ELM VƏ TƏHSİL
Avropa Tarixçilər Assosiasiyasının 20-ci İllik Konfransı keçiriləcəkdir
Bakı, 13 avqust (AZƏRTAC). Avropa Tarixçilər Assosiasiyası (EUROCLIO) tərəfindən 2013-cü il aprelin 7-13-də Almaniyanın Elfurt şəhərində “Yaddaşın təcəssümü, ümumi yaddaş və mədəniyyət üçün tarixin tədrisi” mövzusunda assosiasiyanın 20-ci İllik Konfransı keçiriləcəkdir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, konfrans Avropa İttifaqına üzv dövlətlərin, quruma namizəd ölkələrin, həmçinin İsveçrə, Norveç, İslandiya və Şərqi Avropa ölkələrinin tarix müəllimlərinin birgə forumu funksiyasını yerinə yetirməklə bərabər, Avropada tarixin tədrisi və Avropa -2020 strategiyasının tətbiqi ətrafında fikir mübadilələrini əhatə edəcəkdir.
Tədbirdə iştirak ödənişlidir (950-1150 avro həcmində). Bununla belə, iştirakçıların müvafiq qrant əldə etməklə bağlı müraciətləri də qəbul olunur.
Tədbir haqqında ətraflı məlumatları aşağıdakı əlaqə vasitələrindən əldə etmək mümkündür: Əlaqələndirici- Aysel Qocayeva
Tel: + 31 70 381 78 36; + 31 70 385 36 69;
E-mail: [email protected]; [email protected]
www.euroclio.eu/new/index.php/index.php/2013-erfurt.