Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avrasiya Yəhudi Konqresinin baş direktoru Haim Ben-Yakovdan
Avrasiya Yəhudi Konqresinin idarə heyətinin rəhbəri Aaron Frenkeldən
Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvilidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Prezident seçkilərində parlaq qələbəniz münasibətilə Sizi Avrasiya Yəhudi Konqresi və Azərbaycanın yəhudi icması adından səmimi qəlbdən təbrik edirik.

Azərbaycan yəhudiləri Sizin müdrik milli siyasətinizə və antisemitizmə qarşı mübarizədə ardıcıl sərt mövqeyinizə görə Sizə təşəkkür edirlər.

Azərbaycan ilə İsrail arasında səmimi dostluq münasibətlərinin, iqtisadi əlaqələrin inkişafında və möhkəmlənməsində Sizin rolunuzu yüksək qiymətləndiririk. Əminik ki, Azərbaycanın yəhudi icması bundan sonra da öz ölkəsinin rifahı naminə işlərdə fəal iştirak edəcək.

Hörmətlə,

 

Haim Ben-Yakov

Avrasiya Yəhudi Konqresinin baş direktoru

Aaron Frenkel

Avrasiya Yəhudi Konqresinin idarə heyətinin rəhbəri

Mixail Mirilaşvili

Avrasiya Yəhudi Konqresinin prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin