ATİB ÜZVLƏRİ KİTABLARIN İŞIQ ÜZÜ GÖRMƏSİNƏ KÖMƏK ETMİŞLƏR
Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, qurumun idarə heyətinin üzvü Rəfael Şirinovun dəstəyi ilə professor Çapay Sultanovun “İttifaq Bakı nefti olmadan qələbə qazana bilərdimi?” kitabı ingilis, ATİB-in üzvü Rəsul Doğanın maddi yardımı ilə Ç. Sultanovun digər əsəri - “İmperatorluğun son zərbəsi” kitabı rus dilindən ingilis və türk dillərinə tərcümə edilərək işıq üzü görmüşdür.
“İmperatorluğun son zərbəsi” kitabı 1990-cı il yanvarın 20-də Bakıda keçmiş Sovet İttifaqı qoşunlarının dinc əhaliyə qarşı törətdikləri qanlı faciəyə həsr olunmuşdur. Faktlar əsasında yazılmış kitabın məqsədi xarici ölkələrin ictimaiyyətini, beynəlxalq təşkilatları Azərbaycan həqiqətləri ilə tanış etmək, erməni millətçilərinin türklərə qarşı əsassız mühakimələrini ifşa etməkdir.
“İttifaq Bakı nefti olmadan qələbə qazana bilərdimi?” əsəri isə alman faşizmi üzərində qələbədə Bakı neftinin oynadığı misilsiz rola həsr olunmuşdur. Müəllif əsəri qələmə alarkən müxtəlif ədəbiyyat və dövri mətbuatdan geniş istifadə etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]