Avropa Parlamenti: Liviyadakı xaos miqrasiya dalğasını gücləndirəcək
Bakı, 5 aprel, AZƏRTAC
Liviyada BMT-nin dəstəklədiyi hökumətə hücumlar nəticəsində yaranan xaos Avropa ölkələrinə yeni miqrasiya riskini artıra bilər.
AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, Avropa Parlamentinin prezidenti Antonio Tajani Avropa İttifaqına üzv ölkələrin hökumətlərinə müraciət edərək təcili tədbirlərin görülməsini tövsiyə edib. Hərbi əməliyyatların Liviyada böhranın həlli üçün çıxış yolu olmadığını deyən Tajani bildirib ki, yeni münaqişə böyük insan itkilərinə və ölkənin dağılmasına gətirib çıxara bilər.
Avropa Parlamentinin prezidenti Liviyada böhranın dərinləşməsinin yeni miqrasiya dalğasına, xüsusən İtaliya və Aralıq dənizinin digər sahilyanı ölkələrinə kütləvi qanunsuz miqrantların gəlməsinə səbəb olacağını vurğulayıb. O, 2018-ci ildə hər gün bu yolla Avropaya yollananların 6 nəfərinin öldüyü ilə bağlı BMT-nin hesabatını da xatırladıb.
A.Tajani, Liviyada böhranın həlli üçün BMT çərçivəsində Avropa Parlamentinin də danışıqlar prosesində iştirak etməsini təklif edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]