ASTARADA RESPUBLİKA GÜNÜ TƏNTƏNƏ ILƏ QEYD EDILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Astara rayon mədəniyyət evində 28 May- Respublika günü təntənə ilə qeyd edilmişdir.
Tədbirin iştirakçıları şəhərin mərkəzi meydanında ümummilli liderimiz Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzmüş, böyük öndərin xatirəsini ehtiramla yad etmişlər.
Toplantıda çıxış edənlər xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı şərəfli mübarizə yolundan, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə qazanılmış dövlətçilik təcrübəsindən danışmış, ölkəmizin iqtisadi inkişafını, dövlətimizin beynəlxalq nüfuzunun artmasını ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin təzahürü kimi qiymətləndirmişlər.
Mərasimdə rayonun bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]