Azərbaycan Dövlət İnformasiya Agentliyi

“ASAN xidmət”in nailiyyətləri Azərbaycan Respublikası Prezidentinin güclü siyasi iradəsinin nəticəsidir

“ASAN xidmət”in nailiyyətləri Azərbaycan Respublikası Prezidentinin güclü siyasi iradəsinin nəticəsidir

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının

Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun AZƏRTAC-a müsahibəsi

- Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 fevral tarixli Fərmanı ilə “ASAN xidmət” mərkəzlərinə hansı yeni xidmətlər əlavə edilmişdir?

- Azərbaycan Respublikasının Prezidenti yalnız “ASAN xidmət” mərkəzlərinin coğrafiyasının deyil, həm də mərkəzlərdə göstərilən xidmət növlərinin sayının artırılması, daha geniş sahələr üzrə vətəndaşlara keyfiyyətli və şəffaf xidmətlərin göstərilməsi barədə ciddi tapşırıqlar vermişdir.

Əgər bu günə qədər “ASAN xidmət” mərkəzlərində 25 hüquqi xidmət göstərilirdisə, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə həmin xidmətlərin dairəsi daha da genişləndirilmişdir. Prezident İlham Əliyevin imzaladığı 2014-cü il 11 fevral tarixli Fərmanla:

- mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması və çıxarışların, texniki pasportların verilməsi,

- fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması və çıxarışların, texniki pasportların verilməsi,

- yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata qəbulu və hərbi qeydiyyatdan çıxarılması,

- xaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə apostil verilməsi üçün sənədlərin qəbulu xidmətləri “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcəkdir.

Azərbaycan Prezidentinin Fərmanı ilə elektron xidmətlərin dairəsi də genişləndirilmişdir. Belə ki, Fərmanda nəzərdə tutulan “ASAN ödəniş” sistemi elektron xidmət olaraq həm nağdsız ödənişlərin aparılmasını stimullaşdıracaq, həm də bütün inzibati cərimələrin, məhkəmə qərarı ilə ödənilməli olan vəsaitlərin onlayn rejimdə ödənilməsini təmin edəcəkdir.

Məsələn, hər hansı sürücü yol hərəkəti qaydasını pozduqda qəbul edilən inzibati cərimə barədə qərar və törətdiyi qayda pozuntusunun foto və ya videoçəkilişi “ASAN ödəniş” sistemi vasitəsilə həmin sürücünün e-mail ünvanına və ya mobil telefon nömrəsinə göndəriləcəkdir. “ASAN ödəniş” sistemi vətəndaşı cərimənin ödənilməsi müddətinin bitməsi barədə xəbərdar edəcəkdir. Vətəndaşlar istənilən inzibati cəriməni heç bir dövlət orqanına getmədən mobil telefonla ödəmə imkanı əldə edəcəklər.

Bundan əlavə, cərimələrin digər alternativ ödəmə üsulu da nəzərdə tutulmuşdur. Belə ki, vətəndaşlar cərimələri ticarət mərkəzlərində, yanacaqdoldurma məntəqələrində, avtomobil dayanacaqlarında və əhalinin intensiv istifadə etdiyi digər ictimai yerlərdə quraşdırılmış xüsusi terminallar vasitəsilə ödəyə biləcəklər. “ASAN ödəniş” sistemi, eyni zamanda, cərimə və digər pul vəsaitlərinin ödənilməsi barədə məhkəmə qərarlarını icra etmək üçün ödənişlərin məhkəmələrin inzibati binalarında və digər ictimai yerlərdə quraşdırılan xüsusi terminallar vasitəsilə ödənilməsini təmin edəcəkdir.

Cəriməni qısa müddət ərzində ödəyən şəxslər cərimə məbləğinin müəyyən faizi məbləğində ödənişdən azad olunacaqlar. “ASAN ödəniş” sistemi imkan verəcəkdir ki, vətəndaş cərimə olunması barədə məlumat əldə etsin və cəriməni dərhal ödəməklə müəyyən edilmiş güzəştdən yararlana bilsin. “ASAN ödəniş” sistemi bütün dövlət orqanları tərəfindən tətbiq edilən inzibati cərimələri ödəmək imkanı yaradacaqdır. Artıq həmin sistemin yaradılması üçün institusional və praktiki tədbirlər görülməsinə başlanılmışdır.

