Azərbaycan-ATƏT əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılmışdır

Bakı, 5 mart (AZƏRTAC). Martın 5-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bakıda yeni təyin olunmuş layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Elmar Məmmədyarov A.Şahtaxtinskini yeni təyinatı münasibətilə təbrik etmiş, ona fəaliyyətində uğurlar arzulamışdır.
Görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılmışdır.