Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB 5 VİDEO

Astana, 3 noyabr, AZƏRTAC

Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Zirvə görüşünü açaraq qonaqları salamladı. Prezident Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi və Azərbaycan xalqını ölkəmizin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edərək dedi: “Hörmətli İlham Heydər oğlu Əliyevi və Azərbaycan xalqını dövlətçiliyin möhkəmləndirilməsi münasibətilə təbrik edirəm. Ölkəniz ərazi bütövlüyünü bərpa edib və yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu tarixi addım Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq atılıb”.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Zirvə görüşündəki çıxışında son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan söz açaraq dedi: “Sizin də yaxşı bildiyiniz kimi, dost Azərbaycan xalqı Türk dünyasında layiqli yer tutur, böyük hörmətə və nüfuza malikdir. Azərbaycan xalqı son illər əziz dostum İlham Heydər oğlunun rəhbərliyi ilə möhtəşəm uğurlar əldə edir”.

Prezident Şavkat Mirziyoyev, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı tədbirlərdən danışdı. “Tarixi ədalət zəfər çaldı. Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın quruculuq ərazisinə çevrilməsi istiqamətində mühüm nəticələr əldə olunur. Avqust ayında Şuşa və Füzuli şəhərlərində olarkən irimiqyaslı quruculuq işlərinin, müasir infrastrukturun yaradılmasının, dağıdılmış mədəni irs obyektlərinin bərpasının şəxsən şahidi oldum. Azərbaycan xalqını böyük Zəfər - ölkənin ərazi bütövlüyünün tam bərpası münasibətilə bir daha səmimi-qəlbdən təbrik edirəm”, - deyə Özbəkistan Prezidenti vurğuladı.

Dövlətimizin başçısı Zirvə görüşündə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışı

- Hörmətli Kasım-Jomart Kemeleviç,

Hörmətli dövlət və hökumət başçıları,

Əziz dostlar,

İlk növbədə, qonaqpərvərliyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkür edir və qardaş Qazaxıstana Türk Dövlətləri Təşkilatına qarşıdan gələn sədrliyi dövründə müvəffəqiyyətlər arzulayıram. Türk Dövlətləri Təşkilatına bir il ərzində uğurlu sədrlik münasibətilə qardaş Özbəkistanı təbrik edirəm.

Yenidən Astana şəhərində olmağıma şadam. Bu, son 2 ildə Qazaxıstana üçüncü səfərimdir. Hər səfərimdə Qazaxıstanda uğurlu islahatların və genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsinin şahidi oluram. Bütün əldə edilmiş uğurlar münasibətilə Qazaxıstan rəhbərliyini təbrik edirəm.

Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir.

Son iki il ərzində mən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər etmişəm. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər.

Oktyabr ayında Şuşa şəhərində Birinci Türk Dünyası Mədəniyyət Forumu təşkil edilmişdir. Fürsətdən istifadə edərək, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə verdiyiniz dəstəyə görə minnətdarlığımı bildirirəm.

Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir.

Birgə sərmayə fondlarının yaradılması prosesi başlamışdır. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradıldı.

2022-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artmışdır.

Münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib.

Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir.

Hörmətli həmkarlar,

Əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır.

Bildiyiniz kimi, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamış və burada qeyri-qanuni qondarma rejim yaratmışdı. Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur. Ermənistan şəhər və kəndlərimizi yerlə-yeksan etmiş, tarixi və dini abidələrimizi dağıtmış və təhqir etmişdir.

Bütün bu illər ərzində Azərbaycan münaqişəni sülh yolu ilə həll etməyə çalışırdı. Lakin Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu möhkəmləndirmək idi.

Ermənistanın baş nazirinin 2019-cu ildə o vaxt işğal altındakı Xankəndi şəhərində “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması danışıqlara son qoydu. Ermənistan rəhbərliyi o vaxt Azərbaycanı “yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələyirdi.

2020-ci ildə Ermənistan rəhbərliyinin təxribat xarakterli hərəkətləri və bəyanatları, o cümlədən hərbi təxribatları İkinci Qarabağ müharibəsini qaçılmaz etdi.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən və 27 il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını özümüz təmin etdik. Cəmi 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsi 10 noyabr 2020-ci il tarixində Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələnmişdir.

Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasətinə baxmayaraq, məhz Azərbaycan Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan etdi və beş baza prinsipini təqdim etdi.

2022-ci ildə Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, onun real əməlləri tamamilə məntiqsiz və təzadlı idi. Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazilərində qalmaqda davam edirdi. Ermənistanın baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun dırnaqarası “müstəqilliyi”ni təbrik etməsi və Qarabağda keçirilmiş 9 sentyabr dırnaqarası “prezident seçkiləri” ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi.

2023-cü il sentyabrın 19-da işğaldan azad edilmiş torpaqlarımızda qanunsuz erməni silahlı birləşmələri tərəfindən qəsdən yerləşdirilmiş minaların partlaması 6 mülki şəxsin və polis əməkdaşının həyatına son qoydu. Bundan sonra Azərbaycan konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. 23 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi. Antiterror tədbirləri nəticəsində mülki insanlara və mülki infrastruktura heç bir ziyan dəymədi. Azərbaycan beynəlxalq humanitar hüquqa tam riayət etdi. Bölgəyə iki dəfə səfər edən BMT missiyası bu faktları təsdiq etmişdir.

Üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur.

Biz Böyük Qayıdış Proqramını icra edirik. Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur.

Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə bir daha minnətdarlığımı bildirirəm. Avqust ayında birgə iştirakımızla məktəbin açılış mərasimini məmnuniyyətlə xatırlayıram. Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzinə görə Prezident Kasım-Jomart Tokayevə təşəkkürümü bildirirəm. Bunlar Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürüdür.

Əziz dostlar,

Biz böyük Türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq.

Təşəkkür edirəm.

x x x

Zirvə görüşündə çıxış edən Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanın suverenliyinin bərpası istiqamətində hər zaman mühüm addımlar atdığını qeyd edərək dedi: “Bu fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, Qırğızıstan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir”.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin bütün Türk dövlətlərində qürur doğurduğunu və bunun sülh üçün geniş imkanlar açdığını vurğulayaraq dedi: “Can Azərbaycan Qarabağın otuzillik işğalına Vətən müharibəsindən sonra birdəfəlik son qoydu. Bu tarixi uğurdan son dərəcə qürur və sevinc hissi duyuruq. Bununla da bölgəmizdə davamlı sülhə bir addım da yaxınlaşdıq. Açılan fürsət pəncərəsinin dəyərləndirilməsi ən böyük arzumuzdur. Ermənistanın Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir. Azərbaycanın qərb bölgəsi ilə Naxçıvanı birləşdirəcək kommunikasiya xəttinin həyata keçirilməsi də böyük önəm daşıyır. Bu xəttin açılması bütün bölgə ölkələrinin rifahına ciddi töhfə verməklə yanaşı, Türkiyəni də Ata yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatdırılması üçün Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik”.

Türkiyə Prezidenti Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokolla bağlı ardıcıl işlərin görüldüyünü də diqqətə çatdıraraq bildirdi: “Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokol Məclisimiz tərəfindən Türk Dövlətləri Əməkdaşlıq Günü olan 3 oktyabr tarixində qəbul edildi. Noyabrın 1-də Protokolun təsdiqlənməsi prosesini başa çatdırdıq. Bütün üzv ölkələri Protokolun ən qısa müddətdə həyata keçirilməsi üçün lazımi addımları atmağa dəvət edirəm”.

Türk dövlətləri arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində də ardıcıl tədbirlərin reallaşdırıldığını vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan qeyd etdi: “Nəhəng enerji və nəqliyyat infrastrukturu layihələri Türk dövlətləri arasında daim əsas və mühüm əməkdaşlıq sahəsi olub. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərləri və Trans-Anadolu boru kəməri bunun konkret nümunələridir. Xəzərin təbii qazının Türkiyəyə və Avropaya nəqli həm Türk dövlətlərinin rifahına, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək. Ölkələrimiz arasındakı nəqliyyat şəbəkəsini inkişaf etdirmək hədəfini də xüsusi vurğulamalıyıq. Bu düşüncə ilə Xəzərdən keçən Şərq-Qərb - Orta Dəhlizin rolunun artırılması istiqamətində səylərimizi davam etdiririk”.

Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türk dövlətləri arasında reallaşdırılan layihələrdən danışaraq dedi: “Qırğızıstan, Özbəkistan, Türkmənistan marşrutu boyunca Xəzər dənizinədək uzanacaq, sonra Azərbaycana və Türkiyəyə qədər genişləndiriləcək nəqliyyat dəhlizinin yaradılması üzərində iş gedir. Hazırda Türkmənistan qonşu və qardaş ölkələr olan Özbəkistana və Azərbaycana təbii qaz ixrac edir. Eyni zamanda, bizim Türkmənistan qazını Xəzər dənizi və Azərbaycan vasitəsilə Türkiyəyə və gələcəkdə dünya bazarına ixrac etmək imkanımız var. Yaxın gələcəkdə qardaş ölkələr olan Azərbaycana və Türkiyəyə elektrik enerjisi də nəql etmək imkanımız olacaq”.

Macarıstanın Baş naziri Viktor Orban bu Zirvə görüşünün tərəflər arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində xüsusi rolunu vurğuladı. Azərbaycanın uğurlarını görüş iştirakçılarının diqqətinə bir daha çatdıran Viktor Orban bildirdi: “Mən fürsətdən istifadə edərək, regionda sabitliyə nail olunması istiqamətində göstərdiyi səylərdə və Qarabağın bərpası işlərində Prezident Əliyevə çoxlu uğurlar arzulayıram. Cənab Prezident, Sizi nailiyyətləriniz münasibətilə təbrik edirəm”.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev isə görülən işlər haqqında ətraflı məlumat verərək qeyd etdi ki, ötən dövrdə müxtəlif sahələrdə bir sıra mühüm qərarlar qəbul olunub. “İstanbulda BMT-nin Məskunlaşma Proqramının Regional nümayəndəliyinin yaradılmasına dair planlar var. Eyni zamanda, BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycan arasında tərəfdaşlıq mövcuddur. Xüsusi vurğulamaq istəyirəm ki, sentyabrın sonunda Azərbaycanda Milli Şəhərsalma Forumu uğurla keçirildi”, - deyə Kubanıçbek Ömüralıyev bildirdi.

x x x

Sonra Astana aktı və Astana Zirvə görüşünün Bəyannaməsi imzalandı.

Daha sonra mükafatlandırma mərasimi oldu.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə türk xalqlarının inkişafında böyük xidmətlərinə görə Türk Dünyasının Ali Ordenini təqdim etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib  Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib  YENİLƏNİB 5 VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Məclisin sədri və Somali Prezidenti birgə işçi nahar ediblər

Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin inkişafı iki dövlətin milli maraqlarını əks etdirir – ŞƏRH

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“E-sosial” portalı və “Əmək və Məşğulluq” e-sistemi ABŞ-da keçirilən müsabiqənin qalibi olub

Ərəb və Aralıq dənizi dövlətləri meşə yanğınları ilə mübarizə üçün şəbəkə yaradacaqlar

İtaliya ilə Azərbaycan arasında işgüzar forumların təşkili nəzərdən keçirilib

“Bir kəmər, bir yol” –yeni coğrafi xəritə, dostluq körpüləri və yeni üfüqlər ŞƏRH

Azərbaycanın stolüstü tennisçilər Türkiyədəki yarışda finala yüksəliblər

Zimbabvedə avtobusla yük maşınının toqquşması nəticəsində azı 24 nəfər ölüb

Sumqayıt şəhərində 595 kilometrlik magistral və paylayıcı su xətlərinin inşası nəzərdə tutulub

Biləsuvarda 5 kiloqram narkotik vasitə və silah-sursat aşkarlanıb

Arxeoloqlar Qüdsdə 9 min il yaşı olan altıbarmaqlı şaman qadının qalıqlarını tapıblar