Bu islahatlar bir neçə məqsədə xidmət edir:

- vətəndaşla dövlət orqanı əməkdaşı arasında birbaşa təması istisna edir,

- şəffaflığı və operativliyi təmin edir,

- korrupsiya və digər mənfi halların qarşısını alır,

- habelə hüquq qaydalarını pozan şəxslərin cəriməni ödəməkdən yayınma halları aradan qalxır.

- Ümumiyyətlə, ölkəmizdə dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid reyestri aparılırmı?

- Fərmanda Nazirlər Kabinetinə dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin reyestrinin elektronlaşdırılması ilə bağlı təkliflərini təqdim etməsi barədə tapşırıq verilmişdir.

Hazırda dövlət orqanlarının göstərdikləri bütün xidmətlərin ümumi sayı və onların reyestrinin aparılması istiqamətində müəyyən işlər görülür. Xidmətlərin reyestrinin elektron qaydada aparılması bizə hansı xidmətlərin göstərildiyi və onlardan hansıların elektronlaşdırıldığını müəyyən etməyə imkan verəcəkdir. Bununla “elektron hökumət”ə keçid prosesi daha da sürətlənəcəkdir.

- “ASAN xidmət” mərkəzlərinin son 1 il ərzində fəaliyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yaradılan “ASAN xidmət” fəaliyyətə başladığı 1 il ərzində qarşısına qoyulan vəzifənin öhdəsindən layiqincə gələrək insanların etimadını doğrultmuşdur. “ASAN xidmət” dövlət xidmətlərinin göstərilməsi sahəsində müasir texnologiyaların tətbiqi ilə korrupsiya hallarının istisna edilməsinə, şəffaflığın, vətəndaş məmnunluğunun təmin edilməsinə nail olmuşdur.

“ASAN xidmət”in ötənilki fəaliyyəti ilə bağlı qısa məlumat vermək istərdim. Hazırda Bakı şəhərində 3, Sumqayıt və Gəncə şəhərlərində 1 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyət dairəsinə daxil olan əhalinin sayı 3 milyon 500 min nəfərə qədərdir. Bu da ölkə əhalisinin təxminən 37 faizi deməkdir.

Fəaliyyətə başladığı vaxtdan bu günədək “ASAN xidmət” mərkəzlərinə 1 milyon 100 mindən artıq insan müraciət etmiş və müxtəlif xidmətlərdən yararlanmışdır. O cümlədən mərkəzlərin əhatə etmədiyi rayonlarda xüsusi texniki vasitələrlə təchiz edilmiş avtobuslar vasitəsilə 60 minədək vətəndaşa səyyar xidmət göstərilmişdir.

Eyni zamanda, fevralın 1-dən vətəndaşların istəyindən asılı olaraq onların mərkəzə gəlmədən arzuladığı yerdə xidmətlərdən yararlanması üçün səyyar xidmətlər həyata keçirilməyə başlanmışdır. Xüsusi vurğulamaq istərdim ki, səyyar xidmət kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün əlavə ödəniş aparılmadan həyata keçirilir.

Əlillərə mərkəzə gəlmədən evində ödənişsiz səyyar xidmət göstərilməsi Prezident İlham Əliyevin əlillərin sosial müdafiəsi sahəsində həyata keçirdiyi siyasətin tərkib hissəsidir və bunu sosial həmrəylik layihəsi kimi səciyyələndirmək olar.

Gün ərzində 6000-6500 vətəndaş “ASAN xidmət” mərkəzlərinə müraciət edir. 2013-cü il fevralın 1-dən fəaliyyətdə olan “Çağrı Mərkəzi”ndə (“Call center”də) 148.000 zəng qeydə alınmışdır. Bundan əlavə, sosial şəbəkələr (Facebook, Twitter, Instagram) vasitəsi ilə 35.000-ə yaxın müraciət qəbul edilmişdir. “ASAN xidmət” mərkəzinin rəsmi Facebook səhifəsi 2012-ci il oktyabrın 20-də fəaliyyətə başlamışdır. Rəsmi səhifəyə qoşulan abunəçilərin sayı isə 115 mini keçmişdir.

