Avtokonsern və texnologiya nəhəngi birgə layihə üzərində işə başlayıblar
Berlin, 5 aprel, AZƏRTAC
“Volkswagen” avtokonserni və “Amazon” şirkəti sənaye miqyaslı “bulud internet xidmətləri” yaradılması üzrə böyük layihə üzərində işə başlayıblar. Alman və Amerika brendləri çoxillik əməkdaşlıq barədə qərar qəbul ediblər.
AZƏRTAC avtomobil istehsalçısının press-relizinə istinadla xəbər verir ki, bu layihənin reallaşması sayəsində “Amazon” şirkəti avtomobil nəhənginin bütün dünyada yerləşən 122 zavodunu informasiya sistemləri şəbəkəsi ilə əhatə edə biləcək.
“Volkswagen”in qazancı isə bu olacaq ki, texnoloji prosesləri optimallaşdırmaq və məhsuldarlığı artırmaq imkanı yaranacaq. Avtokonsern “Industrial Cloud”un köməyi ilə öz zavodlarında istehsalın planlaşdırılması və anbar təsərrüfatı üçün vahid kompüter proqramları sisteminin tətbiq olunmasını nəzərdə tutur.
“Amazon”, ilk növbədə, özünün internet ticarət platforması ilə məşhurdur. Avtomobil istehsalçısı “bulud internet xidmətləri” sahəsində “Amazon”dan əvvəl də belə şirkətlərlə əməkdaşlıq edir. Məsələn, “Microsoft” şirkəti ilə “Volkswagen”in əməkdaşlığı ABŞ-da və Kanadada avtomobil satışı bazarlarını informasiya şəbəkəsi ilə əhatə etməyə imkan verir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]