DÜNYA
Avropa Komissiyası ilk 100 iş günü ərzində Aİ-nin ilk hərbi strategiyasını qəbul edəcək
Bakı, 27 noyabr, AZƏRTAC
Avropa Komissiyası yeni tərkibdə fəaliyyətinin ilk 100 günü ərzində Avropa İttifaqının (Aİ) ilk hərbi-sənaye strategiyasını qəbul edəcək.
AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen müvafiq bəyanatı qurumun proqramını Avropa Parlamentinin iclasına təqdim edərkən səsləndirib.
“Biz ilk 100 gün ərzində Avropa İttifaqının müdafiəsi ilə bağlı “Ağ Kitabı” qəbul edəcəyik”, - deyə Ursula Fon der Lyayen bildirib.
Onun sözlərinə görə, Avropa Komissiyasının yeni tərkibində militarizasiya siyasətinə litvalı Andrius Kubilius cavabdeh olacaq.
Qeyd edək ki, Avropa Parlamentinin yeni üzvləri noyabrın 27-də Strasburqda keçiriləcək plenar iclasda yekun səsvermə ilə yeni Avropa komissarlarını təsdiqləyəcəklər.