Dövlət istiqrazlarından əldə olunan vəsaitlə investorlara 1,9 milyard manat borc ödənişi edilib

Azərbaycan Milli QHT Forumu USAID-lə əlaqədar ABŞ Prezidentinə və DOGE rəhbərinə müraciət ünvanlayıb YENİLƏNİB

Ali Məhkəmə: Qanunsuz ağac kəsənlərə kömək edənlər də eyni cinayəti törətmiş hesab oluna bilər

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

R.N.Mahmudun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları medallarla təltif olunublar

Ötən ay pərakəndə ticarət şəbəkəsində istehlakçılara satılan məhsulun dəyəri açıqlanıb

Bosniya və Herseqovinanın Serbska Respublikasında xarici bayraqlardan istifadə qadağan olunub

Özbəkistanlı tələbələr Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində akademik təcrübə keçəcəklər

Qazax teatrında “Səsin mənəm, Xocalı!” adlı səhnə əsəri nümayiş etdiriləcək

Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Ermənilərin Təpəbaşı məscidində içki istehlak etməsinə beynəlxalq təşkilatlar münasibət bildirməlidir  – RƏY

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Maqsud İbrahimbəyovun 90 illiyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan cüdoçusu Bakıdakı “Böyük Dəbilqə” turnirini buraxacaq

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

İtaliyanın Luiss Universitetinin nümayəndə heyəti ADA Universitetində görüşlər keçirir: əməkdaşlıq genişləndirilir

Laşa Darsaliya: Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı nümunədir

Türkiyə və Pakistanın liderləri iki ölkə arasında dostluğun sarsılmaz olduğunu bildiriblər

Münxendə avtomobilin mitinq iştirakçılarının üzərinə hərəkət etməsi nəticəsində azı 20 nəfər xəsarət alıb YENİLƏNİB

DYP əməkdaşları Şabranda məktəblilərlə maarifləndirici görüş keçirib

BDU-HUJI ikili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib

Binəqədidə qanunsuz fəaliyyət göstərən su emalı müəssisəsi aşkarlanıb

Türkiyə ordusu son bir həftə ərzində Suriya və İraqda 56 terrorçunu məhv edib

İslamabadda Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında danışıqlar aparılıb

Dövlət zəmanətli borcun ÜDM-də payı açıqlanıb

Piyada məsuliyyətsizliyi növbəti dəfə faciəyə səbəb olub

Somali Prezidenti komando hərbi hissəsində olub

Ağcabədi polisi rayon sakininin avtomobilindən 10 kiloqram narkotik vasitə aşkarlayıb

Polis Biləsuvarda 5 kiloqram narkotik vasitə və silah-sursat aşkarlayıb

Xarici dövlət borcunun 27 faizini avrobondlar təşkil edir

Bakıda keçirilən badminton üzrə Avropa çempionatı dünyanın diqqət mərkəzində olacaq

Teymur Rəcəbov 3-cü yer uğrunda oyunlarda iştirak etməyəcək

Ötən ay neft-qaz sektorunda məhsul istehsalı 4,5 faiz azalıb

Daxili dövlət borcu ÜDM-in 14,8 faizini təşkil edib

Türkiyənin sabiq səfiri: Bakı ilə Pekin arasında dialoq Avrasiyada əməkdaşlığa sanballı stimuldur

Naxçıvanda “Azərişıq” və “AzərEnerji”nin Tədris Mərkəzinin Regional Bölməsi yaradılacaq

Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu təqribən 14 dəfə üstələyir

Prezident İlham Əliyev Paraqvayın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub

Maliyyə Nazirliyi: Ötən il Azərbaycanın dövlət borcu ÜDM-in 21,7 faizini təşkil edib

bp-də çalışan azərbaycanlı işçilərin sayı artıb

İmişlidə Aqrar Biznes Festivalı keçiriləcək

ASCO ötən il təhvil verdiyi tullantıların həcmini açıqlayıb

Azərbaycan-Çin münasibətlərində yeni səhifə açılıb ŞƏRH

Bugünkü hərracda tələb 36,2 milyon dollar təşkil edib

Azərbaycanda yanvar ayı üzrə ÜDM istehsalı açıqlanıb

Azərbaycan badminton millisi Bakıdakı Avropa çempionatında ikinci oyununu keçirib

