AŞPA sədri Gürcüstana səfərə gələcək
Tbilisi, 27 aprel, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Lilian Mori Paskye aprelin 28-də Gürcüstana səfərə gələcək.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Lilian Mori Paskye Prezident Salome Zurabişvili, Baş nazir Mamuka Baxtadze, parlamentin sədri İrakli Kobaxidze və digər rəsmi şəxslərlə görüşəcək.
Görüşlərdə Gürcüstanın AŞPA-ya üzv olmasından keçən 20 ildə görülən işlər, qarşıda duran vəzifələr, Gürcüstanda demokratik institutların vəziyyəti, qaçqın və məcburi köçkünlərin vəziyyəti, Cənubi Qafqazda təhlükəsizlik, regional münaqişələrin sülh yolu ilə həlli yolları və digər məsələlər müzakirə olunacaq. AŞPA sədrinin Cənubi Qafqazdakı vəziyyətə dair bəyanatla çıxış edəcəyi gözlənilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:47]
Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir
- 09.06.2026 [14:44]
Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir
- 09.06.2026 [14:40]
Almaniyada hərbi çağırış yaşında olan ukraynalıların sayı kəskin artıb
- 09.06.2026 [14:31]
Pentaqonun qara siyahısındakı Çin şirkətlərinin sayı 100-ü ötüb
- 09.06.2026 [14:29]
Nüvə silahlarına çəkilən xərclər rekord həddə - 119 milyard dollara çatıb
- 09.06.2026 [14:15]
Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur
- 09.06.2026 [14:12]
Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib
- 09.06.2026 [13:12]