Azərbaycan Dövlət İnformasiya Agentliyi

ATƏT Parlament Assamleyasının qış sessiyasında azərbaycanlı deputatlar mühüm məsələlərlə bağlı çıxış etmişlər

Vyana, 13 fevral (AZƏRTAC). Fevralın 13-də Vyanada ATƏT Parlament Assambleyasının demokratiya, insan haqları və humanitar məsələlər üzrə baş komitəsinin iclasında məruzəçi Qordana Komiç qurumun Bakıda keçiriləcək yay sessiyası üçün ideya və fikirlər ətrafında çıxış etmişdir. Sessiyada, həmçinin ATƏT-in insan ölçüləri komitəsinin sədri Robert Kvile və Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTHİB) rəhbəri Janez Lenarçiç çıxış etmişlər.

Milli Məclisin deputatı Ağalar Vəliyev J.Lenarçiçin çıxışına münasibət bildirərək demişdir ki, tez-tez müxtəlif beynəlxalq təşkilatlar seçki proseslərinə fərqli qiymət verirlər. Lakin eyni təşkilat tərkibində olan strukturlar - ATƏT PA və Demokratik Təsisatlar və İnsan Haqları Bürosu arasında fikir ayrılığı qəbuledilməzdir və ölkəyə qarşı ədalətsiz mövqedir. Bu, eyni zamanda, seçkilərə müşahidəçi missiyası göndərən həmin təşkilatın nüfuzuna da xələl gətirir. Bu hal ötən il Azərbaycanda da baş verdi. ATƏT PA və ATƏT DTHİB seçki missiyaları tamamilə fərqli nəticələrlə çıxış etdilər.

A.Vəliyev qeyd etmişdir ki, öz mandatına uyğun olaraq DTHİB tərəfsizlik, şəffaflıq, qərəzsizlik və peşəkarlıq prinsipləri əsasında çalışmalı, ATƏT-ə üzv ölkələrə qarşı siyasi təzyiq göstərilməsində vasitə kimi sui-istifadə edilməsinə yol verməməlidir. Təklif edilmişdir ki, “Helsinki+40” formatı çərçivəsində və eləcə də Parlament Assambleyasında bu qurumun seçki monitorinqi ilə bağlı fəaliyyəti müzakirəyə çıxarılsın.

Milli Məclisin deputatı Azay Quliyev çıxışında qeyd etmişdir ki, keçən il İstanbul Sammitində Azərbaycanın təşəbbüsü ilə “ATƏT məkanında vətəndaş cəmiyyətinin gücləndirilməsi” adlı qətnamə qəbul edilmişdir. Bu qətnamənin müddəalarına uyğun olaraq, ATƏT ilə vətəndaş cəmiyyəti arasında müzakirələr keçirilir və bu da onu göstərir ki, Azərbaycan təkcə ölkə daxilində deyil, həm də ATƏT çərçivəsində bu dəyərlərə xüsusi önəm verir. Azərbaycanda Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası heç bir ayrı-seçkilik qoymadan bütün QHT-lərə maddi dəstək göstərir, ölkədə QHT-lərlə bağlı yaradılmış hüquqi mühit onların sərbəst fəaliyyəti üçün tam şərait yaradır. Ötən ay ölkə Prezidentinin “İctimai iştirakçılıq haqqında” Qanunun tətbiqi ilə bağlı verdiyi Fərman bütün vətəndaş cəmiyyəti institutlarına dövlət qurumlarına ictimai nəzarətin təmin olunmasına imkan yaradır. İstənilən ölkədə vətəndaş cəmiyyəti və hökumət arasında dialoq mühiti vacibdir və qürurverici haldır ki, Azərbaycanda belə bir mühit mövcuddur.

Sessiyanın rəsmi açılış hissəsində ATƏT PA-nın prezidenti Ranko Krivokapiç, Avstriya Parlamentinin sədri Barbara Prammer çıxış etmiş, sonra isə ATƏT PA-nın baş katibi Spenser Oliverin ötən bir ildəki fəaliyyətə dair hesabat məruzəsi dinlənilmişdir.

Həmin gün ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsi və iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitənin iclasları keçirilmişdir.

Siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitənin iclasında çıxış edən Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova İstanbul Bəyannaməsinin həyata keçirilməsi, “Helsinki+40” prosesi çərçivəsində gedən işlər barəsində danışmış, 2011-ci ildə Xorvatiyanın Dubrovnik şəhərində keçirilmiş payız sessiyasında Assambleyanın fəaliyyəti, planı və mövqeyini əks etdirən sənədin hazırlanmasına imkan yaradıldığını qeyd etmişdir. B.Muradova bu məsələnin Assambleyanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə həvalə olunmasının münaqişələrin həlli prosesinə töhfə verəcəyinə və İstanbul Bəyannaməsinin həyata keçirilməsində ciddi addım olacağına ümid bəslədiyini vurğulamışdır.

İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitənin iclasında çıxış edən deputat Eldar İbrahimov dünyada su ehtiyatlarından rasional istifadənin ildən-ilə daha da böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır. Azərbaycanın əsas su arteriyaları sayılan Kür, Araz, Samur və digər çayların, həmçinin transsərhəd statusu daşıdığını, ölkəmizin 1992-ci ildə BMT-nin müvafiq konvensiyasına qoşulduğunu, bütün həmsərhəd ölkələrlə bu sahədə uğurlu əməkdaşlıq həyata keçirildiyini bildirmişdir. Qeyd edilmişdir ki, qonşu dövlətlərdən yalnız Ermənistan bu konvensiyaya qoşulmamış, bu azmış kimi, Azərbaycana qarşı “su terroru” həyata keçirir, işğal olunmuş ərazilərdəki çayların, xüsusilə Oxçuçayın məqsədli və mütəmadi çirkləndirilməsi həyata keçirilir. Bununla yanaşı, Ermənistanın işğalı altında olan ərazilərdə yerləşən Sərsəng su anbarı artıq qəzalı vəziyyətdədir və hər an orada baş verə biləcək qəza Azərbaycanın yarım milyondan artıq əhalisinin həyatı üçün təhlükə yarada bilər. O, ATƏT ölkələrinin bu problemə ciddi yanaşmalı olduğunu qeyd etmiş, beynəlxalq hüquq və BMT qətnamələri əsasında Azərbaycan torpaqlarının və su hövzələrinin işğalına son qoyulmasına dəstək verilməsinə çağırmışdır.

Sessiyada iştirak edən Azərbaycan nümayəndə heyəti Şimal (İsveç, İslandiya, Norveç, Finlandiya, Danimarka) və Baltikyanı ölkələrin parlamentariləri, eləcə də ATƏT PA-nın prezidenti Ranko Krivokapiç, qurumun baş katibi Spenser Oliver ilə görüşlər keçirmişdir.

Görüşlərdə Assambleyanın gündəliyinə dair məsələlər, ATƏT məkanında gedən proseslər, qarşıdakı Bakı sessiyasında müzakirəyə çıxarılacaq mövzular ətrafında fikir mübadiləsi aparılmış, belə bir mötəbər tədbirin Bakıda keçirilməsinin region üçün mühüm əhəmiyyət kəsb etməsi vurğulanmışdır.

R.Krivokapiç ilə görüşdə illik yay sessiyasının Bakıda keçirilməsi ilə bağlı bütün məsələlər artıq təsdiq edilməsi və sessiyadan öncə onun Bakıya mümkün səfəri barədə söhbət aparılmışdır.

Sessiyanın keçirildiyi Hofburq sarayının foyesində Bakıda keçiriləcək illik yay sessiyası ilə əlaqədar xüsusi guşə yaradılmış, Azərbaycanla bağlı kitab, broşür və informasiya materialları təqdim edilmişdir.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Putin: Rusiya ABŞ-ın maraqlarına hörmətlə yanaşır və eyni münasibəti də özünə qarşı gözləyir

Naxçıvanda “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı keçirilib

Paytaxtda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib

QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini: Ölkədə rəsmi qeydiyyata alınan İİV-ə yoluxmuş şəxslərin sayı 10 min 324 nəfərdir

Vatikanda Papa XIV Leonun andiçmə mərasimi keçirilir

Sabah ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti müşahidə ediləcək

Milli Kitabxanada “Xalq şairi Rəsul Rza–115” adlı kitab sərgisi açılıb

Suriya hakimiyyəti silahlı qrupların vahid komandanlıq altında birləşdiyini elan edib

Türkiyəli nazir: Zəlzələlər nəticəsində evinin itirmiş vətəndaşların heç biri bu ilin sonunadək mənzilsiz qalmayacaq

Şabranda minik avtomobili yük maşını ilə toqquşub, iki nəfər ölüb

Ukraynaya rekord sayda dronla hücum edilib, ölən və xəsarət alanlar var

Bu xəstəlik cavanlaşır - Respublika QİÇS-lə Mübarizə Mərkəzindən REPORTAJ VİDEO

Azərbaycanda "Araz-2025" birgə təlimi keçirilir VİDEO

Azərbaycanda "Araz-2025" birgə təlimi keçirilir VİDEO

Əziz Əliyev: Son illərdə Seçenov Universitetinin Bakı filialı böyük inkişaf yolu keçib

Köçkün gənc ABŞ universitetinin siması seçildi – Ayan Hüseynlinin uğur hekayəsi

Bakıda “Qalxanabənzər vəzi xərçəngi və metabolik xəstəliklər: müasir yanaşma” mövzusunda konfrans işə başlayıb VİDEO

