Azərbaycan alimi Rusiyada elmi ezamiyyətdə olmuşdur
Bakı, 25 aprel (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun şöbə müdiri, dosent Mətanət Mehrabova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki A.F.İoffe adına Fiziki-Texniki İnstitutda ezamiyyətdə olmuşdur.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, ezamiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun layihəsi çərçivəsində maliyyələşdirilmişdir.
M.Mehrabova A.F.İoffe adına Fiziki-Texniki İnstitutun baş elmi işçisi, professor B. Bayramov ilə birgə Cd1-xMnxTe nazik epitaksial təbəqələrinin alınma texnologiyasının işlənib hazırlanması, onların müxtəlif təyinatlı cihazlarda istifadə perspektivləri, aparılmış nəzəri tədqiqatların nəticələri müzakirə olunmuş, birgə fəaliyyətin perspektivləri araşdırılmışdır.
Azərbaycan alimi, həmçinin İ.İ.Meçnikov adına Şimal-Qərb Dövlət Tibb Universiteti və A.İ.Qertsen adına Rusiya Dövlət Pedaqoji Universitetində də olmuş, birgə fəaliyyətin perspektivləri müzakirə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]