İQTİSADİYYAT
Auditorlar Palatasında Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir
Bakı, 20 noyabr (AZƏRTAC). Auditorlar Palatası ilk ərazi təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Palatadan AZƏRTAC-a bildirmişlər ki, ərazi təşkilatının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov geniş məruzə ilə çıxış etmişdir. Palata sədri Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, eləcə də partiyanın ölkəmizin inkişafına verdiyi töhfələrdən danışmışdır.
Çıxış edən digər natiqlər 21 il ərzində qazanılmış uğurlardan, partiyanın dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, respublikamızın tərəqqisində xidmətlərindən söz açmışlar.