Bakıda “Qalxanabənzər vəzi xərçəngi və metabolik xəstəliklər: müasir yanaşma” mövzusunda konfrans işə başlayıb VİDEO

Polşada prezident seçkiləri keçirilir

Rumıniyada prezident seçkilərinin ikinci turu başlayıb

18 May - Beynəlxalq Muzeylər Günüdür

Vüqar Rəhimzadə: Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak Azərbaycanın təşəbbüskar mövqeyini təsdiqləyir

Britaniya Aİ ilə yeni saziş imzalamağı planlaşdırır

Meksikaya məxsus hərbi gəmi Nyu-Yorkda Bruklin körpüsünə çırpılıb

Ciorcia Meloni Aİ-nin ekologiya siyasətini tənqid edib

Avstriya “Avroviziya“ beynəlxalq mahnı müsabiqəsinin qalibi olub

ABŞ-da Alzheymer xəstəliyinin diaqnozu ilə bağlı yeni testə icazə verilib

Media: Fransa Çex Respublikasında AES tikintisinə mane olur

İƏİT: Dünyada saxta mal dövriyyəsi 467 milyard dolları ötüb

Mərkəzi Avropa ölkələrində uşaqlar arasında zəhərlənmə halları artır

Kreml Putin və Zelenski arasında görüşün mümkünlüyünü istisna etmir

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu olub

Salyanda “Mirzə Qədim İrəvani – 200” rəsm müsabiqəsinin qalibləri müəyyənləşib

Finlandiyada helikopterlərin toqquşması nəticəsində beş nəfər həlak olub

"Kristal Pelas" Federasiya Kubokunun qalibi olub

Azərbaycan idmançısı dünya çempionatında finala yüksəlib

Xəzər dənizində zəlzələ qeydə alınıb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

Füzulidə “Molla Nəsrəddin” tamaşası nümayiş olunub

Azərbaycan Türkiyənin Qara dəniz bölgəsində keçirilən kitab sərgisində təmsil olunur

Almaniya 2024-cü il üzrə iqlim hədəflərinə formal olaraq çatıb

Bundesliqa: “Borussiya Dortmund” Çempionlar Liqasına vəsiqəni sonuncu turda təmin edib

Azərbaycanın Aİ ilə münasibətlərində nəzərəçarpan inkişaf ölkənin dünya siyasətindəki rolunun artdığını göstərir ŞƏRH

Azərbaycan Ordusunda psixoloqlarla təlim keçirilib

Dəmir yollarının “şah damarı”nda VİDEO

Bakıdan Düşənbəyə sənət körpüsü: Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

İrakli Kobaxidze: Regionda həyata keçirilən layihələr Avropa İttifaqı üçün də çox vacibdir

Gürcüstanda Ailə Müqəddəsliyi Günü ilə əlaqədar yürüş keçirilib

Milli Məclisin sədri Sahibə Qafarova Vatikana səfər edib

Papa XIV Leonun andiçmə mərasimində 200-dən çox nümayəndə heyəti iştirak edəcək

Rubio ilə Lavrov arasında telefon danışığı olub

İşğaldan azad olunmuş Ağdam, Ağdərə və Xankəndidəki məktəblərdə ilk dəfə IV siniflərin monitorinqi keçirilib

Misli Premyer Liqası: “Araz-Naxçıvan” üçüncü yeri təmin edib

Tramp bazar ertəsi Putinlə danışacaq

Pedaqoji Universitetdə Xüsusi Təhsil İşçilərinin I Beynəlxalq Forumu keçirilib

ABŞ-da qasırğa 23 nəfərin ölümünə səbəb olub

Azərbaycan Mərakeşdə 28-ci beynəlxalq “Fəs Sufi Musiqisi Festivalı”nda təmsil olunur

İsmayıl Qarayevin ev-muzeyində “Bir toxunuş, min dəyər” adlı tədbir keçirilib

Bu gün Bakının 551 küçəsi yuyulub

Naxçıvan bağlarının əvəzsiz barı - göycə təsərrüfatından  REPORTAJ VİDEO

Naxçıvan bağlarının əvəzsiz barı - göycə təsərrüfatından REPORTAJ VİDEO

Beynəlxalq Muzeylər Günü çərçivəsində “Cənnət yuxusu” filmi nümayiş olunub VİDEO

Beynəlxalq Muzeylər Günü çərçivəsində “Cənnət yuxusu” filmi nümayiş olunub VİDEO

AAF “Sürətin evolyusiyası”nda klassik avtomobilləri təqdim edib

18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə silsilə tədbirlər keçirilir

“Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi olub - YENİLƏNİB 3  VİDEO

“Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi olub - YENİLƏNİB 3 VİDEO

“Uşaqların dövrün tələbləri ilə uzlaşan muzeylərə inteqrasiyası” mövzusunda tədbir keçirilib

AÜDCC “Bakı Ürək Günləri” çərçivəsində xarici ölkələrdən aparıcı mütəxəssisləri ölkəmizə cəlb edir

Əhliman Əmiraslanov: Ölkəmizdə ürək-damar cərrahiyyəsi sahəsində böyük uğurlar qazanılır

Türkiyədə Azərbaycan diaspor təşkilatının rəhbəri rektor vəzifəsinə təyin olunub

Çin kommersiya raketi ilə orbitə 6 peyk çıxarıb VİDEO

Çin kommersiya raketi ilə orbitə 6 peyk çıxarıb VİDEO

Bu gün Bakıda 20-yə yaxın mərkəzdə açıq ürək-damar cərrahiyyəsi icra olunur

Xəbərdarlıq: Gələn həftənin ilk günlərində hava şəraiti fasilələrlə yağıntılı olacaq

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyəti Naxçıvana səfər edib

Stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub

Qlobal İnnovasiya İndeksinin Azərbaycan üzrə göstəriciləri müzakirə edilib

DGK: Başqalarına məxsus kommersiya təyinatlı malların şəxsi əşya adı altında gömrük sərhədindən keçirilməsi yolverilməzdir

Türkiyə Azərbaycanla üç hökumətlərarası sazişi təsdiqləyib

Naxçıvanda 18 mərkəzdə təşkil olunan monitorinqdə 4800-dən çox şagird iştirak edib

17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

Bakı Musiqi Akademiyasında “Müasir musiqi sənətinin problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şuşada “Əyan məclisi” adlı sərgi açılacaq

Hüqo Guevara: ABŞ-da 8 mindən çox azərbaycanlı tələbə təhsil alıb

Paytaxtda IV sinif üzrə 3 min 600-dən çox şagird kompüter əsaslı monitorinqdə iştirak edib

Türkiyəli ekspert: İrəvanın mövqeyi Ankara ilə münasibətlərin normallaşmasından uzaqdır

MATE-nin nümayəndə heyəti ADAU-da olub

Səhiyyə nazirinin müavini: Azərbaycan səhiyyəsinin inkişafı Ulu Öndərin adı ilə bağlıdır VİDEO

Səhiyyə nazirinin müavini: Azərbaycan səhiyyəsinin inkişafı Ulu Öndərin adı ilə bağlıdır VİDEO

Dünyada ilk dəfə bir körpəyə fərdiləşdirilmiş gen terapiyası tətbiq edilib

Lənkəranda Azərbaycan Retinoloqlarının 9-cu Konfransı keçirilib YENİLƏNİB VİDEO

Lənkəranda Azərbaycan Retinoloqlarının 9-cu Konfransı keçirilib YENİLƏNİB VİDEO

Anar İsrafilov: İcbari tibbi sığortanın tətbiqi və kardioloji xidmətlərin əlçatanlığı 3 dəfə artıb VİDEO

Anar İsrafilov: İcbari tibbi sığortanın tətbiqi və kardioloji xidmətlərin əlçatanlığı 3 dəfə artıb VİDEO

İstanbulda Azərbaycanın zəngin mədəni irsi tanıdılıb

Aqrar Sığorta Fondunun rəhbərliyi təbiət hadisələrindən zərər dəymiş təsərrüfatlarda olub

Sosial şəbəkələrdə məşhurlaşan qarmon ifaçısı: Toylara, el şənliklərinə də çağırırlar VİDEO

Sosial şəbəkələrdə məşhurlaşan qarmon ifaçısı: Toylara, el şənliklərinə də çağırırlar VİDEO

Xorvatiyada “Taxt-tac oyunları” filminin çəkiliş meydanları Trampın rüsumlarına görə təhlükə ilə üzləşib

Deputat: Azərbaycan güclü dövlət kimi önəmli beynəlxalq platformalara dəvət alır

Bu gün ölkəmizdə 400-ə yaxın kardioloji xidmət icbari tibbi sığortanın təminatına daxildir VİDEO

Bu gün ölkəmizdə 400-ə yaxın kardioloji xidmət icbari tibbi sığortanın təminatına daxildir VİDEO

Sabah hava əsasən yağmursuz keçəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Prezident İlham Əliyev: Atılan mütərəqqi addımlar sayəsində Azərbaycan səhiyyəsi nailiyyətlərlə dolu bir yol keçmişdir

“Dövlət qulluqçularının reyestri” informasiya ehtiyatı haqqında ƏSASNAMƏ

Dövlət qulluqçularının reyestrinin aparılması QAYDASI

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıblar

Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı