Astaranın Burzubənd kəndində 360 şagird yerlik yeni məktəb binası tikilir
Astara, 29 yanvar, Bağır Əliyev, AZƏRTAC
Prezident İlham Əliyevin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə ayrılmış vəsait hesabına Astara rayonunun Burzubənd kəndində 360 şagird yerlik yeni məktəb binası tikilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1962-ci ildə inşa edilmiş məktəb binasının istismar müddəti başa çatdığından və müasir tələblərə cavab vermədiyindən Təhsil Nazirliyinin sifarişi ilə ötən ilin avqust ayında tikintisinə başlanılan yeni məktəb binası ikimərtəbli və dörd korpusdan ibarət olacaq.
Tikinti işlərinə “Litosfer” MMC-nin 20-dən çox canlı qüvvəsi cəlb olunub. Tam orta məktəbin yeni binasının yeni tədris ilində istifadəyə verilməsi nəzərdə tutulub.