Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Avropa Parlamentinin 2024-cü il 24 oktyabr tarixli qətnaməsinə Azərbaycan Respublikası Milli Məclisinin münasibəti

Avropa Parlamentinin 2024-cü il 24 oktyabr tarixli qətnaməsinə Azərbaycan Respublikası Milli Məclisinin münasibəti

Bakı, 24 oktyabr, AZƏRTAC

Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnaməsi ilə tanış olduq. Özünü Avropa parlamentarizminin siması kimi təqdim edən bu təsisat qoca qitənin bütün problemlərini bir kənara qoyaraq, yenidən ölkəmizə qarşı hücuma keçib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Avropa Parlamentinin 24 oktyabr tarixli qətnaməsinə Azərbaycan Milli Məclisinin münasibəti ilə bağlı şərhində yer alıb.

Şərhdə deyilir ki, Avropa Parlamentinin Azərbaycan xalqının haqlı gözləntilərinə münasibətdə etinasızlığına artıq alışmışıq. Nəticə etibarilə, Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalı, şəhər və kəndlərimizin yer üzündən silinməsi, işğal olunmuş torpaqlarımızda və Ermənistan ərazisində xalqımızın tarixi, dini və mədəni irsinin kütləvi şəkildə dağıdılması və mənimsənilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan artıq soydaşımızın hüquqlarının tapdanması, onların uzun illər ərzində çəkdikləri iztirablar avropalı parlamentariləri heç vaxt maraqlandırmayıb. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi, beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına icra etməsi ilə də barışa bilməyiblər.

Lakin indi məlum olur ki, Avropa Parlamenti artıq öz anti-Azərbaycan xislətini bütün rəngarəngliyi ilə nümayiş etdirməyə qərar verib. Qətnamənin mətnindən də göründüyü kimi, ölkəmizə qarşı fəaliyyət göstərən müxtəlif maraq qruplarının istifadə etdikləri ayrı-ayrı mövzuların, təzyiq alətlərinin toplanaraq, bir sənəd formasında tərtib olunması məhz bunu deməyə əsas verir.

Bir neçə kağız parçasında Azərbaycana qarşı saxta məlumatlara əsaslanan faktlar, absurd iddialar, ittihamlar, təhdid və tələblər irəli sürülür. Ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə açıq şəkildə hörmətsizlik edilir, daxili işlərimizə müdaxiləyə cəhdlər göstərilir. Eyni zamanda, Ermənistana xüsusi nəvaziş nümayiş etdirilir, onun silahlandırılması təşviq olunur, bununla da həmin ölkədə revanşist meyillərin gücləndirilməsinə və regionda yenidən münaqişənin alovlandırılmasına ciddi təşəbbüs göstərilir.

Qətnamədə işğaldan azad edilmiş torpaqlarımızda aparılan yenidənqurma və bərpa işləri, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına geri qayıtması, qərbi azərbaycanlıların haqlı tələbləri, ərazilərimizin Ermənistan tərəfindən kütləvi şəkildə basdırılmış minalardan təmizlənməsi, itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi haqda bir ifadə belə yoxdur. Bu da həmin sənədin nə dərəcədə qərəzli və birtərəfli olmasını bariz şəkildə göstərir. Əlləri Azərbaycan xalqının qanına bulaşmış, sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin hərbi əsir kimi qələmə verilməsi isə, sadəcə, hiddət doğurur.

Ölkəmizin qlobal və regional səviyyədə sülhün, sabitliyin və əməkdaşlığın təmin olunması naminə irəli sürdüyü təşəbbüslərə, göstərdiyi səylərə qərəzli münasibət də diqqətdən yayınmır. Təəssüf ki, avropalı parlamentarilər hətta iqlim dəyişmələri ilə bağlı mühüm bir məsələni siyasiləşdirərək, Azərbaycana qarşı ittiham aləti kimi istifadə etməkdən belə çəkinmirlər.

