SİYASƏT
AVROPA İTTİFAQI AZƏRBAYCANDA İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ İSTİQAMƏTİNDƏ GÖRÜLƏN İŞLƏRİ YÜKSƏK QİYMƏTLƏNDİRİR
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının Şurası Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işləri yüksək qiymətləndirdiyi barədə Bəyannamə yaymışdır.
Bəyannamədə deyilir ki, Avropa İttifaqı Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə 5 jurnalistin əfvini alqışlayır. Avropa İttifaqı Prezident İlham Əliyevin əfv Fərmanını Azərbaycanın azad mətbuatla əlaqədar beynəlxalq öhdəliklərini yerinə yetirməsi istiqamətində müsbət addım kimi dəyələndirir. Sənəddə əminliklə vurğulanır ki, bu cür siyasi jestlər Azərbaycan ilə Avropa İttfaqı arasında əməkdaşlığın gücləndirilməsinə öz töhfəsini verəcək və qarşıdan gələn seçki kampaniyasında əlverişli siyasi atmosferə səbəb olacaqdır.
Bəyanatda bildirilir ki, Avropa İttifaqına üzvlüyə namizəd ölkələr olan Türkiyə, Xorvatiya, Makedoniya, eləcə də Albaniya, Bosniya və Hersoqovina, Serbiya və Çernoqoriya, Avropa Azad Ticarət Zonasına və Avropa İqtisadi Ərazisinə daxil olan İslandiya, Lixtenşteyn, Norveç və Moldova da bu Bəyannaməyə qoşulurlar.