Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Ardıcıl 7 il medalsız qalandan sonra Paralimpiya çempionu olan idmançı: İflic keçirəndə fikirləşirdim ki, artıq həyatım bitib – MÜSAHİBƏ VİDEO

Ardıcıl 7 il medalsız qalandan sonra Paralimpiya çempionu olan idmançı: İflic keçirəndə fikirləşirdim ki, artıq həyatım bitib – MÜSAHİBƏ VİDEO

Bakı, 11 dekabr, AZƏRTAC

“Paris-2024” Yay Paralimpiya Oyunlarının qalibi, dünya və ikiqat Avropa çempionu olmuş Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Taekvondo ilə məşğul olmağa nə vaxt başlamısınız? Sizi bu idman növünə istiqamətləndirən başlıca səbəb nə olub?

- 2006-cı ildən taekvondo ilə məşğul olmağa başlamışam. İdmana gəlməyimin səbəbi məktəbdə əlimə görə kompleksə düşməyim idi. Evdəkilər dedilər ki, nə iləsə məşğul ol və komplekslərindən uzaqlaş. Beləcə idmana başladım. Mənim qardaşım da taekvondo ilə məşğul olurdu. O, məni bu idman növünə daha da həvəsləndirirdi.

- Qardaşınız taekvondo ilə peşəkar səviyyədə məşğul olurdu?

- Bəli. Sonra hərbi xidmətə yollananda idmana fasilə verməli oldu. Əsgərlikdən qayıtdıqdan sonra isə karyerasına son qoydu. Mən həm də onun yarım qoyduğu işi davam etdirirəm.

- Taekvondo sizin üçün hansı mənanı ifadə edir? Yəqin ki, taekvondonun sizə qazandırdığı təkcə idman nailiyyətləri deyil…

- Taekvondo ilə məşğul olmasaydım, ömrümün axırına kimi komplekslərimlə yaşayacaqdım. Əvvəllər məktəbdə keçirilən idman dərslərində çox sıxılır və çəkinirdim. Amma idman məndə özünəinam yaratdı. Parataekvondonun həyatıma qatdığı ən gözəl şey də məhz bu olub.

- Karyeranızla bağlı maraqlı statistika var. Ardıcıl 7 il yarışlarda həlledici məqamlarda məğlub olmusunuz. Məğlubiyyət həm də ruh düşkünlüyünə səbəb olur. Amma siz hər dəfə yenidən ayağa qalxıb yola davam etmisiniz. Sonra nə baş verdi ki, ardıcıl 7 il medalın 1 addımlığında uduzan idmançı dünyada bütün böyük titulları qazandı?

- Təqribən 10 il öncə üz siniri iflici keçirdim. Bu səbəbdən idmana fasilə verdim. Çünki sifətimin yarısı iflic vəziyyətində idi. Amma 2 ildən sonra idmana qaldığım yerdən davam etdim. Həmin ərəfədə çoxları mənə toparlana bilməyəcəyimi deyirdi. Buna baxmayaraq, yarışlara qatılırdım. Turnirlərdə 1/4 finala kimi irəliləyə bilirdim. Lakin medalın 1-2 addımlığında məğlub olurdum. Baş məşqçimiz mənə narahat olmamağı, bu tilsimin gec-tez qırılacağını deyirdi. Həm də o dövrlərdə tez-tez çəki atırdım. Bu səbəbdən yarışlarda istədiyim nəticəni göstərə bilmir, rəqiblərimə uduzurdum. Düşünürdüm ki, fiziki məhdudiyyətli uşaq kimi idmandan başqa bir işə yönəlsəm, alacağım məvacib elə də yüksək olmayacaq. Bu da təbii ki, məni qane etmirdi.

- İkiillik fasilədən sonra yenidən idmana qayıtmağa necə qərar verdiniz? Bu yolda ən böyük dəstəkçiniz kim oldu?

- Mənə ən böyük dəstəyi ailəm və dostlarım verdi. İflic keçirəndən sonra fikirləşirdim ki, artıq həyatım bitdi. İdmandan öncə modellik edirdim. O da əldən getdi. Amma ailə üzvlərim və dostlarım mənə deyirdi ki, sən idmanda qabağa gedəcəksən. Bütün məğlubiyyətlərim 1-2 xal fərqlə olurdu. Yaxınlarım mənə güvəndiklərini həmişə hiss etdiriblər. 2021-ci ildə Tokio Yay Paralimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Avropa çempionatı keçirilirdi. Orada qızıl medala yiyələndim. Elə məhz o turnirdən sonra qatıldığım hər yarışda yer tutmağa başladım.