Mərkəzlərdə aparılan rəy sorğuları və exit-poll-ların nəticələrinə görə vətəndaşların 95-100 faizi “ASAN xidmət”dən razıdır. Bu günədək Dövlət Agentliyi tərəfindən mərkəzlərdə işləyən bütün əməkdaşlara etik davranış, ünsiyyət qurmaq bacarığı, stress menecment, sosial həssaslıq, vaxtın idarə edilməsi, korporativ mədəniyyət və s. mövzularda 183 təlim keçirilmişdir.

Eyni zamanda, bildirmək istəyirəm ki, regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransdakı nitqində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər bir dövlət qulluqçusunun fəaliyyətinin əsas prinsiplərini müəyyən etmişdir: “Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır”.

“ASAN xidmət”in bütün əməkdaşları da çalışır ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi bu prinsiplərə dönmədən əməl etsinlər.

- Cəmiyyətdə belə bir təəssürat yaranıb ki, “ASAN xidmət” gənclər qurumudur.

- Bu tamamilə doğrudur. “ASAN xidmət” əməkdaşlarının tam əksəriyyəti gənclərdir, onların orta yaş həddi 24-dür. “ASAN xidmət”ə işə qəbul tam şəffaf və ədalətli qaydalarla aparılır. Xidmətin kadr və idarəçilik sistemi ən yüksək beynəlxalq standartlara cavab verir.

“ASAN xidmət”də könüllülük geniş vüsət almışdır. Ümumilikdə “ASAN xidmət” mərkəzlərində mindən artıq gənc könüllülük fəaliyyətinə cəlb olunmuşdur. Onlar “ASAN xidmət” mərkəzlərinə müraciət edən vətəndaşlara hörmət və nəzakətlə yardım edirlər. Gənclər yüksək həvəs nümayiş etdirir, dövlət orqanlarının fəaliyyətinə böyük maraq göstərirlər. Bu, gənclərin gələcəyi üçün stimul yaradır.

Belə ki, ali təhsilini bitirmiş və könüllü kimi fəaliyyətini başa çatdırmış gənclərin bir hissəsi “ASAN xidmət” mərkəzlərində və digər dövlət qurumlarında işlə təmin edilmişlər.

Əldə olunan nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa dəstəyi və güclü siyasi iradəsi ilə mümkün olmuşdur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılış mərasimi keçirilib

“Nissan” baş ofisini 700 milyon dollara satır

Sumqayıt şəhərində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının baş sessiyasında AQTA nümayəndə heyəti ilə təmsil olunacaq

“Şahdağ Qusar” çempionluq kubokunu qusarlı futbolsevərlərə təqdim edib

“Azərbaycanım” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqənin qalibləri mükafatlandırılıb

Naxçıvan təmsilçisi növbəti dəfə ölkə birincisi olub

Paytaxtda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Kaya Kallas: Şimali Makedoniyanın gələcəyi Aİ-dədir

Ərzincanda “Qərbi Azərbaycana qayıdış” layihəsi çərçivəsində konfrans keçirilib

Qazaxıstan-Özbəkistan sərhədində yük maşınları üçün elektron növbə sistemi tətbiq ediləcək

Serbiya XİN: Bosniya və Herseqovinada bərabərhüquqluların dialoquna inanırıq

FHN-in Aran Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Qarsda Azərbaycanın “Konstitusiya və Suverenlik İli” münasibətilə konsert keçirilib

Monteneqro Prezidenti: ABŞ-ın Ukraynada sülh üçün səylərini alqışlayırıq

“E-sosial” mobil tətbiqi vasitəsilə 23 mindən çox əmək müqaviləsi elektron şəkildə imzalanıb

İslamabadda Azərbaycanın qarşıdan gələn “Müstəqillik Günü” münasibətilə qəbul təşkil edilib

Bazar günü havanın temperaturu 28 dərəcə olacaq

Bu gün türkoloq-alim Cavad Heyətin anadan olmasından 100 il ötür

Uşaq inkişaf mərkəzinin şagirdləri rusiyalı kosmonavt Fyodor Yurçixin ilə virtual bağlantı yaradıblar VİDEO

Uşaq inkişaf mərkəzinin şagirdləri rusiyalı kosmonavt Fyodor Yurçixin ilə virtual bağlantı yaradıblar VİDEO

“Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda konfrans keçirilib VİDEO

“Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda konfrans keçirilib VİDEO

Qərbi Azərbaycan İcması İrəvan Qazılığının fəaliyyətinin bərpa edilməsini alqışlayır

Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğradığı yerdə xatirə abidəsi qurulub

Türkiyə Prezidenti Gürcüstan Baş nazirini Müstəqillik Günü münasibətilə təbrik edib

Minifutbol üzrə ikinci Qərbi Azərbaycan Kubokunun püşkatma mərasimi olub

Ağcabədidə çiyid səpini başa çatıb

FHN-in qurumları arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş minifutbol çempionatına yekun vurulub

NBA: “İndiana Peysers” seriyada ikinci qələbəsini qazanıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib

Bəzi yerlərdə leysan xarakterli yağıntılar müşahidə olunur - FAKTİKİ HAVA

İlin əvvəlindən “Könüllü DOST” proqramına 500-dən çox şəxs cəlb olunub

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

Fövqəladə Hallar Nazirliyi MDB ölkələrinin birgə təlimində iştirak edib

Kahramanmaraşdakı Heydər Əliyev adına məktəbdə Azərbaycan dövlətçiliyinin memarının xatirəsi ehtiramla yad edilib

Bu gün Misli Premyer Liqasının sonuncu turun oyunlar keçiriləcək

Kiyevə kütləvi raket və dronla hücum edilib, dağıntılar var VİDEO

Kiyevə kütləvi raket və dronla hücum edilib, dağıntılar var VİDEO

Dünya birjalarında neft bahalaşıb

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində kibertəhlükəsizlik mövzusunda maarifləndirici tədbir keçirilib

Vəkillər Kollegiyasında işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş olub

Dünya bazarında qızıl 71 dollaradək bahalaşıb

İndoneziyada BMT-nin Qlobal Sazişi çərçivəsində fəaliyyət platformasının yüksək illik iclası keçirilib

Folklor İnstitutunun direktoru respublika konfransında çıxış edib

Azərbaycan neftinin qiyməti 67 dolları ötüb

Media: Tramp Avropa ölkələrinin Çin mallarına yeni tariflər tətbiq etməsini istəyir

Könlümün sevgili məhbubu mənim...

Mahir Tağızadə: Səhnənin sehri məni həmişə özünə cəlb edib - MÜSAHİBƏ

ABŞ qoşunlarını Cənubi Koreyadan çıxarır?

Deputat: Avrasiyanın enerji xəritəsinin yenidən cızılmasında Azərbaycan ən mühüm aktorlardan biridir

Aleksandar Vuçiç: Serbiya-Macarıstan tarixdə ən yaxşı münasibətlərə malikdirlər

Türkiyə universitetinin dekanı: Qərbi Azərbaycan reallıqlarının təbliği bütün dünyanı əhatə etməlidir

Mixail Qusmanın BMT-nin 80 illiyinə həsr olunmuş filminin premyerası Cenevrədə keçiriləcək

Azərbaycan və Qazaxıstan arasında akademik əməkdaşlıq Astana forumunun diqqət mərkəzindədir

Bitki mənşəli qidalarla qidalanma diabetli yetkinlərdə çəki azalmasına səbəb olur - TƏDQİQAT

Nigar Arpadarai: Panamanın zəngin biomüxtəlifliyi onu iqlim dialoqunda güclü səsə çevirir

Moskvada Azərbaycanın İkinci Dünya müharibəsinə verdiyi töhfədən bəhs edən kitabın təqdimatı keçirilib

