Artur Erken: “Almatı prosesi”nin 3-cü Nazirlər Konfransında Bakı Bəyannaməsinin qəbul edilməsi regional əməkdaşlığı daha da gücləndirəcək VİDEO

Bakı, 24 aprel, AZƏRTAC
“Almatı prosesi”nin 3-cü Nazirlər Konfransında Bakı Bəyannaməsinin qəbul edilməsi regional əməkdaşlığı daha da gücləndirəcək, qanuni miqrasiyaya töhfə verəcək.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Artur Erken “Almatı prosesi”nin III Nazirlər Konfransında deyib.
"Almatı prosesi”nə üzv dövlətlərdə həm rəsmi, həm qeyri-rəsmi anlamda beynəlxalq miqrasiya prosesinə töhfələr veriləcək. Prosesə üzv dövlətlər 9.8 milyon miqranta xidmət edir. Ümumilikdə isə sözügedən dövlətlərdə 22 milyon beynəlxalq miqrant var. Üzv dövlətlər 25 milyon beynəlxalq miqrantla qarşılıqlı iş birliyindədirlər. Beynəlxalq Miqrasiya Təşkilatı prosesə üzv və müşahidəçi dövlətlərə qanuni miqrasiya istiqamətində dəstək verməyə hazırdır", -deyə o qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2025 [12:52]
Dörd yüz on ailəyə evdə sosial-məişət xidməti göstərilir
- 15.05.2025 [12:45]
Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək
- 15.05.2025 [12:21]