ELM VƏ TƏHSİL
ATMU və Qazaxıstanın Biznes Universitetinin tələbələri beynəlxalq təcrübə proqramlarına cəlb olunacaqlar
Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları İranə Axundova və Aytac Babayeva Qazaxıstanın Kenjeqali Sagadiyev adına Biznes Universitetində olublar.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı universitetlərarası beynəlxalq tərəfdaşlığın prioritetləri, o cümlədən elmi proqram və layihələrin strateji məqsədləri müzakirə olunub.
Görüş çərçivəsində tələbələrin beynəlxalq təcrübə proqramlarına cəlb olunması, birgə elmi konfransların təşkili və potensial əməkdaşlığı şərtləndirən sahələrə də münasibət bildirilib. Qlobal akademik şəbəkələrdə fəal iştirak və ortaq layihələrin inkişaf etdirilməsi məsələləri günün tələbi kimi dəyərləndirilib.