ASTARADA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 85 İLLİYİNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 10-da Astara Rayon İcra Hakimiyyətində ümummilli liderimiz Heydər Əliyevin 85 illi yubileyinə həsr olunmuş toplantı keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzi meydanında ulu öndərin abidəsi önünə gül dəstələri düzmüş, əziz xatirəsini ehtiramla yad etmişlər.
Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Mahir Quliyevin “Qüdrətli şəxsiyyət, həmişəyaşar lider” mövzusunda məruzəsi dinlənilmişdir.
Toplantıda çıxış edənlər dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalq və Vətən qarşısında əvəzolunmaz xidmətlərini yüksək qiymətləndirmiş, ulu öndərin siyasi kursunun dövlətimizin başçısı tərəfindən uğurla davam etdirildiyi vurğulamış, bu ilin payızında keçiriləcək prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini bildirmişlər.
Mərasimdə ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmək üçün Bakı şəhərinə yürüş etmiş müəllimlərə rayon icra hakimiyyəti başçısının fəxri fərmanları və hədiyyələr təqdim edilmişdir.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına daxil olmuş gənclərin bir qrupuna üzvlük vəsiqələri təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]