Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aydın Qəhrəmanovun həmmüəllif olduğu “İdman zədələri: profilaktika, diaqnostika, müalicə və reabilitasiya” kitabı çap edilib

Bakı, 15 may, AZƏRTAC

Prezident İlham Əliyevin səhiyyəyə ayırdığı diqqətin nəticəsi olaraq travmatologiya və ortopediya son illərdə texnoloji və elmi inkişaf nəticəsində Azərbaycanda ən sürətlə irəliləyən, dəyişən, əhatəsini genişləndirən sahələrdən birinə çevrilib. Hazırda ölkəmizin tibb müəssisələri dayaq-hərəkət sistemi xəstəliklərinin diaqnostikası və müalicəsində ən müasir avadanlıqlarla və beynəlxalq təcrübəyə malik həkimlərlə əhalinin xidmətindədir. Belə təcrübəli, peşəkar həkimlərdən biri də tibb elmləri doktoru Aydın Qəhrəmanovdur. O, doktorluq dissertasiyasını Türkiyə Hacəttəpə Universitetində müdafiə edib. Hazırda Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda Travmatologiya bölməsinin elmi rəhbəri vəzifəsində işləyir. Beynəlxalq AO Travma təşkilatının Azərbaycan bölməsinin sədridir, 120-dən çox elmi məqalənin müəllifidir.

Bu yaxınlarda Aydın Qəhrəmanovun həmmüəllifi olduğu “İdman zədələri: profilaktika, diaqnostika, müalicə və reabilitasiya” (Sports Injuries: Prevention, Diagnosis, Treatment and Rehabilitation) adlı yeni kitab ABŞ-da nəşr edilib.

AZƏRTAC həmin kitabla bağlı Aydın müəllimlə müsahibəni təqdim edir.

- Aydın müəllim, bu yaxınlarda həmmüəllifi olduğunuz kitab işıq üzü görüb. Kitab nədən bəhs edir və harada çap olunub?

- Müasir dövrdə həm peşəkar, həm də həvəskar səviyyədə idmanla məşğul olanların sayı artır. Bununla da zədələnmə riskləri çoxalır. İdman zədələrinin profilaktikası, diaqnozu və müalicəsinin aktuallığı bir sıra mühüm amillərlə əsaslandırılır. Müalicə edilməmiş və ya düzgün müalicə olunmayan zədələr xroniki ağrılara, hərəkət məhdudiyyətinə və uzunmüddətli funksional pozğunluqlara səbəb ola bilər. Bu zaman zədələrin vaxtında və düzgün diaqnostikası ağırlaşmanın qarşısını alır və xəstələrin daha tez bərpasına şərait yaradır.

Kitab “İdman zədələri: profilaktika, diaqnostika, müalicə və reabilitasiya” (Sports Injuries: Prevention, Diagnosis, Treatment and Rehabilitation) adlanır. Kitabın baş redaktoru Türkiyə Hacəttəpə Universitetində uzun illər travmatologiya və ortopediya kafedrasının müdiri, Türkiyə travmatoloq və ortopedlər dərnəyinin sədri olmuş professor Mahmud Nedim Doraldır. Kitab tibb sahəsinin ən mötəbər mətbəəsi sayılan və Almaniyada yerləşən “Springer”də çap edilib.

- Kitabın yazılmasında kimlər iştirak edib və nəşrin ərsəyə gəlməsində fəaliyyətiniz nədən ibarətdir?

- İdman zədələrinin profilaktikası, diaqnozu və müalicəsi təkcə tibbi deyil, həm də sosial və iqtisadi baxımdan çox aktual və vacib məsələdir. Zədələr idmançıların yarışlarda iştirakına mane olur, bəzən isə karyeralarının sonlanmasına səbəb olur.

