Astarada məktəblilər arasında voleybol üzrə rayon birinciliyi başa çatıb
Astara, 4 may, Bağır Əliyev, AZƏRTAC
Astara şəhər 2 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş məktəbli oğlanlar arasında voleybol üzrə rayon birinciliyi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən yarışda Astara şəhər 1, 2, 3 və 6 nömrəli, Tüləgüvan və Suparibağ kənd tam orta məktəblərinin komandaları qələbə uğrunda mübarizə aparıblar.
Rayon birinciliyində daha inamlı oyun nümayiş etdirən Astara şəhər 2 və 6 nömrəli tam orta məktəbin komandaları müvafiq olaraq birinci və ikinci yerləri tutublar.
Qaliblərə rayon gənclər və idman idarəsinin diplomları və hədiyyələri təqdim olunub.