Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Astarada Vətən müharibəsi qazisi ad günündə ailə həyatı qurub – toy mərasimi el şənliyinə çevrilib VİDEO

Astara, 15 iyul, İsmayıl Cəfərli, AZƏRTAC

44 günlük Vətən müharibəsi xalqımıza Qələbə sevincini yaşatmaqla bərabər, qəhrəman oğullarımızı da bizlərə tanıtdı. Minlərlə igid oğullarımız Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və qazi oldu. Sonda əldə etdiyimiz möhtəşəm Qələbə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. 30 illik həsrətimizə son qoyan igidlərimiz düşməni torpaqlarımızdan qovaraq ayağından, qolundan, əlindən, gözündən oldular. Vətən müharibəsində sol gözünü itirən qazi Orxan Əlizadə də onlardan biridir.

AZƏRTAC xəbər verir ki, ötən gün Astara rayonunda qazimizin toy mərasimi keçirilib.

Qəhrəman qazimizin toyunda onun yaxınları, ailə üzvləri ilə bərabər, silahdaşları, qazilər, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Qazi Orxan Əlizadənin şad günündə iştirak edən qonaqlar çıxışlarında Qələbə sevincini, bu qüruru bizə bəxş etdiyinə görə şəhidlərimizi bir daha yada salıb, Müzəffər Ali Baş Komandana, igid əsgər və zabitlərimizə, qazilərimizə, qəhrəman Azərbaycan xalqına minnətdarlıqlarını bildiriblər.

Qazi Orxanın atası Natiq Əliyev deyir ki, bu gün onun üçün həyatının ən yaddaqalan, əlamətdar günüdür: “Övladımın toyudur. Oğlum qazidir. Bu, məni qürurlandırır. Mən onunla fəxr edirəm. Allah bütün qazilərimizə cansağlığı versin, şəhidlərimizə rəhmət eləsin. Bizi qoruyan Ordumuzu Allah qorusun! Allah Ali Baş Komandanımıza, Prezidentimizə kömək olsun. Dövlətin dəstəyini hər zaman hiss edirik. Oğlumun müalicəsində bizə yaxından kömək etdilər, bu gün də edirlər. Allah onlardan razı olsun”.

Bəyin anası Püstə Əliyeva üçün də bu gün xüsusi məna kəsb edir. “Bu gün mənim oğlumun toy günü və ad günüdür. Oğlumu təbrik edirəm. Ona xoşbəxtlik arzulayıram. Çox sağ olsun dövlətimiz, hər zaman dövlət qayğısı ilə əhatə olunuruq, dövlət qazilərini tək qoymur. Bu gün də dövlət məmurları bizim bu şad günümüzə gəlib, oğlumun toyunda iştirak edirlər. Allah Prezidentimizi qorusun, diqqətini bizim üstümüzdən əsirgəmir! Çox sağ olsunlar!”, - deyə qəhrəman anası bildirib.

Mərasimdə Orxanın silahdaşları da iştirak edirdilər. Aralarında qazilər də vardı. Onlarla söhbət zamanı müharibə xatirələrindən, Qələbə sevincindən və dövlətimizin şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğıdan danışdılar. Qazilər Orxanın toy mərasiminin sanki el şənliyi kimi keçirildiyini vurğulayaraq, bunu xalqımızın öz qəhrəmanlarına necə sahib çıxdığının bir nişanəsi olduğunu söylədilər. Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün dövlət proqramı təsdiqlənib. Nəticədə bu günə kimi bu kateqoriyaya aid olan 13 mindən çox şəxs mənzil və ya fərdi evlərlə təmin edilib. Bunun təxminən 3500-ü postmüharibə dövründə verilib. Eyni zamanda, qazilərin sağlamlığının qorunması, onların müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçməsi üçün də çox mühüm addımlar atılır. Bu da onların öz sağlamlıqlarını bərpa etməsinə töhfə verir. Sosial-psixoloji xidmətlərin göstərilməsini də bu işlərə əlavə etmək olar. Həmçinin ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də bu kateqoriyadan olan insanlarla bağlı müxtəlif layihələr həyata keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, şəhid ailələri, qazilər və digər həssas qrupa aid insanlara diqqət və qayğının göstərilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması kimi məsələlər dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir.