- Müsahibələrinizin birində demisiniz ki, qolunuzdakı qüsura görə bir müddət protezdən istifadə etmisiniz…

- Mən hətta Paralimpiya çempionu olanda belə, protezdən istifadə edirdim. Bunun əsas səbəbi öz kompleksimlə əlaqəli idi. Amma digər tərəfdən, balaca uşaqların qolumu görüb qorxmaları məni narahat edirdi. Paralimpiya çempionu olduqdan sonra isə hamı məni belə tanıdı. Fikirləşdim ki, protez taxsam, bu, insanların daha çox diqqətini cəlb edəcək. Bununla da protezdən imtina etmək qərarına gəldim.

- Ötən yay Parisdə keçirilmiş Olimpiya Oyunlarında qızıl medal qazanmaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxdınız. Çempionluğunuz rəsmiləşdiyi an hansı hissləri keçirdiniz?

- Açığı, mən oraya dünya və Avropa çempionu olmuş bayraqdar kimi getmişdim. Hamı məndən qızıl medal gözləyirdi. Üzərimdə böyük məsuliyyət var idi. Hətta sizə bununla bağlı maraqlı hadisə danışmaq istərdim. Deməli, final görüşünə çıxmağa hazırlaşırdım. Özümü qarşılaşmaya tam fokuslamışdım. Həmin an mənə zəng gəldi ki, evinizdə çəkiliş olacaq. Bu həyəcanımı daha da artırdı. Ardınca başqa bir zəng gəldi. Azərbaycan Taekvondo Federasiyası və Milli Paralimpiya Komitəsinin rəhbərliyinin mənim döyüşümü izləyəcəyini söylədilər. Bunu eşidəndən sonra həyəcanım beşqat artdı. Həmin vaxt stressdən özümü itirmişdim. Düşündüm ki, evimizdə canlı yayım gedir və mən məğlub olsam, bu, ağıllarda pis xatirə kimi qalacaq. Ailə üzvlərimin məni kameralar önündə məğlub görmələrini istəmədim. Motivasiyam tamamilə düşmüşdü. Paralimpiya Oyunları ilə bağlı heç vaxt unuda bilməyəcəyim və maraqlı hadisə bu olmuşdu. Final görüşünün bitməsinə 1 dəqiqə yarım qalmış qalib gələcəyimi bilirdim. Doğrudan da çox əla hisslər idi. Sonda isə diz çöküb yerdə oturdum. İnsan həmin anda fikirləşir ki, ortada 18 illik əziyyət var. Sevinirdim ki, zəhmətimin bəhrəsini axır ki, gördüm.

- Məşhur honkonqlu aktyor Ceki Çan Paralimpiya Oyunlarının açılış mərasimində və komanda yoldaşınız Sabir Zeynalovun mükafatlandırmasında iştirak etmişdi. Onu görmək və söhbət etmək imkanınız oldumu?

- Xeyr, təəssüf ki, olmadı. Bu fürsətdən aramızdan yalnız Sabir yararlandı. Ceki Çanla söhbət etdi, hətta onların birgə şəkilləri də var. Mən ertəsi gün yarışacaqdım deyə istirahət etməli idim. Ona görə də məşhur ulduzu görə bilmədim.

- Paralimpiya çempionu olmağınız münasibətilə Gəncə və Bakıda sizi sevən və dəstəkləyən insanlar Azərbaycan və Türkiyə bayraqları ilə yürüş etmişdilər. Bu barədə nə deyə bilərsiniz?

- Bu zaman mən Parisdə idim. Hələ Vətənə qayıtmamışdım. Həqiqətən elə hisslər var ki, onları sözlərlə ifadə etmək olmur. Həmin an inanılmaz qürur hissi keçirmişdim və nə yaşadığımı tam dərk edə bilmirdim.

- Dünya, Avropa və Paralimpiya çempionu olmaqla, bir idmançının əldə edə biləcəyi bütün böyük uğurlara nail olmusunuz. Özünüzü növbəti yarışlara necə motivasiya edirsiniz?

- Son iki ildir dünya reytinqində ilk pillədəyəm. Artıq bir çox insan məni öz kumiri kimi görür. Bundan sonra onların məni məğlub görməyini istəmirəm. Hazırda tək motivasiya mənbəyim budur. Yəni, qarşıma hədəf qoymuram ki, mən yüz faiz yenidən dünya çempionu olacağam. Sadəcə bilirəm ki, məni sevənlər məndən motivasiya alırlar. Əgər uduzsam, onların həvəsi yerlə yeksan olacaq.

- Bilirik ki, hədəfiniz növbəti dəfə paralimpiya çempionu olmaqdır. Zirvədə qalmaq oraya qalxmaqdan daha çətindir. Sizcə, bunu bacara biləcəksiniz?

- Özümə inanıram. Komanda yoldaşlarım da mənə güvənirlər. Çalışacağam ki, növbəti 4 ildə də reytinq cədvəlinə başçılıq edim. İdmanla zirvədə vidalaşmaq istəyirəm.

- Qazandığınız uğurları kimə və ya nəyə borclusunuz?

- İlk növbədə ailəmə və baş məşqçimiz Fərid Tağızadəyə borcluyam. Ardıcıl 7 il uduzanda idman sahəsində mənə məşqçimdən başqa heç kim inanmırdı. O, məndə özünəinam hissi yaratdı. Hətta deyə bilərəm ki, qazandığım uğurların 40 faizi mənə aiddirsə, 60 faizi baş məşqçimizin zəhmətidir.

- Karyeranızda üzləşdiyiniz ən çətin an hansı olub?

- Yəqin ki, ən çətini ardıcıl 7 il bütün yarışlardan medalsız ayrılmağım idi. Hər yarışda məğlub olurdum. 2022-ci ildə keçirilmiş Avropa çempionatının finalında qızıl xalla uduzmağım isə mənim üçün əsl travma oldu. Həmin an nə olduğunu anlamadım. Çünki hər şey bir anda baş verdi. Rəqibimə zərbə endirəndə qalib gəldiyimi düşünürdüm. Qələbə sevinci edəcəkdim ki, tabloya baxanda gerçəklərin fərqinə vardım.

- Yəqin ki, idmanda və ya kənarda başınıza gələn maraqlı hadisələr olub...

- İki maraqlı hadisə danışa bilərəm. Meksikada dünya çempionu olmuşdum. Bizə orada oğurluğun geniş yayıldığını demişdilər. Mən də fikirləşdim ki, idmançıyam, başıma heç nə gələ bilməz. Deməli, məşqçimiz marketə girdiyi üçün pencəyini mənə tapşırmışdı. Pencək əlimdə idi. Yolu keçirdim ki, bir anlıq kiminsə pencəyi götürüb qaçdığını gördüm. Sonra çempion olduğum ağlıma gəldi. Düşündüm ki, məşqçi, yəqin ki, məni buna görə danlamaz. Əgər uduzsaydım, qaçıb gizlənərdim (gülür). İkinci hadisə isə yarış zamanı baş verib. Görüşün bitməsinə 2 dəqiqə qalmışdı. Artıq uduzmaq üzrə idim. Amma bir fənd işlətdim və rəqibi 10 xalla qabaqladım. Qəribəsi odur ki, bundan xəbərim olmayıb. Döyüşün sonları idi. Mən isə tabloya baxmırdım. Bir də gördüm ki, hamı məni dəstəkləyir, alqışlayır. Həmin an komanda yoldaşım Sabirlə göz-gözə gəldik. O mənə hesabda öndə olduğunu və boşuna enerji sərf etdiyimi dedi. Beləliklə bu da mənim üçün ən yaddaqalan hadisələrdən birinə çevrildi.

- Pərəstişkarı olduğunuz idmançı varmı?

- Dünyada Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun fanatıyam. Ölkəmizdə isə veteran taekvondoçu Niyaməddin Paşayevi bəyənirəm.

- Uşaqlıqdan “Kəpəz” futbol klubunun azarkeşisiniz. Komandanın oyunlarını mütəmadi olaraq izləyirsiniz? Ümumiyyətlə, doğma komandanızın hazırkı durumu barədə nə deyə bilərsiniz?

- Məşqlərə görə oyunlara mütəmadi olaraq getməyə vaxtım olmur. Amma zaman tapdıqca izləyirəm. Komandanın hazırkı vəziyyəti ürəkaçan deyil. Premyer Liqada qalmaq üçün mübarizə aparırlar. Amma mən “Kəpəz”in aşağı liqaya düşməyəcəyinə inanıram.

- Hətta “Kəpəz”in taleyini öz karyeranıza bənzətmisiniz…

- “Kəpəz” son oyunlarda məğlub olmasına baxmayaraq, “Neftçi” kimi köklü kluba qalib gəlmişdi. Ona görə Gəncədə futbolçularla görüşəndə klubun taleyinin öz karyerama bənzədiyimi dedim. Çünki mən də illərlə heç bir yarışda yaxşı nəticə göstərə bilmədim, amma sonra bir qələbə ilə uğurların davamını gətirdim. Futbolçulara dedim ki, siz də bunu bacaracaq, ard-arda qələbələr qazanacaqsınız. Bu söhbətimizdən sonra “Kəpəz” turnir cədvəlində son pillədən 9-cu sıraya yüksəldi (gülür).

- Ümumiyyətlə, futbol oynamaqla aranız necədir? Sevdiyiniz komanda və ya xüsusi futbolçu varmı?

- Futbol oynamağı çox xoşlayıram. Deyərdim ki, parataekvondoçu olmasaydım, futbolçu olardım. Hətta məşqçimizlə aramızda bununla bağlı zarafat da var. Müəllimlə elə razılaşmışıq ki, həftədə 6 günlük məşqimizin yalnız bir günü beynimiz dincəlsin deyə futbol oynayırıq. Yığmada mənim kimi futbolu sevən uşaqlar var. Onlarla bir günümüzü futbola ayırırıq. Sevimli komandama gəlincə isə “Kəpəz”dən əlavə, azarkeşi olduğum digər klub “Fənərbağça”dır. Türkiyəyə hər gedəndə bu komandanın stadionunu ziyarət edirdim.

- “Fənərbağça” və “Kəpəz”in tarixində ən bəyəndiyiniz futbolçular kimlərdir?

- “Fənərbağça” azarkeşlərinin böyük bir qismi bu suala Aleks de Souza cavabını verər. Amma mən qapıçı Volkan Demirəli daha çox bəyənirəm. Onun derbilərdə tribunadakı rəqib azarkeşləri qıcıqlandırması çox xoşuma gəlirdi. Gəncə təmsilçisində isə braziliyalı Dario Federikonun heyranı idim. Hətta o, komandanın heyətində olduğu müddətdə “Kəpəz” Avropa Liqasına vəsiqə qazanmışdı.

- Ötən ay karyeranızda ilk dəfə uşaq və yeniyetmə parataekvondoçulara ustad dərsləri keçdiniz. Onların arasında sizin davamçınız ola biləcək potensiallı idmançılar gördünüzmü?

- Oradakı uşaqların çoxu mənim davamçım ola bilər. Onlar uşaq yaşda bizim qəlbimizin çempionlarıdır. Bu yaşda neçə-neçə böyük insanlara, hətta bütün Azərbaycan xalqına örnəkdirlər. Elə yetkin insanlar var ki, özlərini əziyyətə verməkdən çəkinirlər. Amma bu uşaqlar indidən əziyyət çəkməyə başlayıblar.

- Bir neçə gün öncə Dünya Taekvondo Federasiyası (WTF) tərəfindən 2024-cü ilin ən yaxşı kişi parataekvondoçusu adına layiq görüldünüz. Bununla bağlı da təəssüratlarınızı bilmək istərdik…

- Bu karyeramın pik nöqtəsidir. Əslində WTF məni qala gecəsinə dəvət edəndə seçiləcəyimi gözləyirdim. Çünki ili yüzfaizlik nəticələrlə başa vurdum. Şükürlər olsun ki, bu ada layiq görüldüm. Bütün çəkilərdə ən yaxşısı olmaq çox möhtəşəm hissdir.

- Növbəti il üçün qarşınıza hansı hədəfləri qoymusunuz?

- Gələn il bizi dünya və Avropa çempionatları gözləyir. Ən böyük hədəfim bu seriyanı təkrarlamaqdır. Mən qarşıma bu yarışlarda qızıl medal qazanacağımla bağlı məqsəd qoymamışam. Sadəcə, məğlub olmaq istəmirəm. Dediyim kimi, məni kumiri kimi görən uşaqlar üçün çalışacaq, yaxşı nəticə üçün əlimdən gələni edəcəyəm.

