AZƏRBAYCAN-ABŞ ƏMƏKDAŞLIĞI, BEYNƏLXALQ VƏ REGİONAL MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mayın 24-də nazir Elmar Məmmədyarov ABŞ Konqresinin üzvü Adam Şif ilə görüşmüşdür.
Görüşdə Azərbaycan-ABŞ əməkdaşlığı, beynəlxalq və regional məsələlər müzakirə olunmuşdur.
Konqresmen A.Şif Azərbaycanın enerji təchizatının diversifikasiyasına, İraq və Əfqanıstandakı sülhməralı əməliyyatlara verdiyi töhfəsinə görə təşəkkürünü bildirmişdir.
Nazir E.Məmmədyarov Azərbaycanın sürətli inkişaf templərindən danışmış, regionun maraqları naminə sülh və sabitliyin vacibliyini qeyd etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən E.Məmmədyarov təcavüzkar dövlətin rəhbərliyi tərəfindən münaqişənin həllinin bütün Cənubi Qafqaz regionuna müsbət təsir edə biləcəyini və bu addımın Ermənistanın özünün də maraqlarına uyğun olmasının başa düşülməsinin vacibliyini vurğulamışdır.
E.Məmmədyarov bildirmişdir ki, ABŞ-dakı erməni diasporu Ermənistanın müstəqilliyinin gücləndirilməsində maraqlı olmalı və bu ölkənin mənafelərinin zəiflədilməsi üzrə fəaliyyətinə son qoymalıdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]