Avropa Parlamenti Brexitdən sonra Böyük Britaniya ilə vizasız rejimi dəstəkləyib
Bakı, 4 aprel, AZƏRTAC
Aprelin 4-də Avropa Parlamenti Brexit prosesindən sonra Böyük Britaniya vətəndaşlarının Avropa İttifaqına vizasız daxil olmasına imkan verən qanun layihəsini qəbul edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, parlamentin 502 üzvü qanun layihəsinin lehinə, 81 deputat əleyhinə səs verib, 29 nəfər isə bitərəf qalıb.
“Avropa İttifaqı ölkələrinin vətəndaşları Böyük Britaniyaya qısa müddətli vizasız səfər edə biləcəyi təqdirdə, Böyük Britaniya vətəndaşları da Avropa İttifaqına həmin şərtlərlə daxil ola biləcək”, - deyə Avropa Parlamentinin məlumatında bildirilir. Qanun layihəsi Böyük Britaniyanın Avropa İttifaqını tərk edəcəyi gündən qüvvəyə minəcək və Brexit prosesinin sazişsiz baş tutacağı halda da qüvvədə qalacaq.
Sənəd parlament tərəfindən qəbul edildikdən sonra Avropa İttifaqının nazırlər şurası tərəfindən də təsdiqlənməlidir.
Vizalar üzrə qərar Böyük Britaniyaya münasibətdə öz viza siyasəti olan İrlandiya istisna olmaqla, Avropa İttifaqının bütün üzv dövlətlərinə, həmçinin Aİ-yə üzv olmayan Şengen zonası ölkələrinə - İslandiya, Lixtenşteyn, Norveç və İsveçrəyə şamil ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]