Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Astanada “ŞƏT plyus” formatında görüş keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edib  YENİLƏNİB-3 VİDEO

Astana, 4 iyul, AZƏRTAC

İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak etmək üçün “Müstəqillik” Sarayına gəldi.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dövlətimizin başçısını qarşıladı.

Görüş iştirakçıları birgə foto çəkdirdilər.

Sonra tədbir iştirakçılarının şərəfinə rəsmi ziyafət verildi.

Daha sonra “ŞƏT plyus” formatında görüş keçirildi.

Şanxay Əməkdaşlıq Təşkilatının sədri, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “ŞƏT plyus” formatında görüşdə iştirak edən dövlət və hökumət başçılarını salamladı və çıxış etdi.

Qazaxıstan Prezidenti Azərbaycanın ŞƏT-ə üzv ölkələrlə yüksək səviyyəli əlaqələrinə toxundu, bu ilin noyabrında Bakıda keçiriləcək COP29-un əhəmiyyətini vurğulayaraq dedi:

- Biz bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransında iqlim gündəliyi ilə bağlı həmrəyliyimizi nümayiş etdirə biləcəyik. Fürsətdən istifadə edərək, möhtərəm Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevə bu qlobal tədbirin keçirilməsində uğurlar arzulayıram.

x x x

Sonra görüşdə BMT-nin Baş katibi Antonio Quterreş, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, İran İslam Respublikasının Prezidenti vəzifəsini icra edən Məhəmməd Moxber, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankar, Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsux çıxış etdilər.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dedi:

- İndi isə sözü fəxri qonaq qismində görüşə dəvət olunmuş dövlət başçılarına vermək istərdim.

Söz Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevə verilir.

x x x

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

-Hörmətli Kasım-Jomart Kemeleviç.

Hörmətli dövlət və hökumət başçıları.

Əvvəlcə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısına dəvətə görə Qazaxıstan Prezidentinə təşəkkürümü bildirmək istərdim.

Bu, mənim son iki ildə Qazaxıstana dördüncü səfərimdir. Həmin müddətdə Qazaxıstan Prezidenti Azərbaycana üç dəfə səfər edib və bu, ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.

Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Biz bunu Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndiririk.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.

Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb.

Biz tərəfdaşlarımızla Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyirik.

Bundan başqa, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir.

Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Hazırda biz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyirik, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq.

Hörmətli həmkarlar, 2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi.

Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. Biz 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdik, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdik, Hərəkatın institusional inkişafına töhfə verdik, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdik, habelə Qadın Platformasının əsasını qoyduq.

Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq.

Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.

Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik. Mən artıq ŞƏT-ə üzv dövlətlərin liderlərinə rəsmi dəvət məktubları ünvanlamışam və həmkarlarımı noyabrda Bakıda görəcəyimə ümid edirəm.

Sağ olun.

x x x

Prezident Kasım-Jomart Tokayev dedi:

- Hörmətli İlham Heydər oğlu Əliyev, məzmunlu çıxışınıza görə Sizə təşəkkür edirəm. Biz Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin möhkəmləndirilməsi səylərinə böyük əhəmiyyət veririk.

x x x

Sonra Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birləşmiş Ərəb Əmirliklərinin Ras əl-Xeymə Əmirliyinin hakimi Saud bin Saqr Al Qasimi çıxış etdilər.

x x x

Qeyd edək ki, “ŞƏT plyus” formatında keçirilən görüşə 16 ölkənin dövlət və hökumət başçıları qatılıb. Dövlətimizin başçısı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ŞƏT-in sədri statusunda dəvəti ilə görüşdə iştirak edib. Xatırladaq ki, bu, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ikinci iştirakıdır. Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə dövlətimizin başçısı təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirak edib. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir.

Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 9 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var. Xatırladaq ki, 2022-ci ilin sentyabrında Səmərqənddə keçirilən Zirvə görüşündə Belarusun bu təşkilat çərçivəsində statusunun üzv dövlət səviyyəsinə yüksəldilməsi prosesi başlanıb. Astana Sammitində Belarusun Şanxay Əməkdaşlıq Təşkilatına qoşulması barədə qərar qəbul edilib.

Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Astanada “ŞƏT plyus” formatında görüş keçirilib  Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edib   YENİLƏNİB-3  VİDEO

“Sevilya” “Arsenal”ın futbolçunu heyətinə qatıb

Avropa çempionatının rəmzi komandası açıqlanıb

ANAMA: Ötən həftə 397 partlamamış hərbi sursat zərərsizləşdirilib

Azərbaycan taekvondoçusu Paris Olimpiadasına türkiyəli idmançı ilə hazırlaşır

İKZF: Daha 149 mənzil satmaq öhdəliyi ilə kirayə veriləcək

Bakıda koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin maaşına əlavənin müddəti uzadılıb

Parlament seçkiləri ilə əlaqədar daha üç partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

İctimai Televiziya “Avro-2024”ün final oyununun yayımı ilə bağlı açıqlama yayıb

® “Kapital Bank”la digər banklardakı kreditlərinizi sərfəli şərtlərlə ödəyin

On bir mövsüm NBA-da oynamış basketbolçu karyerasını bitirib

Naxçıvanda könüllü qanvermə aksiyası keçiriləcək

BMU komandasının hazırladığı PUA birinci olub

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb

Sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki...

AMB “Mobile Payment Solutions”a lisenziya verib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilir

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Norveçdə IB məktəb proqramı üzrə təhsil alan azərbaycanlı gənc Fizika İnstitutunun qonağı olub

İspaniya Ukraynaya 10 Leopard tankı göndərib

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Mançester Yunayted”in futbolçusu İspaniya klubuna keçib

Ermənistan-ABŞ birgə təlimlərinə start verilib

Moldova klubu “Zirə” ilə cavab oyunu öncəsi heyətini gücləndirib

“InnoCamp - ASAN könüllülərinin innovasiya düşərgəsi” həyata keçirilib

Şalva Papuaşvili: Gürcüstanda QHT-lərin 70 faizinin donorunun kim olduğu məlum deyil

Cəlal Hüseynov: COP29 Azərbaycanda yaşıl energetikanın inkişafında əsas rol oynayacaq

Baş nazirsiz Fransa, solçuların idarəetmədə səriştəsizliyi, uzunmüddətli siyasi vakuum - ŞƏRH

Umayra Tağıyeva: QHT-lərin COP29 prosesinə töhfə vermələrinə şərait yaratmaq məqsədilə qrant müsabiqəsi keçirilir VİDEO

Laçın meşələrindəki arıçılıq təsərrüfatından bol məhsul gözlənilir FOTO

BDU-da hibrid nanonaqillərin sintezi və tətbiqi üzrə tədqiqatlar davam edir

Dövlət Komitəsinin sədri Samuxda vətəndaşların müraciətlərini dinləyəcək

Xalq yazıçısı Kamal Abdullanın “Seçilmiş əsərləri”nin yeddinci cildi çap olunub

Türkiyə Prezidenti: Bu millət istiqlalına toxunan, iradəsinə qandal vurmağa çalışan hər oyunu bundan sonra da pozacaq

Keniyada 42 qadını öldürməkdə şübhəli bilinən kişi saxlanılıb

Sahibkarlığın İnkişafı Fondu İspaniyanın “Rəsmi Kredit İnstitutu”nun təcrübəsini öyrənir

Misirdə 1,2 milyard dollar dəyərində neft və qaz quyuları qazılacaq

Gürcü ekspert: Azərbaycansız Gürcüstan Asiya ilə Avropa arasında dəhliz ola bilməz - MÜSAHİBƏ

“Sağlam məhəllə” layihəsinin həyata keçirilməsi üçün ilkin olaraq 1,9 milyon manat vəsait ayrılıb – SƏRƏNCAM

Eyni mənzili başqa şəxslərə satmaqda təqsirləndirilən tikinti şirkətinin vəzifəli şəxsi barədə cinayət işi məhkəməyə göndərilib

Bu ilin altı ayında 74 min müavinət və təqaüd təyinatı proaktiv qaydada aparılıb

Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 356 mini ötüb

“Harmony” müsabiqə-festivalı başa çatıb

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu üç illiyini yeni layihələrlə qeyd edib

“Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 24 may tarixli 1161-VIQD nömrəli Qanununun tətbiqi və “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 573 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 24 may tarixli 1163-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Abşeronda saxlanılan narkokuryerdən 3 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Ermənistan xarici işlər naziri Nyu-Yorka işgüzar səfərə gəlib

