İDMAN
Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib YENİLƏNİB-3
Bakı, 14 oktyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, C Divizionunda mübarizə aparan yığma I qrupdakı 4-cü matçında Slovakiya seçməsini qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb - 3:1.
Matçda hesabı 15-ci dəqiqə qonaqlar açıblar. Millimizin heyətində Rahil Məmmədov avtoqol müəllifi olub. 38-ci dəqiqədə Toral Bayramov dəqiq baş zərbəsi ilə tarazlığı bərpa edib. 70-ci dəqiqədə Mahir Emreli ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bundan 5 dəqiqə sonra Slovakiya yığması ikinci topu millimizin qapısından keçirib. Lukaş Haraslin fərqlənib. Oyunda son nöqtəni isə 87-ci dəqiqədə David Duriş qoyub.
Qeyd edək ki, 4 turdan sonra xalı olmayan Azərbaycan millisi sonuncu, 10 xalı olan Slovakiya komandası isə 1-ci pillədə qərarlaşıb.
Qrupun digər matçında İsveç seçməsi Estoniyanı sınağa çəkəcək.
21:08
UEFA Millətlər Liqasının IV turunda Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən oyunda ikinci hissə başlayıb.
AZƏRTAC xəbər verir ki, ilk yarıdan sonra hesab bərabərdir - 1:1.
Matçda hesabı 15-ci dəqiqə qonaqlar açıblar. Millimizin heyətində Rahil Məmmədov avtoqol müəllifi olub. 38-ci dəqiqədə isə Toral Bayramov dəqiq baş zərbəsi ilə tarazlığı bərpa edib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçı norveçli hakim Raxit Saggi idarə edir.
20:50
UEFA Millətlər Liqasının IV turunda Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən oyunda ilk hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıb.
Matçda hesabı 15-ci dəqiqə qonaqlar açıblar. Millimizin heyətində Rahil Məmmədov avtoqol müəllifi olub. 38-ci dəqiqədə isə Toral Bayramov dəqiq baş zərbəsi ilə tarazlığı bərpa edib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçı norveçli hakim Raxit Saggi idarə edir.
20:01
UEFA Millətlər Liqasının C Divizionunda Azərbaycan və Slovakiya yığmaları arasında IV tur oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma saat 20:00-da start götürüb.
Görüşü norveçli FIFA referisi Roxit Saqqi idarə edir.
Qeyd edək ki, ilk 3 turdan sonra xalı olmayan Azərbaycan millisi sonuncu, 7 xalı olan Slovakiya yığması isə 2-ci pillədə qərarlaşıb.