Avropa İttifaqında Albaniya narkomafiyasına qarşı genişmiqyaslı əməliyyat keçirilib
Brüssel, 6 aprel, AZƏRTAC
Avropa İttifaqının üzvü olan beş ölkənin polisi transmilli narkobiznesə qarşı genişmiqyaslı əməliyyat keçirib.
Əməliyyat aprelin 3-də səhər saat 6-da başlanıb. Lakin bu barədə hələlik mətbuatda xəbər verməməyə çalışıblar. Onlarca mənzildə və anbarda axtarış aparılıb, təqribən 70 nəfər saxlanılıb. Aprelin 4-də axşama qədər 15 çətənə plantasiyası aşkar edilib. Bu plantasiyaların hərəsində 600-dən 1500-ə qədər çətənə kolu olub. Əməliyyat cümə günü də davam etdirilib.
AZƏRTAC xəbər verir ki, Belçika, Niderland, Fransa, İtaliya və Böyük Britaniyanın polis və məhkəmə orqanlarının iştirakı ilə keçirilən əməliyyata Belçikanın Turne şəhərindən olan istintaq qrupu rəhbərlik edir. Axtarışlar və həbslər Yunanıstan və Almaniya polis əməkdaşlarının, habelə İnterpolun dəstəyi ilə həyata keçirilir. Şübhəli şəxslər əvvəlcə yerli polis tərəfindən dindirilir, sonra isə bu dindirmənin nəticələri əsasında polis həmin şəxslərin əlavə istintaq üçün Turneyə göndərilib-göndərilməməsi barədə qərar qəbul edir.
Saxlanılmış bəzi şəxslərin Albaniya mafiyası ilə əlaqəsi olduğu bildirilir. Aprelin 4-də axşam onlarca saxlanılmış şəxs deportasiya edilmək üçün miqrasiya məntəqələrinə gətirilib.
Vüqar Seyidov
AZƏRTAC -ın xüsusi müxbiri
Brüssel
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:41]
Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb
- 09.06.2026 [11:31]
Odessa sahillərində 15 ölü delfin aşkarlanıb
- 09.06.2026 [11:26]
Çində avtomobil satışları kəskin azalıb
- 09.06.2026 [11:21]
Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub
- 09.06.2026 [11:04]
Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]