Bu kitab idman zədələrinin profilaktika, diaqnostika, müalicə və reabilitasiyasına aid 201 bölümdən və 4 cilddən ibarətdir. Kitabın yazılmasında beynəlxalq travmatoloq-ortoped alimlər qrupu iştirak edib. Amerika Birləşmiş Ştatları (ABŞ), İngiltərə, Fransa, İtaliya, Yaponiya, Türkiyə, İsveçrə, Almaniya da olmaqla, dünyanın 31 ölkəsini təmsil edən mütəxəssislər kitabın müxtəlif bölmələrinin yazılmasında əməklərini əsirgəməyib, metodikaları təsvir edib və təcrübələrini paylaşıblar. Kitabın ərsəyə gəlməsi 3 il çəkib.

Ümumiyyətlə, dünya təcrübəsində belə bir ənənə var ki, tibbi kitab yazılarkən hər bir bölmənin daha dəqiq araşdırılması üçün həmin sahədə uzun müddət çalışmış və təcrübəsi olan mütəxəssisə müraciət edilir. Mənim yazılmasında iştirak etdiyim bölmə “Bud-çanaq oynağında qoruyucu əməliyyatlar sonrası idmana qayıdış” (Return to Sports After Hip Preservation Procedures) adlanır. Bu bölmənin yazılmasında ən çox zəhməti ABŞ-ın Tomas Jeferson Universitetinin dünyada məşhur professoru Cavad Pərvizi çəkib. 2023-cü ildə Tomas Jeferson Universitetində olduğum zaman bölmənin yazılmasında iştirak etmək şansını qazandım və buna görə professor Cavad Pərviziyə minnətdaram.

- Həmmüəllif olduğunuz bölmədə nədən bəhs edilir?

- Son iki onillikdə bud-çanaq oynağının qorunması sahəsində cərrahi texnika və reabilitasiya sahəsindəki inkişaf bir çox ixtisaslaşmış cərrahlar arasında daha az invaziv əməliyyatlar vasitəsilə idmançıların idman fəaliyyətlərinə daha erkən qayıtmalarını təmin edə biləcəyinə dair ümumi fikir yaradıb. Xəstələrdə bud-çanaq oynağının qoruyucu cərrahiyyə əməliyyatı aparılmasının əsas səbəbi onların seçdikləri idmana təhlükəsiz şəkildə qayıtmalarına imkan yaratmaqdır. Bu zaman öncə bud-çanaq oynağının xəstəliyinə səbəb olan vəziyyətin düzgün diaqnozu böyük əhəmiyyət kəsb edir.

- İdmançılarda bud-çanaq oynağında ən çox müşahidə edilən xəstəlik hansıdır?

- İdmançılarda bud-çanaq oynağında ən çox müşahidə olunan xəstəlik sıxışma sindromudur (FAİ). Bu patoloji vəziyyət oynaqda ağrıya səbəb ola bilər. Həmçinin bud çanaq oynağının hərəkət diapazonunu məhdudlaşdırır ki, bu da son nəticədə oynağın proqressiv pozulmasına (degenerasiyasına) gətirib çıxarır. İdmançılarda bud çanaq oynağının sıxışmasının daha çox yayılması xüsusi narahatlıq doğurur. Bundan əlavə, onlar bud çanaq oynağında daimi, təkrarlanan yükləmə və kəsmə qüvvələrinə məruz qalırlar ki, bu da xəstəliyin sürətlə irəliləməsinə səbəb olma ehtimalını yaradır.

- Bud çanaq oynağında sıxışma əsasən idmanın hansı növündə müşahidə edilir?

- Həddindən artıq bud çanaq oynağında bayır fırlanma ilə əlaqəli hərəkətləri müntəzəm olaraq yerinə yetirən balet rəqqasları sıxışma üçün risk altında ola bilərlər. Balet təlimi gənc yaşda saatlarla məşqi təşviq edir və bud çanaq oynağında fırlanan çoxplanar hərəkətlərin icrasını əhatə edir. Düzgün rəqs texnikaları ilə belə, bu təkrarlanan hərəkətlər həddindən artıq yaralanmalara səbəb ola bilər. Bir çox mövsümi idman növlərindən fərqli olaraq, balet rəqsi məşqi çox vaxt uzun müddət istirahət etmədən və ya digər fəaliyyətlərlə çarpaz məşq mövsümləri olmadan il boyu həyata keçirilir. Gənc idmançılarda artan zədə riski yüksək təsirli idman və məşq həcmi ilə əlaqələndirilib. Eynilə futbolçular arasında oynaqda sıxışma hallarının ümumi əhali ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksək olduğu aşkar edilib.

- Sonda hansı məsləhətləri vermək istərdiniz?

- Xəstələrin tədricən və nəzarət altında idmana qayıtmalarına icazə vermək məqsədəuyğundur. Xəstələrə bud çanaq oynağında qoruyucu əməliyyatdan sonra 3 ay ərzində qaçış və ya konki sürmə kimi yüksək təsirli idman növlərindən çəkinmək tövsiyə edilir. Daha sonra onlar məşqçi və ya fizioterapevtlərin nəzarəti ilə tədricən seçdikləri idman növlərinə qayıda bilərlər. İdmançılar başa düşməlidirlər ki, məşğul olduqları idman növləri oynaqda qalıq simptomlarının dərəcəsinə və sonradan zədələnmə ehtimalına birbaşa təsir göstərir. Bununla belə, xəstələrin bud çanaq oynağında qoruyucu cərrahiyyə əməliyyatı keçirmələrinin əsas səbəbi onların seçdikləri idmana qayıtmalarına şərait yaratmaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda vinq çun döyüş sənəti üzrə beynəlxalq seminar keçirilir

Filologiya fakültəsinin məzunları 30 il sonra yenidən BDU-da

Xarici diplomatlar Ağdamda həyata keçirilən tikinti-quruculuq işləri ilə tanış olublar - YENİLƏNİB FOTO

Zelenski: Ukraynada dronları ələ keçirən texnologiyaların istehsalı üzərində dörd şirkət çalışır

Azərbaycan İlahiyyat İnstitutunda “Məzun günü” keçirilib

AQTA: Yeni qida normalarının tətbiqi sağlam inkişafa müsbət təsir göstərəcək

Yaponiyada inflyasiyanın səviyyəsi son iki ilin rekord həddinə çatıb

Azərbaycan və Türkiyə əlaqələrinin inkişafı regionun tərəqqisinə mühüm töhfələr verir ŞƏRH

UNEC-də “Abituriyent aylığı”na start verilib

Lüksemburqun Böyük Hersoqu Anridən

Sosial Xidmətlər Agentliyi əfv edilənlərlə sosial-reabilitasiya işlərinə başlayıb

Moldovanın səfiri: Qarabağ Azərbaycan xalqının birlik və firavanlıq rəmzinə çevrilib

Aleksandr Vuçiç: Rəqəmsal ordu yaradırıq

BANM ilə İstanbul Texniki Universiteti arasında akademik əməkdaşlıq imkanları müzakirə olunub

Belqradda Avropa Ravvinləri Konfransı keçiriləcək

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşiddən

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat elan edilib

Müstəqil aqrar sığorta ekspertliyinə namizədlər üçün sənəd qəbulunun müddəti uzadılıb

Azərbaycan Prezidentinin islamofobiya ilə bağlı beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT-nin sənədi kimi yayılıb

Muzdlu silahlı dəstə Nigerdə 14 hərbçini qətlə yetirib

BMU-nun magistratura səviyyəsi və MBA proqramı üzrə qəbul planı təsdiqlənib

Müasirlik, peşəkarlıq, təbiətlə harmoniya və rahatlıq

Robert Levandovskinin “Barselona”dan ayrılacağı tarix müəyyənləşib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

FHN-in Qarabağ Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi təşkil edib

Beynəlxalq simpoziumun bölmə iclaslarında Azərbaycan-Türkiyə həmrəyliyindən bəhs olunub

