Auditorlar Palatasının sədri Tbilisidə Azərbaycan auditinin inkişaf istiqamətlərindən danışıb
Bakı, 28 yanvar, AZƏRTAC
Gürcüstanın Mühasiblər, Auditorlar və Məsləhətçilər Cəmiyyətinin sədri Giorgi Rusiaşvilinin dəvəti ilə Auditorlar Palatasının sədri Vahid Novruzov Tbilisidə mühasibat uçotu, maliyyə hesabatlılığı və Audit Milli Fondunun təsis olunması ilə bağlı mərasimdə iştirak edib.
Palatadan AZƏRTAC-a bildirilib ki, V.Novruzov Prezident İlham Əliyevin Azərbaycan auditinə göstərdiyi diqqət və qayğı barədə, eləcə də onun inkişaf istiqamətlərinə dair geniş məlumat verib.
Tədbirə 15 ölkədən 50-dək nümayəndə qatılıb.
Qeyd edək ki, Auditorlar Palatası Gürcüstanın Mühasiblər, Auditorlar və Məsləhətçilər Cəmiyyəti ilə audit peşəsinin tənzimlənməsi sahəsində sıx əməkdaşlıq edir.