Bütövlükdə, bu qətnamə Azərbaycanofob, türkofob və islamofob qüvvələrin həqiqi mahiyyətinin başa düşülməsi baxımından maraq doğurur: öz çirkin niyyətlərinin reallaşması naminə hamılıqla qəbul edilən dəyərlərin və prinsiplərin, haqq-ədalət anlayışının üzərindən asanlıqla xətt çəkmək, onları öz maraqlarına uyğun şərh etmək qəbulediləndir.

Bu qətnaməni Avropa Parlamentində dərin kök salmış korrupsiyanın və rüşvətxorluğun ağır fəsadları kimi qiymətləndirsək, hər halda, yanılmarıq. Fransanın, Ermənistanın və erməni lobbisinin yalan narrativləri üzərində qurulmuş bu qətnamə, əslində, əldə olunmuş maddi mənfəətin qarşılığıdır.

Digər düşündürücü məqam isə Avropa Parlamentində şovinist, irqçi və müstəmləkəçi təfəkkürün nə dərəcədə geniş miqyas almasıdır. Müstəmləkəçiliyə qarşı mübarizə aparan xalqları irredentist qruplar adlandıran avropalı parlamentarilər Fransanın müstəmləkəçilik siyasətinə haqq qazandıraraq, bunu Avropa siyasəti kimi qələmə verirlər. Hesab etmək olar ki, müstəmləkəçilikdən əziyyət çəkən xalqlar onların azadlıq və müstəqillik arzularının qarşısını kimlərin əngəllədiyi barədə daha aydın təsəvvürə malik olacaqlar.

Avropa Parlamentinin ölkəmiz əleyhinə yönəlmiş bu qətnaməsindən yalnız bir nəticə çıxarmaq olar: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, ölkəmizin milli, suveren maraqlarına xidmət edən müstəqil siyasət kimlərisə ciddi narahat edir. Lakin onlar unudurlar ki, Azərbaycanla təzyiq və ultimatum dilində danışmaq olmaz.

Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin reallıqları təhrif edən, qeyri-obyektiv və birtərəfli qətnaməsini qəti şəkildə rədd edir. Bildiririk ki, parlamentimiz ölkəmizin və xalqımızın mənafelərinin müdafiəsi naminə aparılan bu siyasəti birmənalı şəkildə dəstəkləyir və onun reallaşması üçün bütün qüvvəsini bundan sonra da səfərbər edəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zəfər Günü Pakistanda təntənəli şəkildə qeyd olunub

Litva portalında Bakıda keçiriləcək COP29-la bağlı məqalə dərc edilib

“N” saylı qəhrəmanlıq” və “Azərbaycançılıq məfkurəsi” kitablarının təqdimatı olub

Şərurun kəndlərində elektrik təsərrüfatı yenidən qurulur

ADPU tələbələri Bakı Avropa Liseyində rəqəmsal təcrübədə olublar

Akademik: Vətən müharibəsinin nəticələri xalqımız üçün tarixi əhəmiyyət daşıyır

Mingəçevir Sənaye Parkında istehsal olunan məhsulun 85 faizdən çox hissəsi ixrac edilib

Pedaqoji Universitetin şəhid məzununun ailəsi ziyarət olunub

Vətən müharibəsində Azərbaycan Ordusu düşmənə ibrət dərsi keçdi

Səyyar sosial-məişət xidməti göstərilən ahıl metropoliten işçisi ziyarət edilib

İrakli Kobaxidze: Gürcüstan ABŞ və Aİ ilə münasibətlərin bərpası üçün əlindən gələni edəcək

Məktəblilər üçün “COP29: Gələcək nəsillər üçün yaşıl dünya” adlı tədbir keçirilib

“Zəfər yolu” adlı intellektual yarış keçirilib

YAP İdarə Heyətinin iclasında bir sıra qərarlar qəbul olunub

ESG üzrə vahid platformanın və milli standartın təqdimatı ilə bağlı konfrans keçirilib

Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 3 oktyabr tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Media nümayəndələri üçün “Yaşıl iqlim maliyyəsi və karbon qiymətqoyma siyasəti” mövzusunda seminar keçirilib

Korreksiyaedici pedaqoqlar üçün təlim təşkil edilib

Sabah “28 May” Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyətə başlayacaq

İordaniya mətbuatı: Azərbaycan ekoloji tərəqqiyə nail olmaq üçün davamlı sülh və təhlükəsizliyə şərait yaratmağa çalışır

Azərbaycanda ilk dəfə “Kosmik tibbin əsasları” təlimi keçiriləcək

Yazıçı Günel Anarqızının “Sərhədsiz səma” kitabının təqdimatı olub

FHN kiçikhəcmli gəmilərə texniki baxış keçirib

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb VİDEO

Şəhidlərin tələbə övladları Milli Məclisdə olublar

Biləcəridə yeni cüdo zalı fəaliyyətə başlayıb

“Cənubi Qafqazda dövlətlərarası münasibətlərdə şəxsiyyət amili: tarixdən günümüzə” - elmi konfrans

Berlində ana və iki övladını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Milli Məclisin sədri Qlobal Tolerantlıq və Sülh Şurasının sədri ilə görüşüb

Xorvatiyada Zəfər Günü qeyd olunub

AMEA-da Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri ilə görüş keçirilib

Azərbaycandan xarici bazarlara xurma ixracı 16,7 faiz artıb

COP29: Azərbaycanın sülh təşəbbüsü, prioritetlər, gözləntilər

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

® “Birbank” və “Umico.az”dan “Super-meqa-bomba” lotereya

® “Birbank Biznes”dən korporativ müştərilər üçün yeni loyallıq proqramı: “Birbank Biznes” bonusları

Mədəniyyət naziri Musiqili Teatrın kollektivi ilə qarşıda duran vəzifələri müzakirə edib

Bakıda “Bizi birləşdirən su” adlı fotosərgi açılıb

Mədəniyyət və İncəsənət Universitetində “Zəfər sədası” adlı tədbir keçirilib

Türkiyənin Britaniyadakı səfiri: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik qələbədir

RİNN COP29 çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masa təşkil edəcək

Pərviz Şahbazov Romada AEBA-nın baş direktoru və qazax həmkarı ilə görüşüb

Dini Liderlərin Qlobal Bakı Sammitinin iştirakçılarına Azərbaycanda dövlət-din münasibətləri barədə məlumat verilib

Dövlət Səs Yazıları Arxivində şəhid ailəsi üzvləri ilə görüş keçirilib

Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir

AzMİU-nun jurnalı nüfuzlu beynəlxalq bazaya daxil edilib

Serbiyada iğtişaşlar zamanı 9 nəfər həbs edilib

Mormon kilsəsinin və Stirlinq Fondunun rəsmiləri Dövlət Komitəsində olublar

Naxçıvanda polis əməkdaşları tərəfindən reydlər aparılır

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1170-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

İsveç millisi Azərbaycanla oyuna itkilərlə çıxacaq

Cəbrayıl şəhər və Cocuq Mərcanlı məktəbləri Zəfər Günü bayram tədbirini birlikdə qeyd ediblər

Qastroenteroloq: COP29-un ekoloji qida istehsalına dəstəyi dayanıqlı qidalanmaya doğru addımdır

“Naftalan” Kurortu haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bir dəfə qayaya dırmananda daş parçası bölünüb üzərimə düşmüşdü - ALPİNİSTLƏ MÜSAHİBƏ

“BMW” şirkətinin gəliri təxminən 84 faiz azalıb

“İslamın minarəsi” beynəlxalq jurnalının Nizami Gəncəviyə həsr olunmuş xüsusi buraxılışı təqdim edilib

İçərişəhərdə “Qurama Art: EKO İnstalyasiya” sərgisi açılıb

BMU-da tələbələr üçün Zəfər tariximizlə bağlı xüsusi mühazirələr təşkil olunub

Ağcabədidə qida təhlükəsizliyi tələblərinin pozulduğu iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb

Naxçıvanda verilən mənşə sertifikatlarının sayı 25 faizdən çox artıb

Küveytdə Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilib

COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının məqsəd və mahiyyəti - dəyirmi masa

Azərbaycanda bələdiyyələrin səlahiyyətlərinin başa çatacağı vaxt açıqlanıb

Xüsusi qayğıya ehtiyacı olan uşaqların Şamaxıya ekskursiyası təşkil edilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib

“Şəfa cəbhəsi” filminin təqdimatı keçirilib VİDEO

Azərbaycanın Baş naziri KAICIID-in Baş katibi ilə görüşüb

COP29-la əlaqədar olaraq 50-dən çox təcili tibbi yardım briqadası yaradılıb

Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri və dəniz piyadalarının təlimi keçirilib

Mərkəzi Bank Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurasına üzv olub

MSK sədri: Bələdiyyə seçkiləri yanvarın sonunda keçiriləcək VİDEO

Dünya dini liderlərinin qlobal Bakı Sammiti başa çatıb YENİLƏNİB VİDEO

Dövlət Vergi Xidməti: Nağdsız ödənişlərlə bağlı 120 qanun pozuntusu aşkarlanıb

FHN: Metroya məxsus bütün obyekt və tunellərdə yanğın-texniki müayinələri keçirilib VİDEO

® COP29 çərçivəsində çay təminatını “Azerçay” həyata keçirəcək

Baş Prokurorluq: Dələduzluq əməli törətməkdə təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib

Nazir: Azərbaycan COP29-un nüvə enerjisini təşviq edən platforma olmasına diqqət yetirəcək

Burada bir-birinə yad adam yoxdur – AzTV-dən REPORTAJ

Hidayət Məmmədov: Metronun “Koroğlu” stansiyasında COP29-la bağlı istiqamət lövhələri yerləşdirilib

Çin XİN: Prezidentin kimliyindən asılı olmayaraq Çinin ABŞ siyasəti sabitdir

Azərbaycan Ümumdünya Termo Nüvə Enerjisi Qrupunun birinci nazirlər iclasında təmsil olunur

Türkiyənin Diyanət İşləri İdarəsinin sədri ilə COP29-a hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb

BMT: Son 60 ildə silahlı münaqişələrin 40 faizi təbii sərvətlərə sahib olmaq uğrunda baş verib

İsveç yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb

COP29-la əlaqədar Bakı metrosunda qərargah fəaliyyət göstərəcək VİDEO

Gürcüstanın Baş naziri azərbaycanlı həmkarına minnətdarlığını bildirib

Rəis müavini: Sərnişin axını ilə bağlı Bakı Metropoliteni əməkdaşları növbətçilik əsasında işə cəlb ediləcəklər

Baş nazir Əli Əsədov Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşüb

Respublikaçılar Nümayəndələr Palatasında çoxluğu saxlamağa yaxındır

“Zəfər” elm müsabiqəsinin yekun mərhələsində 467 məktəbli biliyini sınayıb

Bakı metrosunun iş rejiminə dəyişiklik ediləcək VİDEO

Azərbaycan ilə Çin arasında hüquqi və institusional əməkdaşlıq genişləndiriləcək

COP29 iştirakçıları üçün taksi xidməti tətbiqlərində “COP29” menyusu yaradılıb

Hərb Tarixi Muzeyində “Müstəqillikdən Zəfərə!” adlı tədbir keçirilib

® Ülviyyə Cəlilzadə: “Urban Crew” şirkəti olaraq COP29 tədbirinə tam hazırıq

Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi imzalanıb