AZƏRBAYCAN ALİ HƏRBİ MƏKTƏBLƏRİNİN KURSANTLARI RESPUBLİKA GÜNÜNÜ TƏNTƏNƏ İLƏ QEYD ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrinin kursantları 28 May-Respublika gününü təntənə ilə qeyd etmişlər.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Təyyarəçilik, Ali Hərbi Dənizçilik məktəblərinin və C.Naxçıvanski adına Hərbi Liseyin kursantları mayın 28-də Bakının mərkəzi küçələrindən keçərək, Azadlıq meydanına gəlmişlər. Burada onlar hərbi marşın sədaları altında tribunanın qarşısından keçmişlər.
Kursantları şəhərin yüzlərlə sakini alqışlamış, onlara uğurlar arzulamışlar.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinın əməkdaşları gəzinti iştirakçılarını müşayiət edərək onların sərbəst, rahat və təhlükəsiz hərəkətini təmin etmişlər.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]

