MƏDƏNİYYƏT


“aybkitab.az” saytının təqdimatı olub

Bakı, 10 sentyabr (AZƏRTAC, Türkan Abdullayeva). Sentyabrın 10-da Azərbaycan Yazıçılar Birliyində (AYB) “aybkitab.az” saytının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, sayt birliyin yeni - “aybkitab” layihəsi tərkib hissəsidir.

AYB-in mətbuat xidmətinin rəhbəri Xəyal Rza və qurumun katibi İlqar Fəhmi layihə və sayt barədə məlumat veriblər.

Bildirilib ki, layihəyə əsasən “aybkitab” loqosu altında kitabların nəşri, təqdimatı, imza günlərinin təşkili, internet vasitəsilə satışı, təbliği, bölgələrdə əsərləri nəşr edilmiş müəlliflərin oxucularla görüşləri reallaşdırılacaq.

Qeyd edilib ki, artıq bu andan oxucular üçün açıq olan “aybkitab.az” saytı kitabların təbliğində vacib rol oynayacaq. Saytda “haqqımızda”, “xəbərlər”, “yazarlar”, “imza günü”, “layihələr”, “kitablar”, “müsabiqə”, “fərqli”, “foto”, “video”, “onlayn sifariş” və “klaqə” kimi bölmələr yaradılıb.

Bildirilib ki, keçiriləcək müsabiqələrdə ilk 20-liyə düşən müəlliflərin əsərləri çap ediləcək.

Diqqətə çatdırılıb ki, layihəyə dəstək verən Vektor nəşriyyatı, Yayım Assosiasiyası və Kitabevim.az şirkəti kitabların çapına və ölkə miqyasında yayımına yardımçı olacaq. Kitabların satışından əldə olunan vəsaitdən müəlliflərə qonorar ödəniləcək.

Yeni layihəyə əsasən “aybkitab.az” saytından başqa, “aybmedia” xəbər saytı, ilk dəfə olaraq sırf ədəbiyyat televiziyası olacaq “ayb.tv” internet televiziyası, rusdilli yazarlar və oxucular üçün isə “aybru.az” saytı yaradılacaq. Hazırda bu istiqamətdə iş gedir. Bütün bu saytlar və televiziya vahid “ayb.az” saytında birləşəcək və keçidlə digər saytlara və televiziyaya daxil olmaq mümkün olacaq.

Təqdimat mərasimində digər çıxış edənlər də saytın fəaliyyətə başlamasını və ümumiyyətlə, AYB-nin yeni layihələrini yüksək qiymətləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.