Prezident İlham Əliyev Belarusun ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

ASK: Ölkə iqtisadiyyatında özəl sektorun payı 80 faizdən çoxdur

Türkiyəli sabiq deputat: Azərbaycan dünyanın siyasi və iqtisadi xəritəsində təsirini getdikcə daha da artırır

Rektor: Kollec təhsilinin müasir tələblərə uyğun qurulması istiqamətində ilkin addımlar atılacaq

Azərbaycana iki ölkədən quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib

BDU alimləri “Təhsilə ekoloji baxış” mövzusunda müzakirələrdə iştirak ediblər

AzMİU tələbələri işğaldan azad olunmuş ərazilərə dair kiçik həcmli memarlıq layihələrini təqdim ediblər

Bakıdan “TikTok”un London ofisinə: Bir azərbaycanlının qlobal uğur hekayəsi - MÜSAHİBƏ

bp Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərclərini açıqlayıb

Azərbaycanın yeniyetmə taekvondoçuları beynəlxalq turnirdən 6 medalla dönürlər

bp Cənubi Qafqaz Boru Kəmərinə olan xərclərini artırıb

Avropa ölkələri Ukrayna üzrə danışıqlarda iştirak etmək istəyir

Sabah paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq

Kriştianu Ronaldu ötən ilin ən çox qazanan idmançısı olub

Dövriyyədə olan müəyyən dövlət istiqrazlarının geri alınması ilə bağlı hərrac keçiriləcək

Ötən il Səngəçal terminalından 225 milyon bareldən çox neft və kondensat ixrac edilib

Prezident İlham Əliyev Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  YENİLƏNİB VİDEO

Türkiyənin yeni səfiri: Əlaqələrimizi hər sahədə inkişaf etdirmək üçün gecə-gündüz çalışacağıq

Orxan Nəzərli: Son bir neçə ildə ölkədə 100 mindən çox elektron kassa aparatı quraşdırılıb

2025-ci ilədək BTC ilə 4,4 milyard bareldən çox xam neft nəql edilib

Qadın sonsuzluğunun diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına aparılır

Azərbaycan Prezidentinin Çin telekanalına müsahibəsi ölkəmizin dünyaya növbəti təqdimatı idi - ŞƏRH

Bu il Azərbaycanda 27 mindən çox şəxs aktiv məşğulluğa cəlb olunub

Rüstəm Əzimov: Prezident mükafatını qazanmaq mənim üçün qürurdur

Azərbaycan AÇG və “Şahdəniz”dən hasil etdiyi qazın 171 milyard kubmetrini ixrac edib

Türkiyənin Azərbaycana təyin olunmuş yeni səfiri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Konfrans Liqasında pley-off mərhələsinə start verilir

Bakı şəhərində kommunal layihənin tətbiqi uğurla davam edir

Cari ilin ilk ayında Azərbaycanda 2 milyon tondan çox neft hasil edilib

Yanvarda Qəbələnin hotel və mehmanxanaları 7 minə yaxın turistə xidmət göstərib

Ötən il dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 15,8 milyard manatı ötüb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 13 il ötür

İlon Mask NASA-nın xərclərinin səmərəliliyini araşdıracaq

Ötən il “Azəri-Çıraq-Günəşli”dən 125 milyon barel neft hasil edilib

Filarmoniyada Polad Bülbüloğlunun yubiley konserti keçirilib

Bakı Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalına ev sahibliyi edəcək

Nərmin Sadıqovanın “Mif” adlı fərdi sərgisi keçiriləcək

Azərbaycanın və Somalinin həmkarlar ittifaqları arasında Anlaşma Memorandumu imzalanıb

“Zəkaların mübarizəsi” olimpiadası keçiriləcək