Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Avstriya Milli Şurasının Avstriya-Cənubi Qafqaz parlament qrupunun üzvləri Ağdamda olublar YENİLƏNİB

Ağdam, 5 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Avstriya Milli Şurasının Avstriya-Cənubi Qafqaz parlament qrupunun üzvləri Ağdamda erməni vandalizminin izləri, həmçinin şəhər işğaldan azad ediləndən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksinə gələn nümayəndə heyəti bu tarixi məkan barədə məlumatlandırılıb. Bildirilib ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın imarətidir. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.

Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq da erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar.

Diqqətə çatdırılıb ki, işğaldan azad olunmuş Ağdam şəhərində həyata keçiriləcək quruculuq işləri çərçivəsində Xurşidbanu Natəvanın abidəsi bərpa edilib. Pənahəli Xanın Sarayı və İmarət kompleksində də bərpa işləri həyata keçirilir. Konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olacaq, xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.

Sonra Ağdam şəhər Cümə məscidinə gələn qonaqlara ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə məlumat verilib. Bildirilib ki, erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam şəhər Cümə məscididir. Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Ölkə əhəmiyyətli abidələr siyahısında olan bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər məscidi hərbi məqsədlərə görə dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində də mal-heyvan saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər.

Qeyd edilib ki, Heydər Əliyev Fondu tərəfindən hazırda Cümə məscidində bərpa-restavrasiya işləri həyata keçirilir.

Avstriya Milli Şurasının Avstriya-Cənubi Qafqaz parlament qrupunun üzvləri Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına da baxıblar.

Nümayəndə heyəti daha sonra Prezidentin xüsusi nümayəndəliyinin Ağdamdakı düşərgəsinə gəlib. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov onlara Ağdamın tarixi, indiki vəziyyəti, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üzrə, o cümlədən Ağdam şəhərinin Baş planına uyğun olaraq həyata keçirilən və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.

Nümayəndə heyəti sonda Ağdam Konfrans Mərkəzi ilə tanış olub.

13:33

Avstriya Milli Şurasının Avstriya-Cənubi Qafqaz parlament qrupunun üzvlərinin işğaldan azad olunmuş Ağdama səfəri başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər zamanı nümayəndə heyəti Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Ağdamda törədilən müharibə cinayətləri ilə, həmçinin şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hacettepe Universitetinin professoru ADPU-da magistrantlar üçün modul dərslər keçir

Vergiödəyicilərinin sayı 7,5 faiz artıb

Ziyad Səmədzadə: Xəzər dənizi ilə bağlı elmi araşdırmalarım aparılması labüddür

Azərbaycan Texniki Universitetində əmək yarmarkası keçirilib

Əbu-Dabidə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası açılıb

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib  YENİLƏNİB

Azərbaycanda ilk dəfə Yeni Klinika elektron tibbi qeydiyyatın adaptasiyası modulu üzrə beynəlxalq sertifikata layiq görülüb

AzMİU-nun yeni yaradılan Dizayn fakültəsində tələbələri nələr gözləyir?

Deputat: Xəzərdə yaradılacaq torpaq sahələrinin zəlzələlərə davamlılığı məsələsi də qanun layihəsində əks olunmalıdır

Süd Yolunda ikinci ən böyük qara dəlik kəşf edilib

Hicran Hüseynova: İqlim dəyişiklikləri qadınlara və kişilərə müxtəlif formada təsir edir

“Paris-2024”ə vəsiqə qazanmış Azərbaycan yığmasının basketbolçusu: Nəticəmiz fantastikdir

Azərbaycan bilyardçısı Avropa çempionu olub

Komitə sədri: İnsanlarda xəstəliklərin 25 faizdən çoxu ətraf mühitlə bağlıdır

Nəsimi rayonunda avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlayan şəxs saxlanılıb

Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 12 faizdən çox artıb

Bu gün unudulmaz bəstəkarı Ramiz Mirişlinin anım günüdür

Bakıda Beynəlxalq Caz Günü qeyd ediləcək

DGK sədri Bərdədə vətəndaşların müraciətlərini dinləyəcək

® “Ziraat Bank Azərbaycan” 2024-cü ilin ilk rübünü mənfəətlə başa vurub

Naxçıvanda 1500-dən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb

Qırğızıstanda TikTok sosial şəbəkəsinə giriş məhdudlaşdırılacaq

Yevlaxda aqrar sahə üzrə yeni texnologiyalar nümayiş olunacaq

Mart ayında müavinət və təqaüd alanlar 844 min nəfərdən çox olub

Son üç ayda pensiya ödənişlərinə 1 milyard 613 milyon manat yönəldilib

Kopenhagendə on milyonlarla dollar dəyəri olan incəsənət əsərləri xilas edilib

UNEC beynəlxalq reytinqdə dünya universitetləri ilə eyni qrupa daxil olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumları 12 beynəlxalq mükafata layiq görülüb

İddiaçılar Turniri: Nicat Abasov Fransa şahmatçısına qarşı

® “Gardashlar Mebel” Azərbaycana metal mebel idxalına qarşı yerli istehsala çağırış edir

Tramp rəqibi Baydendən 75 milyon dollar az ianə toplayıb

Milli Kitabxanada “Zülfüqar Hacıbəyov -140” adlı kitab sərgisi açılıb

“Avey” Qoruğunda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Milan vağzalı ən yeni optik illüziyanın köməyi ilə “Milad”ı görür

Opera səhnəmizin əfsanəsi

FHN: ötən sutka 8 nəfərin həyatı xilas edilib

XİN: Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır VİDEO

® Dosent İsmayıl Əfəndiyev “İnkişaf etməkdə olan ölkələrin 12-ci Toksikologiya Konqresi”ndə iştirak edir

“Məktəb liderliyi” proqramı çərçivəsində modullar üzrə yekun qiymətləndirmə başa çatıb

Bu gün görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun anadan olmasından 140 il ötür

Tovuz istiqamətində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter zərərsizləşdirilib VİDEO

Şəhriyar Məmmədyarov Kanadada rapid turnirinin qalibi olub

Əsgəran avtomobil yolunun inşasına start verilib VİDEO

Nehrəm qəsəbəsində 102 ev içməli su ilə təmin olunub

Çempionlar Liqası: Bu gün yarımfinalın son iştirakçıları məlum olacaq

Ötən gün 10 kiloqramdan çox narkotik vasitə aşkar olunub

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni sərəncamlar imzalayıb

DİN: Qanunsuz odlu silahlar aşkarlanaraq götürülüb

Moskva Dövlət Universitetinin Bakı filialı abituriyentləri “Açıq qapı” gününə dəvət edir

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycan neftinin qiyməti 93 dolları ötüb

Naxçıvanda üç ayda 40 icarə müqaviləsi bağlanıb

“BS-Avtomatika” MMC-də BMU-nun kafedrasının filialı yaradılacaq

DİN: Ötən gün ölkə ərazisində 67 cinayətin üstü açılıb

Şimali Kaliforniyada Azərbaycanın Xalq artisti Çingiz Sadıxovun 95 illik yubileyi qeyd olunub

Hazırda Bakının hansı yollarında sıxlıq müşahidə olunur?

Əl təmizləyicilərinin beyindəki hüceyrələrə zərər verdiyi aşkarlanıb

Muzey Mərkəzində kulturoloq Elmir Mirzəyevin mühazirəsi keçiriləcək

Araşdırma: Antibiotiklər aşağı tənəffüs yollarının əksər infeksiyaları üçün təsirli deyil

Yaponiya “Google”a qarşı antiinhisar iddiası hazırlayır

Tədqiqat: Axşam idmanı artıq çəkili insanlar üçün çox faydalıdır

“Honda” 2027-ci ilə qədər Çində növbəti nəsil elektrik avtomobilləri buraxacaq

“Bohem rapsodiyası”nın montajçısı Con Ottman italyan bəstəkar Antonio Vivaldi haqqında film çəkəcək

Muzey Mərkəzinin Sərgi Qalereyası Pərviz Abbasovun fərdi sərgisini təqdim edəcək

Peyvənd olunmaq göyöskürəkdən qoruyan ən etibarlı vasitədir - həkim məsləhəti

Bayram günlərində Türkiyə nəqliyyatında rekordlar, qəzalar və nəticələr

ABŞ Britaniya məhkəməsinə Culian Assanjla bağlı zəmanətləri təqdim edib

Çempionlar Liqası: “Qol yağışı”nda PSJ və “Borussiya Dortmund” sevinib

Rişi Sunak və Benyamin Netanyahu arasında telefon danışığı olub

Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollarlıq hərbi yardım köçürəcək

QHT sədri: COP29 zamanı Bakının dünyaya nümunə olacaq təcrübə təqdim edəcəyinə inanırıq

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Tbilisidə etiraz aksiyası bərpa olunub

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək