AŞQABADDA “TÜRKMƏNİSTAN VƏ DÜNYA İNCƏSƏNƏTİNİN ŞEDEVRLƏRİ” ADLI SƏRGİ KEÇİRİLİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, hər il mayın 18-də Türkmənistanda keçirilən Dirçəliş və Birlik günü - Məhdimqulu Fəraqinin poeziyası bayramı ilə əlaqədar Aşqabadda “Türkmənistan və dünya incəsənətinin şedevrləri” adlı beynəlxalq sərgi keçirilir.
Sərgidə Azərbaycan, Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, İran, Özbəkistan, Fransa, Polşa, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Çin, Tacikistan, Qırğızıstan və Türkmənistanın rəssamları, zərgərləri, heykəltaraşları və keramika ustalarının müxtəlif janr və üslubda hazırladıqları əl işləri nümayiş etdirilir.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun sərgi iştirakçılarına ünvanladığı təbrikdə deyilir ki, digər dövlətlərlə Türkmənistan arasında mədəni sahədə əlaqələrin yaradılması ölkəmizin tarixi inkişafının yeni mərhələsi üçün çox vacibdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:50]
Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir
- 09.06.2026 [21:37]
“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət
- 09.06.2026 [21:34]
“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]