Zaqatalada avtomobil piyadanı vurub

Ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Novak Cokoviç karyerasında 100-cü titul uğrunda qüvvəsini sınayacaq

Ukrayna Baş Qərargahı Rusiyanın hərbi zavoduna zərbə endirildiyini təsdiqləyib

Hamburq dəmir yolu vağzalında törədilən bıçaqlı hücum heç bir siyasi motivə əsaslanmır

“Napoli” İtaliya çempionu olub

Avroliqada ikinci finalçı bəlli olub

Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var

Tbilisidə Azərbaycan və Türkmənistan xalçalarının sərgisi açılıb

Elvin Əlizadə: Məşqçilərin verdiyi bütün tapşırıqları lazımi səviyyədə yerinə yetirdik və qələbə qazandıq

Haaqada Azərbaycan mədəniyyətinə həsr edilmiş tədbir keçirilib

Sankt-Peterburqda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Orlov vilayətində helikopter qəzaya uğrayıb

Ukrayna və Rusiya arasında “1000-in 1000-ə” formatında əsir mübadiləsinin ilk mərhələsi reallaşıb

Hamburq dəmir yolu vağzalında bıçaqlı hücum nəticəsində xəsarət alanlar var

Dünya çempionatı: Azərbaycan minifutbol millisi Sloveniyanı darmadağın edib

ADMİU ilə Temirbek Jürgenov adına Qazax Milli İncəsənət Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

30 və 32 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir

Tat-evi monastırının qaranlıq tarixi

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan ərazilərinin işğalında iştirakını sübut edən yeni material məhkəmədə tədqiq edilib VİDEO

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan ərazilərinin işğalında iştirakını sübut edən yeni material məhkəmədə tədqiq edilib VİDEO

Bakıda Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib VİDEO

Bakıda Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib VİDEO

Avroliqa: “Fənərbağça” finala vəsiqə qazanıb

AQUPDK yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

Adanada Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə olunub

İnfluenserlər və bloqerlər hansı qaydalara əməl etməli olacaqlar? VİDEO

İnfluenserlər və bloqerlər hansı qaydalara əməl etməli olacaqlar? VİDEO

Azərbaycan nümayəndə heyəti Kubada bir sıra görüşlər keçirib

UNEC-in 95 illik yubileyi kontekstində xarici dillərin tədrisində strateji uğurlar

Naxçıvanda may ayı üzrə bütün növ sosial müavinətlər ödənilib

Ceyhun Bayramov Koreya Respublikasının ölkəmizdəki yeni səfiri ilə görüşüb

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin daxili işlər nazirlərinin növbəti iclası keçirilib

“Biz Heydər Əliyev məktəbini öyrənirik” adlı maarifləndirici tədbir keçirilib

Rumıniya mediası: Azərbaycanla əməkdaşlıq sayəsində ölkəmiz Avropanın enerji təhlükəsizliyində əsas dayaqlardan birinə çevrilir

Misirin Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır

İordaniya mətbuatında Qərbi Azərbaycan irsi haqqında məqalə dərc edilib

Bakıda Maliyyə İnvestisiya Forumu keçirilib

Arayik Harutyunyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində qəbiristanlıqların dağıdılmasını barbarlıq adlandırıb

Müəllimlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə sınaq imtahanı keçirilir

Həqiqətin matrisası və ya “pərdə arxasında” gizlədilmiş gerçəkliyin axtarışı - Məqalə

“Kitabxana-informasiya texnologiyalarının inkişafında müasir tendensiyalar” - konfrans

“Cinayət yolu ilə əldə edilmiş ƏL/TMM-də nəzarət orqanlarının rolu” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib

Mərakeşdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində konsert proqramı təşkil olunub

Milli Məclisin plenar iclasında daha 13 məsələ müzakirə olunub YENİLƏNİB  VİDEO

Milli Məclisin plenar iclasında daha 13 məsələ müzakirə olunub YENİLƏNİB VİDEO

“Teymur Əhmədov” quru yük gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib VİDEO

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib VİDEO