, Avropa və Paralimpiya çempionu olmaqla, bir idmançının əldə edə biləcəyi bütün böyük uğurlara nail olmusunuz. Özünüzü növbəti yarışlara necə motivasiya edirsiniz?

- Son iki ildir dünya reytinqində ilk pillədəyəm. Artıq bir çox insan məni öz kumiri kimi görür. Bundan sonra onların məni məğlub görməyini istəmirəm. Hazırda tək motivasiya mənbəyim budur. Yəni, qarşıma hədəf qoymuram ki, mən yüz faiz yenidən dünya çempionu olacağam. Sadəcə bilirəm ki, məni sevənlər məndən motivasiya alırlar. Əgər uduzsam, onların həvəsi yerlə yeksan olacaq.

- Bilirik ki, hədəfiniz növbəti dəfə paralimpiya çempionu olmaqdır. Zirvədə qalmaq oraya qalxmaqdan daha çətindir. Sizcə, bunu bacara biləcəksiniz?

- Özümə inanıram. Komanda yoldaşlarım da mənə güvənirlər. Çalışacağam ki, növbəti 4 ildə də reytinq cədvəlinə başçılıq edim. İdmanla zirvədə vidalaşmaq istəyirəm.

- Qazandığınız uğurları kimə və ya nəyə borclusunuz?

- İlk növbədə ailəmə və baş məşqçimiz Fərid Tağızadəyə borcluyam. Ardıcıl 7 il uduzanda idman sahəsində mənə məşqçimdən başqa heç kim inanmırdı. O, məndə özünəinam hissi yaratdı. Hətta deyə bilərəm ki, qazandığım uğurların 40 faizi mənə aiddirsə, 60 faizi baş məşqçimizin zəhmətidir.

- Karyeranızda üzləşdiyiniz ən çətin an hansı olub?

- Yəqin ki, ən çətini ardıcıl 7 il bütün yarışlardan medalsız ayrılmağım idi. Hər yarışda məğlub olurdum. 2022-ci ildə keçirilmiş Avropa çempionatının finalında qızıl xalla uduzmağım isə mənim üçün əsl travma oldu. Həmin an nə olduğunu anlamadım. Çünki hər şey bir anda baş verdi. Rəqibimə zərbə endirəndə qalib gəldiyimi düşünürdüm. Qələbə sevinci edəcəkdim ki, tabloya baxanda gerçəklərin fərqinə vardım.

- Yəqin ki, idmanda və ya kənarda başınıza gələn maraqlı hadisələr olub...

- İki maraqlı hadisə danışa bilərəm. Meksikada dünya çempionu olmuşdum. Bizə orada oğurluğun geniş yayıldığını demişdilər. Mən də fikirləşdim ki, idmançıyam, başıma heç nə gələ bilməz. Deməli, məşqçimiz marketə girdiyi üçün pencəyini mənə tapşırmışdı. Pencək əlimdə idi. Yolu keçirdim ki, bir anlıq kiminsə pencəyi götürüb qaçdığını gördüm. Sonra çempion olduğum ağlıma gəldi. Düşündüm ki, məşqçi, yəqin ki, məni buna görə danlamaz. Əgər uduzsaydım, qaçıb gizlənərdim (gülür). İkinci hadisə isə yarış zamanı baş verib. Görüşün bitməsinə 2 dəqiqə qalmışdı. Artıq uduzmaq üzrə idim. Amma bir fənd işlətdim və rəqibi 10 xalla qabaqladım. Qəribəsi odur ki, bundan xəbərim olmayıb. Döyüşün sonları idi. Mən isə tabloya baxmırdım. Bir də gördüm ki, hamı məni dəstəkləyir, alqışlayır. Həmin an komanda yoldaşım Sabirlə göz-gözə gəldik. O mənə hesabda öndə olduğunu və boşuna enerji sərf etdiyimi dedi. Beləliklə bu da mənim üçün ən yaddaqalan hadisələrdən birinə çevrildi.

- Pərəstişkarı olduğunuz idmançı varmı?

- Dünyada Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun fanatıyam. Ölkəmizdə isə veteran taekvondoçu Niyaməddin Paşayevi bəyənirəm.

- Uşaqlıqdan “Kəpəz” futbol klubunun azarkeşisiniz. Komandanın oyunlarını mütəmadi olaraq izləyirsiniz? Ümumiyyətlə, doğma komandanızın hazırkı durumu barədə nə deyə bilərsiniz?

- Məşqlərə görə oyunlara mütəmadi olaraq getməyə vaxtım olmur. Amma zaman tapdıqca izləyirəm. Komandanın hazırkı vəziyyəti ürəkaçan deyil. Premyer Liqada qalmaq üçün mübarizə aparırlar. Amma mən “Kəpəz”in aşağı liqaya düşməyəcəyinə inanıram.

- Hətta “Kəpəz”in taleyini öz karyeranıza bənzətmisiniz…

- “Kəpəz” son oyunlarda məğlub olmasına baxmayaraq, “Neftçi” kimi köklü kluba qalib gəlmişdi. Ona görə Gəncədə futbolçularla görüşəndə klubun taleyinin öz karyerama bənzədiyimi dedim. Çünki mən də illərlə heç bir yarışda yaxşı nəticə göstərə bilmədim, amma sonra bir qələbə ilə uğurların davamını gətirdim. Futbolçulara dedim ki, siz də bunu bacaracaq, ard-arda qələbələr qazanacaqsınız. Bu söhbətimizdən sonra “Kəpəz” turnir cədvəlində son pillədən 9-cu sıraya yüksəldi (gülür).

- Ümumiyyətlə, futbol oynamaqla aranız necədir? Sevdiyiniz komanda və ya xüsusi futbolçu varmı?

- Futbol oynamağı çox xoşlayıram. Deyərdim ki, parataekvondoçu olmasaydım, futbolçu olardım. Hətta məşqçimizlə aramızda bununla bağlı zarafat da var. Müəllimlə elə razılaşmışıq ki, həftədə 6 günlük məşqimizin yalnız bir günü beynimiz dincəlsin deyə futbol oynayırıq. Yığmada mənim kimi futbolu sevən uşaqlar var. Onlarla bir günümüzü futbola ayırırıq. Sevimli komandama gəlincə isə “Kəpəz”dən əlavə, azarkeşi olduğum digər klub “Fənərbağça”dır. Türkiyəyə hər gedəndə bu komandanın stadionunu ziyarət edirdim.

- “Fənərbağça” və “Kəpəz”in tarixində ən bəyəndiyiniz futbolçular kimlərdir?

- “Fənərbağça” azarkeşlərinin böyük bir qismi bu suala Aleks de Souza cavabını verər. Amma mən qapıçı Volkan Demirəli daha çox bəyənirəm. Onun derbilərdə tribunadakı rəqib azarkeşləri qıcıqlandırması çox xoşuma gəlirdi. Gəncə təmsilçisində isə braziliyalı Dario Federikonun heyranı idim. Hətta o, komandanın heyətində olduğu müddətdə “Kəpəz” Avropa Liqasına vəsiqə qazanmışdı.

- Ötən ay karyeranızda ilk dəfə uşaq və yeniyetmə parataekvondoçulara ustad dərsləri keçdiniz. Onların arasında sizin davamçınız ola biləcək potensiallı idmançılar gördünüzmü?

- Oradakı uşaqların çoxu mənim davamçım ola bilər. Onlar uşaq yaşda bizim qəlbimizin çempionlarıdır. Bu yaşda neçə-neçə böyük insanlara, hətta bütün Azərbaycan xalqına örnəkdirlər. Elə yetkin insanlar var ki, özlərini əziyyətə verməkdən çəkinirlər. Amma bu uşaqlar indidən əziyyət çəkməyə başlayıblar.

- Bir neçə gün öncə Dünya Taekvondo Federasiyası (WTF) tərəfindən 2024-cü ilin ən yaxşı kişi parataekvondoçusu adına layiq görüldünüz. Bununla bağlı da təəssüratlarınızı bilmək istərdik…

- Bu karyeramın pik nöqtəsidir. Əslində WTF məni qala gecəsinə dəvət edəndə seçiləcəyimi gözləyirdim. Çünki ili yüzfaizlik nəticələrlə başa vurdum. Şükürlər olsun ki, bu ada layiq görüldüm. Bütün çəkilərdə ən yaxşısı olmaq çox möhtəşəm hissdir.

- Növbəti il üçün qarşınıza hansı hədəfləri qoymusunuz?

- Gələn il bizi dünya və Avropa çempionatları gözləyir. Ən böyük hədəfim bu seriyanı təkrarlamaqdır. Mən qarşıma bu yarışlarda qızıl medal qazanacağımla bağlı məqsəd qoymamışam. Sadəcə, məğlub olmaq istəmirəm. Dediyim kimi, məni kumiri kimi görən uşaqlar üçün çalışacaq, yaxşı nəticə üçün əlimdən gələni edəcəyəm.

