İDMAN
Avro-2016 çempionatının seçmə mərhələsində püşkatma zamanı Azərbaycan yığmasının adı 5-ci səbətdə olacaqdır
Bakı, 17 oktyabr (AZƏRTAC). 2016-cı ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsində püşkatma zamanı səbətlərin tərkibi məlum olmuşdur.
AZƏRTAC xəbər verir ki, Azərbaycan yığması Belarus, Şimali İrlandiya, Albaniya, Litva, Moldova, Makedoniya, Gürcüstan və Kipr komandaları ilə birlikdə beşinci səbətə düşəcəkdir.
Püşkatma gələn ilin fevral ayında Fransanın Nittsa şəhərində keçiriləcəkdir.
Birinci səbət: İspaniya, Almaniya, Hollandiya, İtaliya, İngiltərə, Yunanıstan, Portuqaliya, Rusiya, Bosniya və Herseqovina.
İkinci səbət: İsveç, Xorvatiya, Ukrayna, Danimarka, İsveçrə, Belçika, Çexiya, Macarıstan, İrlandiya.
Üçüncü səbət: Serbiya, Türkiyə, Sloveniya, Rumıniya, İsrail, Norveç, Slovakiya, Avstriya, Monteneqro.
Dördüncü səbət: Ermənistan, Polşa, Finlandiya, Şotlandiya, Latviya, Uels, Bolqarıstan, Estoniya, İslandiya.
Beşinci səbət: Belarus, Şimali İrlandiya, Albaniya, Litva, Moldova, Makedoniya, Azərbaycan, Gürcüstan, Kipr.
Altıncı səbət: Lüksemburq, Qazaxıstan, Lixtenşteyn, Malta, Andorra, San-Marino, Hibraltar, Farer adaları.
Səbətlər UEFA-nın milli yığma komandalar üçün reytinqi əsasında tərtib edilmişdir. Bu reytinqdə Azərbaycan 44-cü yeri tutur.
2012-ci il Avropa çempionatının seçmə mərhələsinin sonundakı vəziyyətlə müqayisədə milli yığmamız Gürcüstan və Kipr komandalarını geridə qoyaraq iki pillə qalxmışdır.