“AVROVİZİYA-2008” MÜSABİQƏSİNİN BİRİNCİ YARIMFİNALI MAYIN 20-DƏ SERBİYA PAYTAXTINDA KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, “Avroviziya-2008” müsabiqəsinin birinci yarımfinalı mayın 20-də Serbiyanın paytaxtında keçiriləcək. Xatırladaq ki, keçən il serbiyalı müğənni Mariya Şerifoviç “Dua” mahnısını ifa etməklə müsabiqənin qalibi olmuş və Belqrada bu populyar beynəlxalq müsabiqənin iştirakçılarını və qonaqlarını qəbul etmək hüququ qazandırmışdır.
Müsabiqənin yarımfinalı Belqrad arenasında - xüsusi olaraq bu cür genişmiqyaslı beynəlxalq idman və musiqi tədbirlərinin keçirilməsi üçün tikilmiş universal kompleksdə olacaqdır. Festivalın qonaqlarının sayı 15 mindən çoxdur.
Təşkilat komitəsinin qərarına əsasən bu il “Avroviziya” ilk dəfə olaraq yeni formatda keçirilir: tamaşaçılar bir yarımfinal əvəzinə iki yarımfinala baxacaqlar. Birinci yarımfinal mayın 20-də, ikincisi isə mayın 22-də keçiriləcəkdir. Hər yarımfinalda 19 ifaçı iştirak edəcəkdir. Tamaşaçılar arasında keçirilən səsvermənin yekunlarına görə ən yaxşı 20 ifaçı mayın 24-də finalda çıxış edəcəkdir. Sponsor ölkələri - Fransanı, Almaniyanı, Böyük Britaniyanı və İspaniyanı təmsil edən daha 4 iştirakçı, eləcə də festivalın “ev sahibi” olan Serbiyanın nümayəndəsi həmin 20 nəfərə “müsabiqədənkənar” qoşulacaqdır.
######
![]() |
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]