Ardıcıl 7 il medalsız qalandan sonra Paralimpiya çempionu olan idmançı: İflic keçirəndə fikirləşirdim ki, artıq həyatım bitib – MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib

Premyer Liqa: "Liverpul" çempionluq yolunda vacib qələbə qazanıb

Misli Premyer Liqası: "Sumqayıt" doğma meydanda "Səbail"ə uduzub

Gürcü politoloq: Cənubi Qafqaz üçün sülh və sabitliyin alternativi yoxdur

"Neftçi" İdman Klubu 2024-cü ili 1001 medalla başa vurub

"Neftçi" "Sabah"la oyuna itkilərlə çıxacaq

İspaniyada dağ-xizək stansiyasında faciə baş verib

Kişi voleybolçular arasında Yüksək Liqada VI tura yekun vurulub

"Kəpəz" Tacikistan millisinin üzvünü transfer edib

Azərbaycan və Ruanda Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Marneulidə “Milli dirəniş və azadlığa gedən yol” adlı fotosərgi və anım tədbiri keçirilib

Almaniya ölkəsinə qayıdan hər bir suriyalıya 1700 avro ödəyir

Misli Premyer Liqası: "Zirə" "Araz-Naxçıvan"ı məğlub edib

İstanbulda TADEF-in VII Hesabat-Seçki Qurultayı keçirilib VİDEO

Azərbaycan İdman Akademiyası ilə Buxara Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Sahil Tahirli: "Sədərəkdən Şuşaya” filmi xalqımızın müstəqillik uğrunda apardığı mübarizəni əks etdirir

Bakıda “Sədərəkdən Şuşaya” sənədli televiziya filminin təqdimatı olub

İmişlidə yol qəzasında 2 uşaq həyatını itirib YENİLƏNİB

Ər-Riyadda beynəlxalq Mədənçilik Konfransında 29 milyard dollarlıq müqavilələr imzalanıb

Azərbaycanla Türkiyənin XİN başçıları ikitərəfli və çoxtərəfli gündəlikdə duran aktual məsələləri müzakirə edib

Yasamalda qanunsuz heyvan kəsiminin qarşısı alınıb

Marneulidə 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb

Kiyevə ballistik raket hücumlarının fəsadları – AZƏRTAC hadisə yerindən xəbər verir VİDEO

"Turan Tovuz" braziliyalı futbolçunu transfer edib

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi yekunlaşıb

“Əbədi qəhrəmanlar” kitabının təqdimat mərasimi keçirilib

“Azərişıq” ASC-nin nümayəndələri Qubada sahibkarlarla görüşüblər

BDU və Buxara Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələri genişləndirilir

"Beşiktaş" yeni baş məşqçisi ilə müqavilə imzalayıb

Azərbaycan klubu amerikalı basketbolçu transfer edib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

QMİ sədri: 20 Yanvar Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günüdür

Türkiyə ordusu Suriya və İraqın şimalında 21 terrorçunu məhv edib

"Kapital Bank" Milli Qəhrəman Hökumə Əliyevanın atasının dələduzluq halı ilə üzləşməsi haqqında açıqlama yayıb

Tariximizin qəhrəmanlıq səhifəsi - 20 Yanvar

Daşkənddə 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib VİDEO

20 Yanvar faciəsi qurbanlarının xatirəsi ADAU-da silsilə tədbirlərlə yad edilib

DİN: Milli Qəhrəmanın atasının bank kartından pul vəsaitini oğurlayan şəxslər müəyyən edilib, zərər ödənilib VİDEO

 Nazir: Suriyada Azərbaycan səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa ediləcək

Hakan Fidan: Türk Dövlətləri Təşkilatının daha təsirli və səmərəli olması strateji bir addımdır VİDEO

Türkiyənin XİN başçısı: Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq

Hakan Fidan: Türkiyə və Azərbaycan bundan sonra da hər zaman eyni yolda irəliləyəcək

Azərbaycanın və Türkiyənin XİN başçıları qərarların icrası istiqamətində müzakirələr aparıb

Seçkilərdə polisin xidməti fəaliyyətinə həsr olunan növbəti seminar-müşavirə Şirvanda keçirilib VİDEO

Elmi Mərkəz: Cənub-şərq regionunda etnoqrafik, arxeoloji və numizmatik abidələr aşkarlanıb

Nazir: Yaşıl enerjinin Avropa bazarına çatdırılması istiqamətində Azərbaycanla Türkiyə arasında çox yaxşı əməkdaşlıq potensialı mövcuddur VİDEO

Ceyhun Bayramov: Azərbaycan və Türkiyə arasında münasibətlər əhatə dairəsinə görə geniş, məzmunca zəngindir VİDEO

Qırmızı qərənfillərdən don biçilən ziyarət yolu – FOTOREPORTAJ

Cəbrayılda daha 42 ailəyə evlərin açarları təqdim olunub VİDEO

Serdar Ünsal: Qanlı Yanvar cinayətini törədənlərin məsuliyyətə cəlbetmə müddəti yoxdur

Sabaha olan hava proqnozu açıqlanıb

Akademik: Elmi fəaliyyətin əsas istiqamətləri sırasında Qarabağa “Elmin Böyük Qayıdışı” əhəmiyyətli yer tutub

Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan Üzgüçülük Federasiyasına yeni prezident təyin olunub

Bəstəkarlar İttifaqında “20 Yanvar” adlı sənədli film nümayiş olunub

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və Azərbaycan-Türkiyə İş Adamları Birliyi arasında memorandum imzalanıb

Oğurluq edən 3 nəfər saxlanılıb

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb

20 Yanvar – Xalqın sınaq imtahanı

“İmprotex İndustries”in “Revival” mexaniki minatəmizləyən texnikaları xarici bazarların diqqətini cəlb edib

“Kəpəz” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub

Beynəlxalq Cinayət Məhkəməsi Suriyanın yeni hökuməti ilə birlikdə Bəşər Əsədin cinayətlərini araşdıracaq

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və Lənkəran Regional Elmi Mərkəzi illik hesabat veriblər

Son illər peşə hazırlığına cəlb olunan issiz və işaxtaranların illik sayı 6 dəfə artıb

20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik arzusunu, dəmir iradəsini daha da möhkəmləndirib

® “Azercell”in “Təhlükəsiz internet” layihəsi rəqəmsal təhlükəsizliyi gücləndirir

Veteranlar Şəhidlər xiyabanını ziyarət edib

Blinkenin jurnalisti mətbuat konfransından zorla uzaqlaşdırması sərt tənqid edilir

20 Yanvar hadisəsi sovet imperiyası tərəfindən insanlığa qarşı dövlət səviyyəsində törədilmiş cinayətdir

Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib VİDEO

Bakının Xətai rayonunda döyüş sursatları aşkarlanıb VİDEO

Ali Neft Məktəbinin tələbəsi Harvardın təqaüd proqramını qazanıb

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır - MÜSAHİBƏ VİDEO

Milli Azərbaycan Tarixi Muzeyində 20 Yanvar faciəsini əks etdirən rəsm əsəri triptixinin təqdimatı keçirilib

İncəsənət təhsili ocaqlarının müəllimləri üçün Yaradıcı Mərkəzin təqdimatı olub

Vəkillər Kollegiyasının rəhbərliyi vətəndaş qəbulu keçirib

20 Yanvar faciəsi qurbanlarının xatirəsi daim xalqımız tərəfindən əziz tutulur

Azərbaycanın futbol klublarının dünya reytinqində mövqeləri bəlli olub

Azərbaycan ictimaiyyətindən Nobel Komitəsinə açıq məktub: Qorbaçovun Nobel Sülh Mükafatından məhrum edilməsi barədə tarixi qərara imza atın

DİN: 41 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Film Fondunda “Bir ömürlük xatirə” kitabının təqdimatı olub

Azərbaycan şahmatçısı beynəlxalq yarışda çıxış edəcək

Sevilə-sevilə baxılan ekran əsərlərinin müəllifi

İmişlidə qətl hadisəsi törədilib VİDEO

Hökumə Əliyevanın atasının müraciəti əsasında cinayət işi başlanılıb

"Barselona"nın futbolçusu zədəsini sağaldıb

Dövlət Yanğından Mühafizə Xidmətində müşavirə keçirilib

Xarici səfərdən Azərbaycana dönən vətəndaşın meymunçiçəyi virusuna yoluxduğu məlum olub

Deputat: 20 Yanvar xalqımızın milli azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib

Avroliqa: "Fənərbağça" doğma meydanda qələbə qazanıb

Deputat: 20 Yanvar Azərbaycan tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsidir

Mədəniyyət naziri musiqi, incəsənət məktəb və mərkəzlərinə işə qəbul olunmuş bir qrup müəllimlə görüşüb

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir

Ağdam şəhərindəki 2-ci yaşayış məhəlləsində 1268 mənzil inşa edilir VİDEO

Bakı Kitab Mərkəzində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Serbiyada yeni siyasi hərəkat yaradılır

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir VİDEO

Misli Premyer Liqasında XIX turun növbəti oyunları keçiriləcək

DİN: Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb