AVSTRİYANIN İŞ ADAMLARI AZƏRBAYCANA GƏLƏCƏKLƏR
Avstriyanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 1-dən 3-dək bu ölkənin şirkətlərinin nümayəndələri Bakıda səfərdə olacaqlar.
Səfərin məqsədi Avstriya və Azərbaycan iş adamları arasında gələcək işgüzar əlaqələrin qurulması, qarşılıqlı səmərəli əməkdaşlığın müzakirə edilməsidir. Tədbirdə Avstriya tərəfdən qida sənayesi, tikinti, metal emalı, neft-kimya, yerli və beynəlxalq yüklərin daşınması, müxtəlif növ içkilərin doldurulması və qablaşdırılması, tibbi avadanlıq sahələrini təmsil edən 12 müəssisənin nümayəndələri iştirak edəcəklər.
Biznesmenlərin ikitərəfli görüşünün iyunun 2-də keçirilməsi nəzərdə tutulmuşdur.