Söhbət etdiyimiz Vətən müharibəsi qazisi 2-ci qrup əlildir. O da digər yoldaşları kimi, Orxana xoşbəxtlik arzulayıb: “Mən qardaşıma cansağlığı və xoşbəxtlik arzulayıram. Bu gün onun şad günüdür. Ümumiyyətlə, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə şəfa versin. Ağır vəziyyətdə olan qardaşlarımız da “YAŞAT” Fondunun dəstəyi ilə xaricdə müalicə alırlar, inşallah, onlar da sağlamlıqlarına qovuşarlar. Çox şükür bu günə ki torpaqlarımız düşməndən təmizləndi. Var olsun dövlətimiz, həmişə yanımızdadır, diqqət və qayğısı üzərimizdədir. Ali Baş Komandanımıza minnətdarıq, bizi qiymətləndirib, cəmiyyətimiz də biz qazilərə böyük hörmət var. Yaşasın qüdrətli Azərbaycanımız!”.

“Arzu edirəm ki, bütün subay qazilərə belə toy qismət olsun”, - deyə Vətən müharibəsi qazisi Rüfət Əsədullayev isə Orxanın Vətən müharibəsindəki qəhrəmanlığından danışıb: “Orxan qardaşımız döyüşlərdə aktiv iştirak edib. Xüsusən də Xocavənd uğrunda döyüşlərdə. Düşmən tərəfindən atılan mərmi nəticəsində ağır dərəcəli qəlpə yaraları alıb. Dövlətimizin diqqət və qayğısı ilə müalicə olundu, şükür Allaha, bu gün ayaq üstədir, ailəsinin və onu sevənlərin yanındadır”.

Toyda iştirak edən bir başqa qazi isə Möhnət Səmədovdur. Deyir ki, Orxanın toyunda iştirak etmək onun borcu idi. Çünki hər ikisi döyüşlərdə canlarından keçməyə hazır idilər, təki Vətən sağ olsun! “Şəhidlərimiz bizim qürur mənbəyimizdir. Allah onlara rəhmət eləsin, qazilərimizə isə cansağlığı versin. Bu gün qazi toyu olduğuna görə bunu vurğulamaq mənə şərəfdir. Mən Azərbaycan vətəndaşı kimi döyüşlərdə yaralanmışam, dövlətimdən də razıyam. Şükürlər olsun ki, indi ayaq üstəyik, qardaşımızın şad günündə iştirak edirik”, - deyə o bildirib.

Qeyd edək ki, bu gün ailə həyatı quran qazi Orxan Natiq oğlu Əlizadə 1995-ci il iyulun 14-də Astara rayonunun Pensər kəndində anadan olub. 2000-2012-ci illərdə Pensər kənd 1 saylı tam orta məktəbində orta təhsil alıb. 2013-2015-ci illərdə Naxçıvanda yerləşən "N" saylı hərbi hissədə xidmət edib. Vətən müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılan Orxan 2020-ci il sentyabrın 27-də Füzuli istiqamətində gərgin döyüşlərə atılıb. Cəbrayıl, Qubadlı və Xocavənd rayonlarının düşmən işğalından azad olunmasında iştirak edib. Oktyabrın 3-də Xocavənddə yanına düşən mərmi nəticəsində ağır yaralanıb. Sol gözünü itirən qəhrəmanımız Ali Baş Komandanın sərəncamları ilə "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

Astarada Vətən müharibəsi qazisi ad günündə ailə həyatı qurub –  toy mərasimi el şənliyinə çevrilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Skopyedə ATƏT Nazirlər Şurasının 30-cu iclası başlayıb

Media nümayəndələri özəlləşdiriləcək dövlət müəssisələrində olublar

Marneulidə AZƏRTAC-ın təşəbbüsü ilə “Heydər Əliyev və müasir Gürcüstan” mövzusunda konfrans və fotosərgi keçirilib

Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası SABİ SUN Bəynəlxalq məktəbində tibbi aksiya keçirib

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər yeni mənzilləri ilə tanış olublar

“InMerge Innovation Summit”: Süni intellekt və innovasiya potensialları kəşf olunur

Avropa Enerji Tənzimləyiciləri Şurasının ekspertləri AERA-da təcrübələrini bölüşüblər

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bəyanat yayıb

İnsan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur

Hərbçilər arasında güləş üzrə dünya çempionatında ikinci günün qalibləri mükafatlandırılıb

"Azərbaycanda dağ-mədən sənayesinin inkişafı: reallıqlar, çağırışlar və perspektivlər" kitabının təqdimatı olub

Qanunvericiliyin tələblərini pozan dönərxanalarla əlaqədar məhdudiyyətlər tətbiq edilib

İtaliyada koronavirusa yoluxma halları kəskin artıb

Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyi ilə bağlı beynəlxalq konfrans keçirilib

Mirşahin Ağayev BDU-nun Jurnalistika fakültəsinin tələbələrinə ustad dərsi keçib

Dünya çempionatı: Azərbaycan güləşçiləri 2 qızıl, 1 gümüş medal qazanıblar

Prezident İlham Əliyev Dubayda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb   YENİLƏNİB -3

Kürdəmirdə fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlanıb

Papa Fransisk səhhəti ilə bağlı açıqlama verib

Türkiyənin İşçi Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyasının Qurultayı keçirilir

Misir nümayəndə heyəti “ASAN xidmət”də

Azərbaycan XİN-in rəhbəri: Ermənistanın qarayaxma kampaniyası sülhə xidmət etmir

İnkişaf və Diplomatiya İnstitutunun “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Kəşfiyyatçı Famil Məlikov: Bizə verilən mənzil ailəmizin böyük sevincinə səbəb oldu

® ABB və KPMG-Azərbaycanın təşkilatçılığı ilə “Rəqəmsal Ödənişlər Dialoqu” keçirildi

Ceyhun Bayramov isveçrəli həmkarını sülh danışıqlarının perspektivləri barədə məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri macarıstanlı həmkarı ilə görüşüb

Sürünənlərin xarakterik növlərinin ekoloji şəraitə uyğunlaşmasında davranış dəyişiklikləri – seminar

Vüqar Kərimov: 2020-ci ildən sonra qarşımızda yeni çağırışlar yarandı

Göygöldə torpaqların idarə edilməsi sahəsində müzakirələr aparılıb

® “Azercell”in dəstəklədiyi İnformatika olimpiadaçıları payız məktəbində iştirak ediblər

Ceyhun Kərəmov: Növbəti illərdə peşə təmayüllü məktəblərin sayının 600-ə çatdırılması planlaşdırılır

Dekabrda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir

Azərbaycanın uğurlu “yaşıl enerji” siyasəti

2030-cu ilədək dünyada kömürlə işləyən elektrik stansiyalarının bərpaolunan enerji ilə əvəzlənməsi böyük gəlir gətirəcək

Bərdədə yük və minik avtomobili toqquşub

Qorxmaz İbrahimli: Azərbaycan COP28-də qurulmuş pavilyonu vasitəsilə lazımi hədəflərə nail olacaq

FinTex Alyansının sədri: Azərbaycan regionda innovasiyalar üzrə lider olmaq üçün böyük potensiala malikdir

® Kapital Bank depozit faizlərini artırdı

Elm və təhsil naziri: Uşaqların müdafiəsi idarəsi yaradılacaq

® Bakcell-in sponsorluğu ilə “İnnovasiya Sammit”i keçirilir

Birləşmiş Ərəb Əmirliklərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransı işə başlayıb VİDEO

Emin Əmrullayev: Hazırda məktəblərdə qızılca ilə bağlı qapanmanın tətbiqi gözlənilmir VİDEO

AQTA HACCP sisteminin tətbiqi ilə bağlı sahibkarlara müraciət edib

Monteneqroda əhalinin siyahıyaalınması yenidən təxirə salınıb

Azərbaycan Kuboku: Səkkizdəbir final mərhələsinin bütün cütləri müəyyənləşib

Şəhid övladlarının Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub

Xaçmazlı iş adamları şəhid anasına ev hədiyyə ediblər

Milli musiqi məhsulunun beynəlxalq platformalarda rəqabətliliyinin artırılması müzakirə edilib

Nazir: Növbəti tədris ili üzrə 31 min müəllimin sertifikatlaşdırma prosesindən keçməsi planlaşdırılır

Bələdiyyə sədri: Şəhid ailəsindən olan 6 nəfər işlə təmin olunub

AQTİ Tovuzda işə qəbul üçün vakansiya elan edir

“Nərimanov” elektrik deposunda yanğınların söndürülməsi üsulları izah edilib – TƏLİM

“Debüt” Uşaq teatrı Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində çıxış edib

Zabit Yaşar Nəzərli: Təqdim edilən mənzil oğluma ən böyük ad günü hədiyyəsi oldu

"Zəngəzur Azərbaycandır: arxiv sənədlərinin dili ilə" layihəsinin təqdimatı olub

Transformatorun izolyasiya məntəqəsindən yumurta götürən qadını cərəyan vuraraq öldürüb

Emin Əmrullayev: Qarabağ Universitetində 16 ixtisas tədris olunacaq VİDEO

Azərbaycan-Serbiya əlaqələrinin gələcək inkişaf istiqamətləri müzakirə olunub

Nazir: Qarabağ Universitetində 2024-2025-ci tədris ilində 800-1000 tələbənin təhsil alması planlaşdırılır VİDEO

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi: Məktəblərin istiliklə təmin olunması prosesi yekunlaşıb

Tam istədiyiniz marketlər bu gün 7-ci filialını açıb

® Kapital Bank-ın yeni strategiyası haqqında ictimaiyyət məlumatlandırılacaq

Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi

Sadiq Qurbanov: Mədənçilik sənayesində su uçotu aparılsa, daha yaxşı olar

Kriştianu Ronalduya qarşı 1 milyard dollarlıq iddia irəli sürülə bilər

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında olan dövlət qurumları təhlükəsiz internetlə təmin olunublar - EKSKLÜZİV

Bakı Şəhər Xalq Teatrları Festivalının qalibləri mükafatlandırılıb

UNEC İnklüziv Təhsil Mərkəzi yeni layihə təqdim edib

FHN-in Gəncə Regional Mərkəzi ADAU-da təlim keçib

“İpək incəsənəti” layihəsinin təqdimatı olub

Füzulidə yerin təkindən qanunsuz istifadə halı aşkarlanıb

Peyvəndlənmə qızılca xəstəliyinə qarşı ən effektiv profilaktika üsuludur

Masallıda çay kənarından avtomat tapılıb

FHN-in Aviasiya dəstəsində keçirilən aksiyada 600-dən çox ağac əkilib

BDU-nun Hirş indeksi 59-a, hər bir əsərə edilən istinadların orta sayı isə 7,35-ə qədər yüksəlib

195 nömrəli məktəb: Epidemioloji vəziyyət nəzarət altındadır

Əməkdar artist Əyyub Quliyev beynəlxalq müsabiqənin münsiflər heyətində təmsil olunub

Gənclər və İdman Nazirliyi “2023-cü ilin ən yaxşıları”nın seçiminə start verib

Baş direktor: AMB gələn ildən “açıq bankçılığı” daha çox təşviq etməyə başlayacaq

Növbəti Karyera İnkişaf Forumu keçiriləcək

Ağacdakı “konfet”lər yetişdi - Xaçmazdan reportaj VİDEO

Şimali Makedoniyanın Baş naziri: Aİ-yə üzvlük əsas məqsədimizdir

AMB: “Açıq bankçılıq” maliyyə inklüzivliyini artıracaq

İsrail azad edilən hər 10 girova görə atəşkəsi bir gün uzatmağa hazırdır

® “OBA”nın “Təmiz məktəb” layihəsi bu dəfə Neftçalada

“A-hub Akselerasiya Proqramı”nın milli final mərhələsi keçirilib

XİN: Azərbaycan və Ermənistan delimitasiya üzrə komissiyanın Əsasnaməsini hazırlayacaqlar VİDEO

Rektor Elçin Babayev: Milli, beynəlxalq qrant və müqavilə əsasında 50-dək layihə həyata keçirilib

Hərbçilər arasında güləş üzrə dünya çempionunun məşqçisi: İdmançılarımız tarix yazdılar

ANAMA: Vətən müharibəsindən sonra 337 Azərbaycan vətəndaşı mina qurbanı olub

Özbəkistanın naziri: Azərbaycan və Özbəkistan İKT sahəsində fəal əməkdaşlıq edir

Milli Kitabxanada “Şərq qadını jurnalı – 100” adlı sərgi açılıb

İsmayıllı sakininin xəstəxanada ölməsi faktı üzrə başlanmış cinayət işi məhkəməyə göndərilib

Xaçınçay su anbarına balıq körpələri buraxılıb

Türkiyəli nazir müavini: Azərbaycanda texnoloji sistemin inkişafı üçün zəmin var

Yüksək Texnologiyalar Parkı PBLA layihəsini Avropa Komissiyasına təqdim edib

Gənc istedadların “Qızıl kitab”ı və xüsusi təqaüdü haqqında ƏSASNAMƏ

Ziyafət Əsgərov: Hərbi qulluqçuların xidmətkeçmə müddətində dəyişiklik nəzərdə tutulur

“Gənc istedadların “Qızıl kitab”ı və xüsusi təqaüdü haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı