Azərbaycan alimi Kazanda keçirilən seminarda türk-tatar əlyazma irsi ilə bağlı məruzə edib
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Paşa Kərimov Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində görkəmli arxeoqraf alim Marsel Əhmədcanovun 80 illiyinə həsr edilmiş “Türk-tatar əlyazma irsi: müasir mərhələdə mühafizəsi və araşdırılması problemləri” mövzusunda keçirilən elmi-praktik seminarda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, Tatarıstan Respublikası Elmlər Akademiyasının Q.İbrahimov adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun təşkil etdiyi tədbirdə P.Kərimovun “Azərbaycan əlyazma kitabının tarixi” mövzusunda məruzəsi maraqla qarşılanıb.
Azərbaycan alimi, həmçinin tatar ədəbiyyatının klassiki Abdulla Tukayın 133 illiyinə həsr edilən tədbirlərdə iştirak edib, Tatarıstan Yazıçılar Birliyində, şairin vətəni Arça rayonunun Tukay Kirlay kəndində olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]