Politoloq : “Azərbaycan” məhəlləsinin açılışı ikitərəfli münasibətləri simvolizə edən mühüm addımdır

BANM ilə Koç Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilib

® “Kapital Bank”ın tərəfdaşlığı ilə keçirilən “Yerli şirkətlərin tanıtım sərgisi” başa çatıb

Azərbaycan ilə İordaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Dövlət Dəniz və Liman Agentliyində ixtisas imtahanlarının keçirilməsi ilə bağlı yeniliklər tətbiq edilir

Ali Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib

2027-ci ilədək Orta Dəhlizin ötürücülük qabiliyyəti illik 10 milyon tona çatdırılacaq

"YAŞAT" düşərgəsinin birinci həftəsi başa çatıb

Kahramnanmaraşda Azərbaycan məhəlləsinin açılışı Azərbaycan-Türkiyə qardaşlığını yeni səhifəsidir ŞƏRH

Suriyada Bəşər Əsədin yaxın qohumu həbs olunub

Çexiyada valyutadəyişmə məntəqələri ciddi nəzarət altındadır

Diplomatik korpusun nümayəndələri Ağdam dəmir yolu vağzalından Bakıya yola düşüblər FOTO

İnformasiya Texnologiyaları İnstitutunda yerinə yetirilən elmi-tədqiqat layihəsinə dair fəaliyyət planı müzakirə olunub

Macarıstanın mülki hava donanması yay mövsümünə hazırdır

® Mərkəzi Gömrük Hospitalında “Xoledoxolitiazis müalicə alqoritmi” mövzusunda elmi-praktik seminar keçirilib

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi valideynlərə və məktəblərə təşəkkür edib

İtaliyanın 10 şəhərində hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq verilib

Milli Məclisin iclasında 16 məsələ müzakirə edilib YENİLƏNİB

Yaxın vaxtlarda Körfəzin ərəb ölkələrinə vahid turist vizası tətbiq olunacaq

İran İsrailə raket buraxılışının azaldılmasını taktika dəyişikliyi ilə izah edir

Ağdama səfər edən Serbiyanın səfiri: Azərbaycan dövlətini qısa müddətdə yüksək səviyyəli işlərin öhdəsindən gələ bildiyi üçün təbrik edirəm

Azərbaycan və Özbəkistan XİN başçıları İstanbulda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

İtaliya böyük şəhərlərdə və turizm bölgələrində təhlükəsizliyi gücləndirir

Azərbaycan Kahramanmaraşda yeni məhəllə salmaqla Türkiyə ilə münasibətlərdə daha bir möhkəm bünövrənin əsasını qoydu ŞƏRH

Ukraynada yerli pilotsuz yerüstü kompleks istismara verilə bilər

2025-2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul zamanı prioritet tətbiq olunan məktəblər

Numan Kurtulmuş: “Terrorsuz Türkiyə” parlament qrupu yaradılacaq

Müstəqilliyimiz əbədidir: Azərbaycan Respublikası dünya birliyində artıq özünə layiq yer tutubdur

Qarabağ - Azərbaycanın dilbər guşəsi, musiqimizin beşiyi

Azərbaycan və Türkiyənin ortaq istehsalı olan daha bir film

Azərbaycan Aktauda keçirilən beynəlxalq müsabiqədə təmsil olunur

Prezident İlham Əliyev bir qrup dövlət qulluqçusunu mükafatlandırıb - SƏRƏNCAM

COP30 iqlim konfransında “qlobal müəyyən edilmiş töhfə” təşəbbüsü irəli sürüləcək

Azər Əmiraslanov: Oyun biznesi turizmin inkişafına xidmət edəcək

"Sabah" klubu fransalı müdafiəçini transfer edib

Dövlət qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.Ş.Şəkiliyevin Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində

Azərbaycan və Türkiyə Milli Müdafiə universitetlərində təhsil alan zabitlərin birgə hərb oyunu keçirilib

Azərbaycanın kişi boksçuları Astanada təlim-məşq toplanışı keçəcəklər

Dövlət qurumlarında süni intellektin tətbiqi üçün hazırlıq işləri aparılır

“Bakıdan Belemə: İqlim Dəyişmələrinə Uyğunlaşma Əzmini Danışıqlardan Fəaliyyətə Daşımaq” mövzusunda tədbir keçirilib VİDEO

“Bakıdan Belemə: İqlim Dəyişmələrinə Uyğunlaşma Əzmini Danışıqlardan Fəaliyyətə Daşımaq” mövzusunda tədbir keçirilib VİDEO

Macarıstan şirkəti Azərbaycanın kosmik təcrübəsini öyrənir

BMU məzunları sertifikasiya imtahanında maksimal nəticə göstəriblər

Onlayn və çap media subyektlərinə dəstək layihəsi çərçivəsində müsabiqənin nəticələri açıqlanıb

İRİA-nın yenilənmiş veb-saytı istifadəyə verilib

AzMİU THE “Impact Rankings 2025”də mövqeyini gücləndirib

İtaliyanın müdafiə naziri: NATO dəyişmiş zamana uyğunlaşmalıdır

Bərdədə “Ay Pizza” restoranında sanitariya norma və qaydaları pozulub

Bako Sahakyan “Hayastan” ümumerməni fondunun üzvlərindən biri olduğunu məhkəmədə təsdiqləyib

“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan olub

May ayında aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlanıb

AQTA: Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür

Britaniya Kralı İdris Elba ilə “Netflix”in sənədli filmi layihəsi üzərində işləyib

Herontoloji Mərkəz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında tibbi aksiya keçirib

Azərbaycan cüdoçuları dünya çempionatlarında ən yaxşı ikinci göstəriciyə imza atıblar

Sahibkarlar üçün HACCP təlimi keçirilib

“Amerikanın səsi” radiostansiyasının ləğvi praktiki olaraq tamamlanıb

Bu günədək zəmilərdən 1087507 ton taxıl yığılıb – operativ məlumat

Türkiyədəki “Azərbaycan” məhəlləsi qardaşlığımızın rəmzidir ŞƏRH

Son üç ayda ilansancma ilə əlaqədar Kliniki Tibbi Mərkəzə 12 müraciət edilib

Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma aparılması məhkəmədə sübut olunub

AMADA gənc boksçular üçün maarifləndirici seminar təşkil edib

Güləş üzrə Azərbaycan yığmalarının U-15 Avropa çempionatı üçün heyəti açıqlanıb

İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası keçirilir

İsrailin hava zərbələri nəticəsində SEPAH-ın beş hərbçisi ölüb

Bakıda keçiriləcək UFC turniri ilə əlaqədar ekspress avtobuslar fəaliyyət göstərəcək

Peter Mixalko: Qarabağda davam etməkdə olan bərpa-quruculuq işlərindən çox təsirləndik VİDEO

Peter Mixalko: Qarabağda davam etməkdə olan bərpa-quruculuq işlərindən çox təsirləndik VİDEO

Ahıllar evinin sakinləri Bakıda keçiriləcək “Gimnastika hamı üçün” növü üzrə “Challenge” turnirinə hazırlaşırlar

Azərbaycanda iqtisadi gəlir və turizmin inkişafı məqsədilə kazino fəaliyyəti leqallaşdırılır

ANAMA işə qəbul elan edir

Diplomatik korpusun nümayəndələri Şuşa şəhəri ilə tanış olublar  – YENİLƏNİB FOTO VİDEO

Diplomatik korpusun nümayəndələri Şuşa şəhəri ilə tanış olublar  – YENİLƏNİB FOTO VİDEO

“Qarabağ”ın yeni transferi: Böyük hədəfləri olan komandaya qoşulmuşam

Sabah Bakıda güclü külək əsəcək, bəzi rayonlarda yağış yağacaq – PROQNOZ