ARDNŞ-NİN YENİ ASFALT ZAVODU FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, mayın 27-də “Neftqaztikinti” tresti tərəfindən Zığda inşa edilmiş yeni asfalt zavodunun təntənəli açılış mərasimi keçirilmişdir.
Müasir standartlara cavab verən müəssisə avtomatik kompyuter idarəetmə sistemi ilə təchiz edilmişdir. İstehsal gücü saatda 50 ton olan zavodda 150 nəfər işçi çalışacaqdır. Müasir cihaz və avadanlıqla təchiz edilmiş böyük laboratoriyada məhsulun keyfiyyəti nəzarətdə saxlanılacaqdır. Müəssisənin bütün avadanlıqları Ukraynadan gətirilmişdir.
Tədbir iştirakçılarını 28 May-Respublika günü münasibətilə təbrik edən ARDNŞ prezidenti Rövnəq Abdullayev ümummilli liderimiz Heydər Əliyevin neft strategiyasının ölkənin hərtərəfli inkişafına yol açdığını qeyd etmiş, bu kimi müəssisələrin yaradılmasını həmin siyasətin uğurları kimi dəyərləndirmişdir. O, şirkətin beynəlxalq arenada qazandığı uğurlardan söz açmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]