Ardıcıl 7 il medalsız qalandan sonra Paralimpiya çempionu olan idmançı: İflic keçirəndə fikirləşirdim ki, artıq həyatım bitib – MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Neftçi" "Araz-Naxçıvan"la oyuna itkilərlə çıxacaq

Cəlilabadda otlaq sahəsində silah-sursat aşkarlanıb

Cənubi Koreya məhkəməsi Prezident Yun Sok Yolun həbs müddətini uzatmayıb

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya əfqan miqrantların daha bir qrupunu tezliklə ölkələrinə geri göndərməyi planlaşdırır

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi "Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş" nominasiyası üzrə təltif edilib

Azərbaycanda ağacəkmə aksiyaları davam edir

Serbska Respublikasının Prezidenti Azərbaycanın biznes dairələrini daha geniş əməkdaşlığa dəvət edib

Londonun “Queen Mary” Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub

Türkiyənin xarici işlər naziri sabah İraqa rəsmi səfər edəcək

Türkiyə və Azərbaycanın Quru Qoşunları komandanları Suriya ilə sərhəddə olublar

Hakim Rüstəm Cəfərov: Azərbaycanda qar voleybolunun gələcəyi ilə bağlı nikbinəm

Əməkdar məşqçi: Azərbaycanda ağırlıqqaldırma idman növü yüksək səviyyədə inkişaf edir

Türkiyədə çökən binada aparılan axtarış-xilasetmə işləri başa çatıb

Тürk Mədəniyyəti və İrsi Fondu Şurasının iclasına hazırlıqla bağlı ikinci ekspert görüşü keçirilib

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi olub VİDEO

Münxendə 23 polis avtomobili yandırılıb

Azər Əmiraslanov: Belarusda seçkilərə hazırlıq yüksək qiymətə layiqdir

Ermənipərəst QHT-nin ECOSOC statusu ləğv edilməlidir - Ekspert şərhi

Həzi Aslanovun anadan olmasının 115 illiyi qeyd edilib

Azərbaycanla Türkiyə arasında hərbi-təhsil sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Bakıda yeni quraşdırılmış işıqfor qəza nəticəsində yararsız vəziyyətə düşüb

Davos Forumu Azərbaycanın imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır RƏY

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan qlobal elitaların toplaşdığı Davos Forumunun əsas iştirakçılarından biridir ŞƏRH

Qazaxda II Regional Pedaqoji İnnovasiyalar Forumu keçirilib

İsveç partlayışların sayına görə rekord vurur: 24 gün ərzində 24 hadisə

Azərbaycanın dağlıq ərazilərinə qar yağacaq XƏBƏRDARLIQ

AMEA-nın Gəncə Bölməsinin elmi və təşkilati fəaliyyətinə dair hesabatı dinlənilib

Yerli cəmiyyətin əxlaqi dəyərləri və sosial media təzyiqi: qlobal mesajların gələcək nəsillərin əxlaq anlayışına təsiri - RƏY

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri təşkil edilib

Azərbaycan Ordusunun hərbçilərinin təlim-metodiki toplanışı keçirilib

Türkiyədə çökən binanın dağıntıları altından bir nəfərin cəsədi tapılıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Yaşar Güler Azərbaycan müdafiə nazirinin müavinini qəbul edib

AMEA-nın Qafqazşünaslıq İnstitutunun fəaliyyətinə xitam verilməsi haqqında qərar qəbul edilib

Qazaxıstanda neft bazasında partlayış olub

Türkiyə eksperti: Ermənilər Fransanın dəstəyi ilə “Qərbi Ermənistan” mifini təbliğ edirlər

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir VİDEO

Bakıda və Sumqayıtda dələduzluqda şübhəli bilinən 3 nəfər saxlanılıb

Akademik: Qarabağa, Şuşaya, Qərbi Azərbaycana və Qafqaz Albaniyasına həsr olunmuş 35-dən çox elmi iş araşdırılıb

FHN internat tipli ümumtəhsil məktəbində təlim təşkil edib

Qusar Dövlət Ləzgi Dram Teatrı "Sədəf" tamaşasını teatrsevərlərə təqdim edib

İtaliyada dəmir yolu işçiləri tətil edirlər

Rumıniyalı məşqçi yenidən "Neftçi"də işləyəcək

Avroliqa: “Fənərbağça” qalib gəlib, “Barselona” məğlub olub

İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin Quba, Xaçmaz və Qusar sakinləri ilə görüşünün vaxtı dəyişdirilib

"Azercell" və ADA Universiteti “İdeya İnkubasiyası Proqramı”nın növbəti mərhələsinə start verir

Roma Papası İtaliyada ən güvənilən ictimai xadimdir - SORĞU

Davos Forumu çərçivəsində Azərbaycanın qlobal əməkdaşlıq imkanları diqqət mərkəzində olub RƏY

Oğuz rayonunda ilk “Avtoklaster” layihəsinə başlanılır VİDEO

“Hərbçilər qardaşımın barmağını kəsib nişan üzüyünü götürmüşdülər” - Neftçalanın Qara Yanvarı VİDEO

Avrasiyanın “quru körpüsü” Horqos Çin-Avropa yük daşımalarının vacib nöqtəsidir VİDEO

Qanunsuz saxlanılan 4 avtomat, 10 tüfəng və 453 ədəd müxtəlif çaplı patron aşkarlanıb

“AzerGold” ekoloji sahədə “2024-cü ilin ən yaxşı tərəfdaşı” nominasiyası üzrə təltif edilib

“Ordubad” əmtəə nişanlı bal məhsulu utilizasiya edilib

Ötən gün ölkə ərazisində qeydə alınan 44 cinayətin üstü açılıb

Ağsuda silahlı narkokuryerlər saxlanılıb

Faktiki hava açıqlanıb

Azərbaycanda ilk dəfə keçirilən qar voleybolu üzrə ölkə çempionatı start götürüb VİDEO

Şəmkirdə beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Zaqatala sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb - YENİLƏNİB

Misli Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

Ötən il ərzində 35 mindən çox hüquqpozma faktı aşkar edilib

Parisdə azərbaycanlı gənc rejissorun filmi nümayiş olunub

Alimlər Altsheymer xəstəliyinə səbəb ola biləcək nadir genetik mutasiya aşkarlayıblar - ARAŞDIRMA

Pit Heqset Pentaqonun yeni rəhbəri vəzifəsinə təsdiqlənib

Britaniyalı nazir ABŞ-ın Britaniyaya tarif təzyiqlərinə etiraz edib

Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Azərbaycan müdafiə nazirinin müavinini qəbul edib

Çin və ABŞ-ın baş diplomatları arasında telefon danışığı olub

Dövlət Departamenti ABŞ-ın bütün xarici yardımlarını dayandırıb

Ciddə limanında bir milyondan çox psixotrop həb müsadirə edilib

Türkiyədə çökən binada aparılan axtarışlara 200 nəfər cəlb edilib - YENİLƏNİB

“Fənərbağça”nın sabiq baş məşqçisinin yeni klubu bəlli olub

Romada azərbaycanlı gənc rəssamların sərgisi açılıb VİDEO

Pakistanın Baş naziri Azərbaycanın müdafiə sənayesi nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Küveytdə terrorizmi maliyyələşdirən 38 nəfərin vətəndaşlığı ləğv edilib

Zaqatala sakini xəstəxanaya daxil olandan sonra anidən ölüb

Azərbaycan və Pakistan arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

“Kəpəz” yeni futbolçu transfer edib

Naxçıvanda “Yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

Almaniyada bir neçə məsciddə bomba xəbərdarlığı edilib

Azərbaycanın fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb

“Meta” bu il süni intellekt sahəsinə 60-65 milyard dollar sərmayə qoyacaq

Bakıda Hindistanın Respublika Günü qeyd edilib

Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasının yekununa dair protokol imzalanıb

Naxçıvan Dövlət Universiteti “ASAN xidmət” mərkəzi ilə əməkdaşlıq edəcək

Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının fəaliyyəti yüksək qiymətləndirilib

Nazir müavini: Son 4 ildə Azərbaycana səyahət edən hindistanlı turistlərin sayı 40 dəfədən çox artıb VİDEO

Səfir: Hindistan və Azərbaycan dərin mədəni əlaqələrə malikdir VİDEO

Davos-2025 milli maraqlarımıza xidmətin parlaq sübutudur – ŞƏRH

Sədr müavini: Kosmik texnologiyalar sahəsində gənclər üçün xüsusi proqramlar hazırlanır

Təhlükəsiz tullantıların idarə olunması üzrə fəaliyyətin səmərəli təşkil edilmədiyi aşkarlanıb

Hesablama Palatası Dövlət Ehtiyatları Agentliyində nöqsanlar aşkarlayıb

ATGTİ sədri: Bugünkü forum gənclərin beynəlxalq səviyyədə uğur qazanmasına töhfə verəcək

Britaniyada maliyyə çətinliyi olan bizneslərin sayı rekord həddə çatıb

® “Klinik protokolların tətbiqinin gündəlik praktikada əhəmiyyəti“ mövzusunda seminar keçirilib

“İnklüziv sosial inkişaf və sosial təminat” işçi qrupunun növbəti iclası keçirilib

Bakıda Çinin Yeni ili qeyd olunub