İQTİSADİYYAT
AVRASİYA NƏQLİYYAT DƏHLİZİ İLƏ DAŞINAN YÜKLƏRİN HƏCMİ 20 FAİZ ARTMIŞDIR
Cari ilin altı ayında Beynəlxalq Avrasiya nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsi ilə daşınan yüklərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz artaraq 16,3 milyon tona çatmışdır.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, yanvar-iyun aylarında ölkə üzrə həyata keçirilən bütün daşınmaların 38,2 faizi bu dəhlizin payına düşür.
Avrasiya nəqliyyat dəhlizi ilə yükdaşımaların ilbəil dinamik artımı, ölkəmizdə bütün növ nəqliyyat vasitələrindən düzgün və səmərəli istifadə olunmasının bariz göstəricisidir.