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 24 may tarixli 1162-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanlı alpinist dünyanın doqquzuncu zirvəsini fəth edib

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çeçenistanda qaz balonları partlayıb, beş nəfər ölüb

“Araz-Naxçıvan” daha bir futzalçı ilə anlaşıb

Banklardakı əmanətlərin 65 faizdən çoxu milli valyutada qoyulub

32 ildən sonra nəşi tapılan şəhid Məmməd Mirzəyev Ağdamda torpağa tapşırılıb

İlon Mask: Trampa sui-qəsd cəhdinə görə ABŞ Məxfi Xidməti təqsirkardır

Gəncədə Türkiyənin Demokratiya və Milli Birlik Günü qeyd olunub

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində fermerlərə təlim keçirilib

Vəli Qasımov: İspaniya millisi çempionluğa layiq idi, İngiltərə isə öz sözünü deyə bilmədi

RF Prezidentinin xüsusi nümayəndəsi: Bakı iqlim gündəliyinin paytaxtına çevrilib VİDEO

Dekan: Çox istərdim ki, fakültəmizə Şərq dillərini həqiqətən öyrənmək istəyən abituriyentlər gəlsinlər MÜSAHİBƏ

“Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan ilə Mərakeş arasında viza tələbi ləğv edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Sağlam məhəllə” layihəsinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bakıda “15 Temmuz Şəhidlərini Anma, Demokratiya və Milli Birlik Günü” konfransı keçirilib

O.İ.Abbasovun Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Qarabağ Yem Fabriki”nə Ağdam Sənaye Parkının rezidenti statusu verilib

Kamboca və Perudan quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Argentina millisinin üzvü Amerika Kubokunun ən yaxşı qapıçısı seçilib

Azərbaycan klubundan ayrılan voleybolçu Qazaxıstan çempionatında çıxış edəcək

Saniyə Şahverənova: Yay aylarında mövsümi meyvə-tərəvəzlərin qəbuluna üstünlük verilməlidir

İşğaldan azad edilmiş ərazilərə geri qayıdan əhaliyə dəstək məqsədilə “Qaynar xətt” yaradılıb

Azərbaycan millisinin basketbolçusu: Ermənistan üzərində qələbə bizi çempionluğa ruhlandırdı

Hulusi Kılıç: USAID rəhbərinin İrəvanda verdiyi bəyanat Cənubi Qafqazda sülhə xidmət etmir

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq- Proqnoz

Telman Nüsrətoğlu: FETÖ ilə mübarizənin ən yaxşı yolu təhsildir

Mustafa Çakır: FETÖ təhlükəsi digər ölkələrdə də qalmaqdadır

Keniyalı futbolçu “Səbail”i tərk edib

Prezident İlham Əliyev Bakıda əsaslı şəkildə yenidən qurulan Nərimanov parkının açılışında iştirak edib YENİLƏNİB VİDEO

Fuad Muradov: Azərbaycanla Qazaxıstan arasında olan qardaşlıq bütün səviyyələrdə nümunə təşkil edir

Bağça müəllimləri üçün “Diaqnostik qiymətləndirmə çərçivə sənədi” hazırlanıb

Avstraliyalı mütəxəssislər quş qripi təhlükəsi barədə xəbərdarlıq edirlər

Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri yanğın təhlükəsizliyi məsələləri ilə bağlı birgə müraciət yayıb

FHN: Ötən sutka ərzində 6 nəfər xilas edilib

Qazaxıstanda fəaliyyət göstərən diaspor nümayəndələri Azərbaycanda səfərdədir

“ADA Universitetinin yeni Şəki kampusunun strateji dizaynı” üzrə təlim proqramı Milanda davam edib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində ilin birinci yarısının yekunlarına dair müşavirə keçirilib

® “Uşaq Qaynar Xətti”nə son altı ayda 851 müraciət daxil olub

Gənc bilyardçılar arasında ölkə birinciliyinin qalibi məlum olub

Neft-qaz sektorunda çalışanların sayı cüzi artıb

Rəsədxana: Günəşin fəallığı artıb

Azərbaycan gimnastları beynəlxalq turnirdə daha iki medal qazanıblar

Hərbi pilotlarımız “Birləşdik – 2024” təlimində yüksək peşəkarlıq nümayiş etdirirlər VİDEO